*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dieta » Qrasiya (“Grasia”) qəhvə
Sual ver
  Təcili sifariş A+ A-

Qrasiya (“Grasia”) qəhvə

Bu məhsul Tədqiqat Mərkəzində işlənib hazırlanmışdır. Onun əsas komponentləri, Braziliya meşələrindən yığılmış, bədən çəkisini azaltma effektinə görə öz analoqlarından 20 dəfə daha fəal olan, kiçikdənəli qəhvə paxlaları və tərkibində hidroksilimon turşusu olan (HCA), “təbii arıqlamanın şahı” kimi tanınan qarsiniya manqostananın meyvəsidir.  Bu məhsul müasir yapon biofəal texnologiyası olan aşağı temperaturda ekstraksiya üsulu ilə alınır. Kliniki tədqiqatlar nətiçəsində təsdiq edilib ki, bu məhsul yağların sintezini blokada edir, yağların yandırılmasını stimulə edir, qida qəbulundan sonra yağların orqanizmdə sorulmasını məhdudlaşdırır, yağların toplanmasını və artıq yağ qatlarının əmələ gəlməsinin qarşısını alır. Həmçinin bu məhsul dərinin hamarlaşmasını təmin edir, onu tonuslandırır, zərif və elastik edir, bağırsağı təmizləyir, toksinləri orqanizmdən xaric edir, boşalmış əzələləri yığaraq bədən qamətini yaxşılaşdırır. Bu məhsul sağlam arıqlama üçün istifadə olunan, həllolan tipli vasitələr sırasında, Yaponiya və Koreyada ən çox satılandır.

Tərkibi: qara braziliya qəhvəsinin kiçikdənəli paxlaları, qarsiniya manqostana meyvəsinin ekstraktı, çaytikanı ekstraktı, portağal ekstraktı, yaşıl alma ekstraktı, təbii vitaminlər, minerallar və s.   

Funksional elementlər və onların miqdarı: hər 100 qr məhsulun tərkibində vardır:

flavonoid məcmusu ≥ 300 mq;

C vitamini ≥ 500 mq.

Təsir mexanizmi. Bu məhsul 100% təbii vasitədir. Onun tərkibinə daxil olan komponentlər orqanizm tərəfindən yaxşı mənimsənilir və orqanizmə müsbət təsir göstərirlər. Bu məhsul çoxkomponentli olduğu üçün orqanizmdə kompleks təsir göstərir. Kiçikdənəli qara braziliya qəhvəsinin tərkibindəki effektiv komponentlər (kofein və dig.) orqanizmdə metabolitik prosesləri sürətləndirirlər, həzm proseslərini stimulə edirlər, yağların orqanizmdən xaric olmasını tezləşdirirlər. Onun tərkib hissəsi olan üzvü turşular mədə sekresiyasını artıraraq, həzm prosesini yaxşılaşdırırlar və qidanın mədədən təxliyə olmasını sürətləndirirlər. Həmçinin bu bitkinin tərkibində olan polifenol maddələri orqanizmin oksidləşmə proseslərinə müqavimətini artırırlar, ürək-damar sistemini müdafiə edirlər, orqanizmdə qocalma proseslərini ləngidirlər. Qarsiniya manqostana ekstraktı tərkibinə daxil olan hidroksilimon turşusu (HCA) hesabına qlükozanın yağlara keçməsinin qarşısını alır, qida qəbulundan sonra 4-8 saat ərzində yağların əmələ gəlməsini 60-70% aşağı salır. Çaytikanı ekstraktı artıq yağların orqanizmdə parçalanmasını və sürətli xaric olmasını təmin edərək, onu tez bir zamanda toksiki maddələrdən azad edir və çəkinin aşağı düşməsinə səbəb olur. Portağal ekstraktı orqanizmdə yağların sürətli yanmasını təmin edir, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, metabolizm tsiklini stimulə edir. Yaşıl almada olan və “yağların super yandırıcısı” kimi tanınan polipeptid alma turşusu, qida qəbulundan sonra 12 saat ərzində təsir göstərir, yağların əridilməsini təmin edir, orqanizmdə yeni yağ qatlarının əmələ gəlməsinin qarşısını alır.

Təsiri: çəkinin azalması, toksinlərin xaric olması, dəriyə qulluq.

Göstərişləri:

1.Normal bədən quruluşu və çəkini tənzimləmək üçün, artıq çəkidən əziyyət çəkən pasiyentlərə, “pivə” qarnı olanlara, kök baldırları olanlara, uğursuz arıqlama keçirən şəxslərə, həmçinin aparılmış prosedurlardan sonra təkrari piylənmə müşahidə olunan şəxslərə.

2.Artıq yeməkdən əziyyət çəkən pasiyentlərə, yeniyetməlik dövründə piylənməsi olanlara, hamiləliklə bağlı artıq çəkisi olan qadınlara (uşaq doğulduqdan sonra).

3.Qəbizlikdən, sızanaqlardan və üzdə ləkələrdən əziyyət çəkən şəxslərə, həmçinin orqanizmdə toksiki maddələrin toplanmasının qarşısını almaq üçün.

İstifadə qaydası:

1 paketin tərkibində olan toz, səhər yeməyindən 30 dəqiqə əvvəl və ya səhər yeməyi zamanı 1 stəkan qaynadılmış suda həll olunaraq daxilə qəbul edilir (şəkər tozu fərdi əlavə edilir). Gündə 1 dəfə istifadə olunur.

Əks göstərişlər:

uşaqlara, hamilə qadınlara, hipertoniya, şəkərli diabet, böyrək xəstəlikləri, müxtəlif ürək-damar və serebral-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə, həmçinin cərrahi əməliyyatdan sonra bərpa olunmamış şəxslərə əks göstərişdir. Məhsulun hər hansı komponentinə allergik reaksiyası olan şəxslər, onu ehtiyyatla qəbul etməlidirlər.

Buraxılış forması: dəmir qutuda 10 qramlıq 20 ədəd paket.

Saxlanma qaydası: germetik qutuda, qaranlıq və quru yerdə.

Yararlılıq müddəti: istehsal tarixindən sonra 24 ay müddətində.

Birgə istehsal: Shandong Weifang Hongyang Pharmaceutical Co., Ltd,

                         Guangzhou Aozi Biotechnology Co., Ltd.

Distribyutor: JENZEN  PHARMA, Binderştrasse 9, D-20148 Hamburq, Almaniya.


Baxılma sayı: 67 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..