*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

DIA-KID

oral rehidratasiya məhlulu hazırlamaq üçün toz

(həkimlər və pasiyentlər üçün təlimat)

Tərkibi:

Hər paketin tərkibində vardır:

Qlükoza, natrium-xlorid, kalium-xlorid, natrium-sitrat, portağal ətri. Vasitənin tərkibində laktoza izləri ola bilər.

Komponentlərin qatılığı:

Komponentlər

100 q tozda

100 ml hazır məhlulda

1 ədəd paketdə

Natrium

5,75 q

0,14 q

60 mmol/l

Kalium

3,32 q

0,08 q

20 mmol/l

Xloridlər

7,49 q

0,18 q

50 mmol/l

Qlükoza

66,76  q

1,62 q

90 mmol/l

Sitratlar

9,31 q

0,22 q

10 mmol/l

Molyarlıq (mmol/l)

225-260


Osmolyarlığı: 236 mOsm/l


Təsir xüsusiyyətləri:

DIA-KID oral rehidratasiya məhlulu hazırlamaq üçün tozdur. Onun tərkibi ESPGHAN (Avropa Uşaq Qastroenteroloqları, Hepatoloqları və Nutrisioloqları Cəmiyyəti) tərəfindən verilmiş son məsləhətlər əsasında  hazırlanmışdır. DIA-KID uşaqlar və böyüklərdə istifadə üçün nəzərdə tutulub.

Orqanizmin susuzlaşması çoxsaylı ölüm hallarının səbəbidir, əsasən də diareya zamanı. Oral (və ya peroral) rehidratasiya duzları (ORD) güclü diareya, çoxsaylı qusma, geniş yara və ya yanıq sahələrindən ekssudasiya, drenaj və fistullardan ifrazat, işlədici vasitələrin tez-tez qəbulu zamanı orqanizmdə mayeni və elektrolitləri bərpa etmək üçün istifadə olunurlar. ORD həmçinin pasiyentin orqanizmində turşu-qələvi mühitin korreksiyasında iştirak edir. ORD nazik bağırsaqdan sorularaq, diareya zamanı orqanizmin itirdiyi su və elektrolit ehtiyatını bərpa edir.

ÜST və UNICEF diareya zamanı oral (peroral) və ya venadaxili olaraq xəstəyə rehidratasiya duzları məhlullarının istifadəsini vacib tədbir hesab edir. Bir neçə onillik ərzində ÜST və UNICEF ORD kimi qlükoza, natrium və kalium-xloridlər və natrium-sitrat əsasında, osmolyarlığı 311 mOsm/l olan vahid tərkibin istifadəsini tövsiyə ediblər.  Göstərilən ORD diareya zamanı yüksək effektivlik nümayiş etdirmişdir. Ancaq ÜST və UNICEF aparılan tədqiqatlar əsasında 2006-cı ildə ORD məhlullarının xüsusiyyətlərinə dəqiqlik gətirmişlər və xüsusilə də kəskin, vəba ilə törədilməmiş diareya zamanı “osmolyarlığı aşağı olan” (təxminən 245 mOsm/l) ORD məhlullarının istifadəsini tövsiyə edir.

DIA-KID tərkibində qlükoza, natrium-xlorid, kalium-xlorid və natrium-sitrat saxlayan, osmolyarlığı 236 mOsm/l olan, daxilə istifadə üçün məhlul hazırlamaq üçün toz şəklində buraxılan xüsusi hazırlanmış vasitədir. Onun əsas təsiri orqanizmdə su-duz balansının pozulmaları zamanı suitirmə riskinin azaldılmasına, maye və elektrolitlərin disbalansının kompensasiyasına yönəlib. Ümumiyyətlə oral rehidratasiya üçün qlükoza-duz məhlullarının istifadəsi fizioloji olaraq əsaslandırılmışdır, çünki müəyyən olunub ki, qlükoza nazik bağırsağın selikli qişasından kalium və natrium ionlarının keçməsini gücləndirir, bu da su-duz mübadiləsinin sürətli bərpasına və maddələr mübadiləsinin normallaşmasına kömək edir.

İstifadəsinə dair tövsiyələr:

DIA-KID oral rehidratasiya məhlulu hazırlamaq üçün tozun istifadəsi diareya hallarında su-elektrolit balansının pozulması zamanı suitirmə riskini aşağı salmaq üçün və su-duz disbalansını kompensasiya etmək üçün tövsiyə olunur.

Məhlulun hazırlanma və istifadə qaydası:

Məhlulun hazırlanma qaydası: bir paketin tərkibindəki tozu 200 ml-dən az olmayan ilıq suda həll edirlər və hazırlandıqdan dərhal sonra daxilə qəbul edirlər.

DIA-KID 6 aydan yuxarı uşaqlarda və böyüklərdə istifadə üçün nəzərdə tutulub. Vasitə həkim məsləhəti ilə qəbul olunur. Adətən 6 aydan 2 yaşadək uşaqlara 0,6 litr (600 ml) (3 paketdən hazırlanmış məhlul); 2 yaşdan 9 yaşadək uşaqlara 1 litr (5 paketdən hazırlanmış məhlul); 10 yaşdan yuxarı uşaqlar və böyüklərə 2-3 litr (10-15 paketdən hazırlanmış məhlul) məhlul gün ərzində (24 saat ətzində) daxilə təyin edilir. Diareya dayandıqdan sonra vasitənin qəbulunu 2-3 gün ərzində davam etmək olar.

İstifadəsinə dair məhdudiyyətlər:

Vasitənin hər hansı komponentinə qarşı yüksək həssaslıq olduqda və 6 ayadək uşaqlarda istifadə etmək olmaz. Tövsiyə olunan sutkalıq dozanı aşmaq olmaz. Hazırlanmış məhlula şəkər tozu qatmaq olmaz. Hazırlanmış məhlulu süd məmulatları ilə, təbii şirələrlə qarışdırmaq olmaz, çünki məhsul adekvat miqdarda elektrolitlər saxlayır və onu durulaşdırmaq olmaz. Vasitənin tərkibində laktoza izləri ola bilər.

Digər ORD kimi DIA-KİD hiperkaliemiya, kəskin və xroniki böyrək çatışmazlığı, dayanmayan qusma, huşun itirilməsi, hipovolemik şok, turşu-qələvi balansın pozulması (metabolik alkaloz), bağırsaqda karbohidratların mənimsənilməsinin pozulması zamanı (anadangəlmə monoşəkər malabsorbsiyası) əks-göstərişdir. Aşağıdakı vəziyyətlərdə ehtiyyatla istifadə olunmalıdır: böyrək funksiyasının pozulması ilə bağlı su-elektrolit balansın pozulması, ürək çatışmazlığı, arterial hipertenziya və şəkərli diabet.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

Saxlanılması:

Quru, uşaqlar üçün əlçatmaz, 25 °C temperaturdan yüksək olmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti və partiyanın nömrəsi:

Qutuda göstərilmişdir.

Buraxılış forması:

Karton qutuda hər birində 4,5 q toz olan 10 ədəd paket (netto çəkisi 45 q), təlimatla birlikdə.

İstehsalçı:

EmergoPharm Sp. z o.o. Sp.K.

Aleksandr Fredri küç, 9, 05-532 Tomiçe, Polşa.

www.emergopharm.com

Distribütor:

“AZERI-MED” MMC

Asif Məmmədov küç., 30,

AZ1033, Bakı ş., Azərbaycan 


Baxılma sayı: 82 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..