*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » Bromoliks
Sual ver
  Təcili sifariş A+ A-

 

 

 

 

 

Tərkibi:

Təsiredici maddə: 1 ml şərbətin tərkibində 0.8 mq bromheksin –hidroxlorid vardır

Farmokoterapevtik qrupu: Öskürəkəleyhinə və bəlğəmgətirci preparat.

Farmokolji xüsusiyyətləri.

Preparat  mukolitik (sekretolitik)  və bəlğəmgətirici  təsir  göstərir. Preparat  sekretin həm tərkibinə, həm də bronx epitelində qlikoproteidlərin sintezinə təsir  göstərir. Zəif  iltihab  əlehinədə  təsir  göstərir. Bəlğəmin  özüllüyünü  və  elastikliyini  azaldaraq, xaric  olmasını  asanlaşdırır. Daxili  surfaktantın  sintezini artırır, tənəffüs  prosesində  alveolların  stabilliyini təmin edir. Preparat  öz  təsirini  müalicəyə  başlayandan  2-5 gün  sonra  özünü  göstərir.

Farmakokinetikası:

Daxilə  qəbuldan  30  dəqiqə  sonra  preparatın  demək  olarki  hamısı (99%)  mədə-bağırsaq  traktından  asanlıqla  sovrulur. Biomənimsənilməsi  20%-dir. Plasentar  baryeri  və HEB – i keçir. Uzunmüddətli  istifadə  zamanı  kumulyasiyaya  səbəb  ola  bilər. T1/2 – 15 saatdır. Böyrəklərlə  xaric  olur.

 

İstifadəsinə göstərişlər.

Tənəffüs  sistemi  xəstəlikləri:

  • Traxeobronxit;
  • Kəskin  bronxoektazaynan  nəticələnən müxtəlif etiologiyalı bronxitlər;
  • Bronxial astma;
  • Ağciyərlərin  vərəmi;
  • Pnevmoniya;
  • Mukovisidoz.

İstifadə qaydası. Şərbət, 4mq/5 ml(5 ml=1 çay qaşığı)

  • Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 10 ml (2 çay qaşığı)
  • 6-12 yaşda uşaqlar : gündə 3 dəfə 5 ml (1 çay qaşığı)
  • 2-6 yaşda uşaqlar: gündə 3 dəfə 2.5 ml(1/2 çay qaşığı)
  • 2 yaşdan kiçik uşaqlar: gündə 3 dəfə 1.25 ml(1/4 çay qaşığı)

Əks göstərişlər. Bromheksinə və preparatın hər hansı komponentinə qarşı həssaslıq. 

Buraxılış forması.  200 ml flakon

İstehsalçı. Portuqaliya Labaratorios Basi-İndustria Farmaseutica


Baxılma sayı: 146 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..