*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dieta » Qrasiya (“Grasia”) kapsul
Sual ver
  Təcili sifariş A+ A-

Qrasiya (“Grasia”) kapsul

sürətli arıqlamaq və bədən formasının korreksiyası üçün

optimal, balanslaşdırılmış, təbii formul

 

Məlumdur ki, son illər insanların həyat və qida tərzi (hipodinamiya, quru və yağlı qida, axşam vaxtı qida qəbulu) və bəzi fizioloji vəziyyətlər piylənməyə səbəb olur.  Piylənmə insanlarda estetik görünüşün pozulması ilə yanaşı hipertoniya xəstəliyi və digər ürək-damar xəstəliklərinə, bəzi daxili orqanların (qaraciyər, bağırsaqlar) fəaliyyətinin pozulmasına, dəridə müxtəlif dəyişikliklərə (“sellülit”, dartılma, genişlənmiş məsamələr) və s. gətirib çıxarır. Bunula əlaqədar olaraq, piylənmə probleminin həlli müasir tibb elminin aktual məsələrindən biridir.

  “QRASİYA” kapsullarının tərkibinə daxil olan bitki komponentləri (qüdrət narı bitkisinin ekstraktı, batatdan alınmış sellüloz, güldəfnə bitkisinin toxumları, konsinq fındığının kvintessensiyası, quarana meyvəsi, kivi meyvəsi) artıq çəki probleminin həll olunması məqsədilə illər ərzində sınaqdan çıxmışlar. “QRASİYA” kapsullarının istehsalı müasir innovasion texnologiyalarn istifadəsi ilə həyata keçirilir. Bu vasitədə olan bitki komponentləri optimal, balanslaşdırılmış, təbii formul yaradır ki, bu formulun istifadəsi ilə pasiyentlər artıq çəki probleminin həlli ilə yanaşı, həmçinin bədən formasının (əsasən də qarın, bel, sağrı və bud nahiyələri) korreksiyasına nail olurlar.  

Tərkibi: qüdrət narı bitkisinin ekstraktı, batatdan alınmış sellüloz, güldəfnə bitkisinin toxumları, konsinq fındığının kvintessensiyası, quarana meyvəsi, mannan lifi, kivi meyvəsi.

Funksional elementlər və onların miqdarı: hər 100 qr məhsulun tərkibində vardır:

flavonoid məcmusu ≥ 200 mq.

Təsir mexanizmi. “QRASİYA” 100% təbii vasitədir. Onun tərkibinə daxil olan komponentlər orqanizm tərəfindən yaxşı mənimsənilir və orqanizmə müsbət təsir göstərirlər. Bu vasitə çoxkomponentli olduğu üçün orqanizmə kompleks təsir göstərir. “QRASİYA” kapsullarının tərkibinə daxildir: qüdrət narı, güldəfnə, batatdan alınmış sellüloz, konsinq fındığının kvintessensiyası, mannan lifləri, kivi və quarana daxildir. “QRASİYA” çoxkomponentli vasitə olduğu üçün bir neçə istiqamətdə təsir göstərir. Onun tərkibində olan bitkilərdə polişəkərlər vardır. Bu polişəkərlər mədə-bağırsaq traktında suyu özünə birləşdirərək şişirlər, bu da orqanizmdə toxluq hissi yaradır. Nəticədə, “QRASİYA” iştahanın azalmasına səbəb olur. Eyni zamanda “QRASİYA” komponentləri orqanizmə daxil olan yağların toplanmasının qarşısını alır. “QRASİYA”nın tərkibindəki kivi və konsinq fındığı orqanizmdəki yağların əridilməsini təmin edirlər. “QRASİYA”da olan quarana orqanizmə tonuslandırıcı və möhkəmləndirici təsir göstərir. “QRASİYA”nın tərkibindəki flavonoidlər, pektin maddələri, C vitamini, kalium və digər bioloji fəal maddələr bədən çəkisinin azalmasını, qarın, bel və sağrı nahiyələrində piylərin əriməsini və bədən formasının korreksiyasını təmin edirlər.

Təsiri: çəkinin azaldılması (əsasən qarın və bel nahiyəsində olan yağların metabolizmi üçün), sağrı nahiyəsi və bədən formasının korreksiyası üçün.

Təyinatı:

1.Bədənnin forması və çəkisini tənzimləmək üçün;

2.Artıq çəkidən əziyyət çəkən pasiyentlərə, “pivə” qarnı və kök baldırları olanlara, uğursuz arıqlama keçirən şəxslərə, həmçinin aparılmış prosedurlardan sonra təkrar piylənmə müşahidə olunan şəxslərə.

3.Artıq yeməkdən əziyyət çəkən pasiyentlərə, hamiləliklə bağlı artıq çəkisi olan qadınlara (uşaq doğulduqdan sonra).

4.Bədən formasının (qarın, bud, sağrı nahiyələri) korreksiyası üçün.

İstifadə qaydası: bədən çəkisi indeksinə müvafiq təyin olunur. Standart təyinatı: 1 kapsuldan gündə 1 dəfə, səhər yeməyindən əvvəl və ya sonra, 1 stəkan su ilə daxilə qəbul olunur. Gündə 1 dəfə istifadə edilir. İstifadə müddəti bədən çəkisi indeksinə müvafiq olaraq, fərdidir. 

Xüsusi təlimat: vasitənin istifadəsi zamanı gün ərzində 2,5 - 3 litr maye qəbul etmək lazımdır. Səhər yeməyinin qəbulu məqsədəuyğundur. Pəhriz saxlamağa ehtiyac yoxdur, ancaq qəbul edilmiş qidanın miqdarını azaltmaq məsləhət görülür. Vasitənin istifadəsi zamanı digər arıqladıcı vasitələrin və antidepressantların qəbulu məqsədəuyğun deyil.

Əks göstərişlər: 18 yaşadək və 60 yaşdan yuxarı şəxslər, hamilə və südverən qadınlar, ürək-damar xəstəlikləri, hipertoniya xəstəliyi, həmçinin ürək çatmamazlığı olan şəxslər, şəkərli və şəkərsiz diabet zamanı, böyrək xəstəlikləri olan şəxslər. Vasitənin hər hansı komponentinə allergik reaksiyası olan şəxslər, onu ehtiyyatla qəbul etməlidirlər.

Yan təsirləri: bəzi hallarda (əsasən də çəkisi az olan pasiyentlərdə) baş ağrısı, yuxusuzluq, qəbizlik, ağızda quruluq müşahidə oluna bilər.

Buraxılış forması: qutuda 30 kapsul (6 kapsul x 5 blistr).

Saxlanma qaydası: qutuda, qaranlıq və quru yerdə saxlanmalı.

Yararlılıq müddəti: istehsal tarixindən sonra 36 ay (3 il) müddətində.

İstehsalçı: Quanjou Tenqda Elmi-Texniki Bioloji Müəssisəsi. Quanjou şəhəri, Tyanxey yüksək texnologiyaların inkişafı  rayonu, ev 98.

Distribyutor: JENZEN  PHARMA, Binderştrasse 9, D-20148 Hamburq, Almaniya.


Baxılma sayı: 612 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..