*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » Faqosporin
Sual ver
  Təcili sifariş A+ A-

FAQOSPORİN

 

 

 


Tərkibi:

Faqosporin tərkibində canlı mikrob hüceyrələri olan Bacillus subtilis və Bacillus licheniformis 1.1·109   KƏGV (koloniya əmələ gətirən vahid)    

 

Farmakoloji  xüsusiyyətləri:

 

Faqosporin normal  mikrofloraya  təsir  etmədən  patogen  mikroblara  qarşı  antaqonist  aktivliyə  malikdir. Bu  patogen  mikroblara  Campylobacter, Proteus, Salmonella, Shigella, enteropatogen  E.Coli, Qızılı  stafilokokk, Candida  cinsindən  olan  göbələklər  aiddir.

Bu canlı bakteriyalar həzmi  stimulə və requlə  edən  kompleks  fermentlər  sintez  edir. Bağırsaqdan  K  və  E  vitaminlərinin  sorulmasını, həmçinin  B  qrup  vitaminlərin  sintezi  və  sorulmasını  normalaşdırır.

Faqosporin  tərkibinə  daxil  olan  basillər  yoğun  bağırsaqda  olan  normal  mikrofloranı  bərpa  edir.

Həmçinin, Faqosporin  immun  sisteminə  müsbət  təsir  göstərir. Belə ki,immunoqlobulinlərin  sintezini  artırır, makrofaqların, lizosim  və  endogen  interferonun  aktivliyini  artırır.

 

     Göstərişlər:

                                                                                                                                        Faqosporin uşaq  və  böyüklər  üçün  aşağıda göstərilən hallarda təyin olunur:

  • Patogen  mikroorqanizmlər  (Salmonella spp., Shigella spp.), enteropatogen  ştammlar (E. сoli, Proteus spp., Staphуlococcus spp., Candida spp.) tərəfindən  törədilən kəskin  bağırsaq  infeksiyaları (KBİ), həmçinin  antibiotikoterapiyaya  əks -göstəriş  olduğu  halda;
  • Bağırsaq  mikroflorasını  korreksiya  etmək  məqsədilə (antibiotikoterapiya  və  digər  səbəblərdən  yaranan  disbakterioz);
  • Bağırsaq  disfunksiyası;
  • Cərrahi  əməliyyatdan  sonra  irinli-septik  ağırlaşmaların  profilaktikası  məqsədilə;
  • Ginekoloji  praktikada: qadınlarda  müşahidə  olunan  vulvovaginal  kandidoz  zamanı, hamiləlik  dövrü  bakterial  vaginoz  zamanı (antibiotikoterapiyadan  sonra bərpaedici  məqsədlə);
  • Stomatoloji  praktikada: uşaqlarda  müşahidə  olunan  xroniki  residivləşən  stomatit.                    

 

İstifadə  qaydası  və  dozalanma:

 

  • Uşaqlara 1 saşe gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl.
  • Böyuklərə 2 saşe gündə 2-3 dəfə yeməkdən  30-40 dəqiqə əvvəl.
  • Saşe 10-50 ml otaq temperaturunda, qaynadılmış suda həll olunur.
  • Preparat homogen suspenziya alınana qədər 1-2 dəqiqə qarışdırılır.
  • Isti maye həll etməyin!
  • Həll edilmiş məhsul saxlanıla bilməz.
  • Müalicə kursu 5-10 gün.

 

Buraxılış  forması:

Qutuda  №10 saşe                                                                                                                                  

 

 İstehsalçı: Biofarma/Ukrayna.

Eksklüziv nümayəndə : Norma - Pharm


Baxılma sayı: 1807 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..