*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
  • İkinci Bakı Şopinq Festivalı
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » İmunozeta
Sual ver
  Təcili sifariş A+ A-

İMUNOZETA®

Tərkibi:

Aloe vera (Aloe barbadensis Mill.) 10% polisaxaridlər – 0.8 qr

Adi  əncir (Ficus carica L.) – 0.13 qr

Exinasea (Echinacea angustifolia DC.)  köklərində 4%  Exinakoksid və 20% Polisaxarid – 7 mq

Acerola (Malpighia punicifolia L.) 50% Vit.C – 4 mq

Farmakoloji  xüsusiyyətləri:

Aloe  vera  vitamin, mineral, aminturşu, enzim  və  digər  vacib  elementlər  deposudur.

Aloe Vera zədələnmiş toxumaların regenerasiya (bərpası) prosesini sürətləndirir. Orqanizmin funksional işini aktivləşdirir, toksiki maddələrdən təmizləyir, immun sistemini gücləndirir və orqanizmdə gedən maddələr mübadiləsini yaxşılaşdırır. Həmçinin mədə-bağırsaq sistemində gedən həzm prosesinə müsbət təsiri vardır. Kalın evakuasiyasını tezləşdirməklə yanaşı bağırsaqların selikli qişasındakı iltihabı ocaqların sağalması prosesini də tezləşdirir.

Aloe vera ürək-damar sisteminin funksional işinin bərpasında və yaxud ürək əzələlərinin elastikliyinin artmasında və qidalanmasında, gərginliyin götürülməsində rolu vardır. Həmçinin damarların elastikliyini, möhkəmliyini və sıxlığını artırır, qan dövranını yaxşılaşdırır.

Adi əncir  tərkibindəki bütün vitamin-mineral və antioksidantlar, sağlamlığı qoruyucu xüsusiyyətə malikdir. Kalsium, dəmir və sinklə zəngindir. Əncirin tərkibindəki yüksək miqdardakı kalsium və fosfor sümük və dişləri gücləndirir. Tərkibində kaliumun faizi yüksək olduğu üçün , qan təzyiqini normada saxlamağa kömək edir. Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.
Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.
Bundan əlavə bu bitki iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən exinaseya böyrəklər, sidik yolları ve sidik kisəsi iltihabları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.
Exinaseya təbi "antibiotik" dir. Bu bitki orqanizmde ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyetinə malikdir. 
Exinaseya toxumaların bərpasını sürətləndirir ve bu səbəbdən yaraların, dəridə səpgilərin, furunkulların müalicəsində istifadə olunur.
Exinaseyanın şişəleyhinə təsiri də var.

Acerola  vitamin  C  mənbəyidir. Güclü antioksidant və immunostimulyator təsirə malikdir. Orqanizmi virus və bakteriyalardan  qoruyur.

Göstərişlər:

ü  İmmun  sisteminin  zəifliyi  zamanı  uşaq  və  böyüklərdə  tez  tez  müşahidə  olunan  infeksion  xəstəliklər;

ü  Soyuqdəymə  və  qripin  profilaktik  müalicəsi  zamanı;

ü  Xroniki  infeksion  xəstəliklər  zamanı, antibiotikoterapiya  ilə  yanaşı;

ü  Uşaqlarda  müşahidə  olunan  iştahsızlıq.

İstifadə  qaydası:

Böyüklərə: 30  ml  gündə  2  dəfə (təmiz  və  ya  su  əlavə  edərək).

Uşaqlara:   6   aydan – 1  yaşa  qədər:  2,5  ml  gündə  2  dəfə;

1        yaşdan – 3  yaşa  qədər: 5  ml  gündə  2  dəfə;

3        yaşdan – 6  yaşa  qədər: 10  ml  gündə  2  dəfə;

6        yaşdan – 12  yaşa  qədər: 15  ml  gündə  2  dəfə;

Buraxılış  forması: 500 ml  flakon

İstehsalçı: PHARMALUCE S.r.l.İtaliya 


Baxılma sayı: 975 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..