*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

PRO-KID

daxilə qəbul üçün suspenziya

(həkimlər və pasiyentlər üçün təlimat)

Tərkibi:

Hər 5 damcı suspenziyanın tərkibində vardır:

Laktobakteriya ramnozus (Lactobacillus rhamnosus GG) – 1 х 109 КƏV*

* КƏV – koloniya əmələ gətirən vahid.

İnqrediyentlər: qarğıdalı yağı, mikrokapsullaşdırılmış Lactobacillus rhamnosus GG.

Komponentlərin miqdarı:

Qida dəyəri

5 damcıda

10 damcıda

10 ml suspenziyada

Lactobacillus rhamnosus GG

1 х 109 КƏV*

2 х 109 КƏV*

44 х 109  КƏV*

Zülallar

0,005 q

0,009 q

0,21 q

Karbohidratlar

0,06 q

0,12 q

2,621 q

Yağlar

0,2 q

0,4 q

8,56 q

Duzlar

<0,001 q

<0,001 q

0,011 q

Liflər

<0,001 q

<0,001 q

<0,01 q

Energetik dəyər

7,4 kC / 1,8 kkal

14,9 kC / 3,6 kkal

331 kC / 80,4 kkal

* КƏV – koloniya əmələ gətirən vahid. 

Təsir xüsusiyyətləri:

PRO-KID uşaqlar və böyüklərdə istifadə üçün nəzərdə tutulmuş probiotik vasitədir. PRO-KID vasitəsinin əsas komponenti Laktobakteriya ramnozus (Lactobacillus rhamnosus GG) - sporəmələgətirməyən qram-müsbət anaerob bakteriyadır.  

Lactobacillus rhamnosus GG ştammı (sinonimləri: ATCC 53103 və LGG ®) 1983-cü ildə Şervud Qorbaç (Sherwood Gorbach) və Barri Qoldin (Barry Goldin) tərəfindən sağlam insanın bağırsağından xaric edilmiş və 1985-ci ildə patentləşdirilmişdir. Ştammın adındakı “GG” simvolu müəlliflərin soyadlarının ilk hərfləridir. Müəlliflər patent və sonrakı nəşrlərində qeyd edirlər ki, bu ştamm mədə şirəsinin turşusu və ödün təsirinə davamlı olduğu üçün peroral istifadədən sonra yoğun bağırsağa sağ çatır. Kiçik yaşlı uşaqlarda atopik dermatitin inkişafının uzunmüddətli profilaktikası üçün Lactobacillus rhamnosus GG ştammının ən effektiv probiotik olmasına dair dəlillər vardır.

Probiotiklər canlı mikroorqanizmlərdir. Mədə-bağırsaq traktının aqressiv şəraitində probiotik kulturalarının canlı və fəal saxlanılma yollarının biri mikrokapsullaşdırılmadır. Probiotik kulturaların canlı mikroorqanizmlərinin mikrokapsullaşdırılma prosesi qida yağlarında probiotiklərdən ibarət kapsulların yaradılmasıdır. Mikrokapsulların yarımkeçirici membran rolu oynayan qalın örtükləri vardır. Mikrokapsul canlı bakteriyaları mədə şirəsinin, öd turşularının, oksigenin, digər mikroorqanizmlərin və süd turşunun təsirindən qoruyur. Həmçinin mikrokapsullaşdırılmış probiotik kulturaları hücəyrələrə yüksək stabillik verir.

PRO-KID vasitəsinin təsiredici komponenti mikrokapsullaşdırılmış Lactobacillus rhamnosus GG probiotikidir. Lactobacillus rhamnosus GG bağırsaq mikroflorasının balansını normallaşdırır, stress şəraitində immuniteti və orqanizmin təbii müdafiəsini gücləndirir, mühüm vitaminlərin metabolizminin artmasına səbəb olur.

İstifadəsinə dair tövsiyələr:

PRO-KID daxilə qəbul üçün suspenziyanın istifadəsi bağırsaq florasının disbalansı zamanı, bağırsağın təbii florasını bərpa etmək məqsədilə, müxtəlif etiologiyalı diareyaların müalicəsi üçün, həmçinin rotavirus infeksiyası ilə törədilmiş diareyalar, qıcıqlanmış bağırsaq sindromu zamanı, antibiotiklərlə terapiya zamanı və ya sonra, immuniteti artırmaq üçün (bağırsaq florasının balansı ilə bağlı), KRVİ zamanı, başqa iqlim zonalarına səfər zamanı bağırsaq bakteriyalarının balansını bərpa etmək üçün tövsiyə olunur.

İstifadə qaydası:

Suspenziya istifadəyə hazırdır. İstifadədən əvvəl flakonu yaxşı çalxalayın. İstifadə müddəti həkim tərəfindən müəyyən edilir.

3 yaşadək körpələr və uşaqlar: gündə 5 damcı qəbul edirlər. Körpələr üçün ölçülmüş damcıları bilavasitə ağız boşluğuna təmiz halda və ya temperaturu 37 °С-dən yüksək olmayan su və ya süd ilə qarışdıraraq istifadə edirlər.

3 yaşdan yuxarı uşaqlar və böyüklər:  gündə 10 damcı qəbul edirlər. Suspenziyanı soyuq su, süd və ya yoqurtla qarışdırmaq olar.

Antibiotiklərlə terapiya zamanı vasitənin qəbulunu terapiya bitdikdən sonra 2-3 həftə ərzində davam etdirmək lazımdır.

İstifadəsinə dair məhdudiyyətlər:

Vasitənin hər hansı komponentinə qarşı yüksək həssaslıq olduqda istifadə etmək olmaz.

Vasitənin tərkibində inək südü, laktoza, qlüten yoxdur. Buna görə də bu məhsullara qarşı həssaslığı olan insanlar vasitəni qəbul edə bilərlər.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

Saxlanılması:

Məhsul tərkibində istiyə həssas olan canlı bakteriyalar saxlayır. Bununla əlaqədar olaraq vasitəni istilik mənbələrindən, günəş şüalarının birbaşa düşdüyü və kəskin temperatur dəyişiklikləri olan yerlərdən uzaq saxlamaq lazımdır. Quru, uşaqlar üçün əlçatmaz, 25 °C temperaturdan yüksək olmayan yerdə saxlanılmalıdır. Flakon açıldıqdan sonra soyuducuda saxlanılmalıdır. Açıldıqdan sonra 30 gün ərzində istifadəyə yararlıdır.

Yararlılıq müddəti və partiyanın nömrəsi:

Qutuda göstərilmişdir.

Buraxılış forması:

Karton qutuda, damcıladıcı ilə təchiz olunmuş 10 ml-lik şüşə flakonda, təlimatla birlikdə.

İstehsalçı:

EmergoPharm Sp. z o.o. Sp.K.

Aleksandr Fredri küç, 9, 05-532 Tomiçe, Polşa.

www.emergopharm.com

Distribütor:

“AZERI-MED” MMC

Asif Məmmədov küç., 30,

AZ1033, Bakı ş., Azərbaycan



Baxılma sayı: 128 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..