*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Vitamin və minerallar » KUATRE FOL
Sual ver
  Təcili sifariş A+ A-

KUATRE-FOL

istifadəsinə dair təlimat

Tərkibi.

Hər bir kapsulun tərkibində vardır:

(6S)-5-methyltetrahydrofolic acid, glucosamine salt (5MTHF-glucosamine) 800 mcg (1 cps)-5-metiltetrahidrofol turşusuna müvafiqdir).

Köməkçi maddələr: mikrokristallik sellüloza, hidroksipropilmetilsellüloza, maqnezium-stearat, silisium-dioksid, titan-dioksid, qarğıdalı nişastası.

Təsir xüsusiyyətləri.

Kuatre-Fol tərkibində (6S)-5-metiltetrahidrofol turşusunun qlükozamin duzunu ((6S)-5-MTHF, Quatrefolic®) saxlayır. Bu duz fol turşusu preparatlarının ən yeni dördüncü nəslini təmsil edir və patentləşdirilmiş formuldur. 5-metiltetrahidrofol turşusu (5-Me-THFA) fol turşusunun fəal forması olub, orqanizmdə müxtəlif bioloji proseslərdə, xüsusilə hüceyrə proliferasiyası və qanyaranmada koenzim kimi iştirak edir. Qida məhsulları və bioloji aktiv əlavələrlə qəbul edilən fol turşusu birləşmələri orqanizmdə öz təsirini göstərmək üçün 5-metiltetrahidrofol turşusuna çevrilməlidir. Əhalinin təxminən 10%-də (homoziqot TT), fol turşusunun mənimsənilməsi və bioloji fəal formaya çevrilməsi üçün lazım olan fermentlər çatışmır. Əhalinin 40%-ində (heteroziqot CT) isə oqranizm məhdud miqdarda fol turşusunu 5-metiltetrahidrofol turşusuna çevirə bilir. Bu insanların orqanizmi qəbul edilən fol turşusunu tam mənimsəyə bilmir. Kuatre-Fol tərkibində 5-metiltetrahidrofol turşusunu saxladığı üçün, orqanizmdə heç bir çevrilməyə məruz qalmadan bilavasitə qana sorulur və biokimyəvi proseslərə qoşulur.  Bununla yanaşı 5-metiltetrahidrofol turşusunun qlükozamin duzunun (kalsium duzundan fərqli olaraq) suda həllolma qabiliyyəti 100 dəfə daha yüksəkdir və bu maddə daha stabildir. Nəticədə, Kuatre-Folun biomənimsənilməsi və bioloji effekti maksimuma çatır. Bu da daha kiçik dozalarla maksimal effekt əldə etməyə imkan verir.

İstifadəsinə dair tövsiyələr.

Fol turşusu çatışmazlığı səbəbindən baş verən anemiyalar və fol turşusunun çatışmazlığına səbəb olan mədə-bağırsaq xəstəlikləri zamanı, fol turşusu çatışmazlığı müşahidə olunan və ya ehtimal edilən digər hallar və xəstəliklər zamanı, o cümlədən, hamiləlik və südvermə dövründə ananın və körpənin fol turşusuna olan ehtiyacını ödəmək üçün istifadə olunur.

İstifadəsinə dair məhdudiyyətlər.

Bioloji fəal əlavənin tərkib hissələrindən hər hansı birinə qarşı fərdi yüksək həssaslıq. Yalnız B12 vitamini çatışmazlığı nəticəsində yaranan anemiyaların müalicəsində istifadə olunmamalıdır. 3 yaşından kiçik uşaqlara təyini tövsiyə olunmur.

İstifadə qaydası.

Gündəlik məsləhət görülən doza 1-2 kapsuldur. Gündəlik doza su ilə daxilə qəbul olunur. Yeməkdən sonra qəbulu tövsiyə olunur.

 

Bioloji fəal əlavə.

Saxlanma şəraiti.

Gün işığı düşməyən, quru və sərin yerdə (25-30 °C-dən aşağı temperaturda) saxlanmalıdır. Son istifadə müddəti qutunun üzərində göstərilmişdir. Qablaşdırması zədələnmiş məhsullardan istifadə etməyin. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması.

Hər blisterdə 10 kapsul, qutuda 3 blister istifadəsinə dair təlimatla birlikdə.

İstehsal olunmuşdur Salix, Viale del Lavoro 14, 36030 - Monte di Malo (Vl), Viçensa, İtaliya,  “Azerimed” MMC üçün,  Azərbaycan, Bakı şəh., Asif Məmmədov küç., 30.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Baxılma sayı: 1606 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..