*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » ACTİLAC
Sual ver
  Təcili sifariş A+ A-

      ActiLac 

Tərkibi:

Probiotiklər:                                                                                                                                                   Bifidobacterium infantis, Bifidobacterium lactis, Bifidobacterium longum;                                                                 Lactobacillus acidophilus-u, Lac. paracasei, Lac. plantarum, Lac. salivarius, Lactococcus lactis-i. Enterococcus faecium-u.                                                                                                                             Prebiotiklər: oliqosaxaridlər, fruktoza, inulin.

Farmakolojı xüsusiyyətləri:                                                                                                      ActiLac preparatının tərkibinə daxil olan bifidobakterialar  və  laktobakteriyalar patogen mikrofloranı məhv edirlər, endogen interferonun əmələ gəlməsini stimulə etməklə immunitetin yaranmasında iştirak edirlər. ActiLac dəmirin, kalsiumun, D, K, B  qrup vitaminlərin , fol və nikotin turşularının, aminturşuların sorulması üçün əlverişli şərait yaradır..ActiLac qida ilə qəbul etdiyimiz zülalların, yağların və karbohidratların parçalanmasını yaxşılaşdırır və bağırsağın peristaltikasını stimullaşdırır.

ActiLac preparatının tərkibinə daxil olan prebiotiklər bağırsaqda bifidobakteriyaların və laktobakteriyalarının inkişafına əlverişli şərait yaradırlar. Prebiotiklər  həzm prosesini yaxşılaşdırırlar. ActiLac preparatının tərkibinə daxil olan prebiotik inulin - bitki mənşəli lif olub, əhəmiyyətli prebiotik təsir göstərir. O, bağırsaqda probiotik bakteriyaların çoxalmasını sürətləndirir, həzmi yaxşılaşdırır və stulun konsistensiyasını normallaşdırır. Inulin həmçinin,kalsium və maqneziumun sorulmasını artırır. İnulin qlükozanın requlyasiyasında iştirak edir.İnulin pozulmuş metabolitin məhsulları ilə (aseton,ketonlar) və xolesterin ilə birləşir və onları xaric edir.    

 Göstərişlər:

ü  Bağırsaq disbakteriozu:qəbizlik,köp,abdominal ağrılar,ürək bulanması,qusma;

ü  Mədə bağırsaq traktının xəstəlikləri:qastrit,duodenit,hepatit,öddaşı xəstəliyi,mədə və 12b.bağırsağın xorası,enterokolit,kolit,qıcıqlanmış bağırsaq sindromu,kəskin mezenteral işemiya;

ü  Helmintozlar;

ü  Ginekoloqiyada:kontraseptiv preparatların qəbulu zamanı,antibiotikoterapiya zamanı, uşağlıq yolunun  disbakteriozu ,qeysər kəsiyi əməliyyatından sonra,laktasiya dövründə;

ü  Anemiya;

ü  Endokrinoloji xəstəlikləri:2-ci tip şəkərli diabet,hiperxolesterinemiya;

ü  Dəri xəstəlikləri:dermotitlərdə,ekzema,saç tökülməsi,antibiotikoterapiya zamanı;

ü  Antibiotikoterapiya zamanı və şiş əleyhinə preparatların qəbulu.

Doza və istifadə qaydası:                                                                                                                  Yeni doğulmuş uşaqlara və 2 yaşa qədər ½  kapsul gündə 1 dəfə yeməkdən sonra.                                           2- 12 yaş arası uşaqlara 1 kapsul gündə 1 dəfə yeməkdən sonra.                                                                                               12 yaşdan yuxarı uşaqlara və böyüklərə 1 kapsul gündə 2 dəfə.                                                                    Əks göstərişlər: komponentlərə qarşı yüksək həssaslıq.                                                                             Buraxılış forması: kapsul № 10.                                                                                                                     İstehsalçı: Farmax.Çex respublikası.                                                                                           Eksklüziv nümayəndə : Norma - Pharm

 


Baxılma sayı: 69 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..