*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

      LİNDOFLOR

                                (Vaginal duş)


Tərkibi:

Çay ağacının efir  yağı (Melaleuca Alternifolia)

Dərman adaçayının (Salvia officinalis) qlikol ekstraktı

Çobanyastığının (Matricaria chamomilla) qlikol ekstraktı

Ölü dənizin duzu

Süd turşusu

Bor turşusu

Təsir xüsusiyyətləri: LindoFlor - uşaqlıq yolunda  patogen mikroorqanizmlərin artıb-çoxalmasının qarşısını alaraq, uşaqlıq yolu iltihabı zamanı müşayiət olunan qıcıqlanma, göynəmə, pis qoxu və ifrazatı aradan qaldırır.

Çay ağacının efir yağı – antiseptik, bakterisid,virus və göbələk əleyhinə güclü təbii vasitədir. Dəri və selikli qişaların ödemini aradan qaldırır və regenerasiyasını sürətləndirir.

Dərman adaçayı – antiseptik, iltihab əleyhinə və büzüşdürücü təsirə malikdir.

Çobanyastığı ekstraktı –  gigiyenik vasitəyə spazmolitik, sakitləşdirici və ödem əleyhinə xüsusiyyətlərinə görə əlavə olunub.

Ölü dənizin duzu – göbələk əleyhinə və bərpaedici xüsusiyyətlərə malikdir. Dermatologiya və kosmetologiyada məhz bu təsirlərinə görə uğurla istifadə olunur. Bitki mənşəli efir yağları ilə kombinasiyada təsiri güclənir.

Süd turşusu - uşaqlıq yolunun fizioloji pH-nı qoruyub saxlayır, patogen mikroorqanizmlərin yayılmasının qarşısını alır, uşaqlıq yolu selikli qişasının süd turşusu bakteriyalarının normal fəaliyyətini təmin edir.

Bor turşusu - antiseptik təsir göstərərək uşaqlıq yolunda patogen mikroorqanizmlərin artmasının qarşısını almaqla yanaşı normal floranı da bərpa edir. Bor turşusunun təsiri çay ağacının hasil etdiyi efir yağlarının iştirakı ilə güclənir.

İstifadəsinə göstərişlər: uşaqlıq yolunun göbələk və bakterial mənşəli infeksiyalarının müalicəsi.


Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq. Hamiləlik zamanı istifadə etmək olmaz. Həkim məsləhəti olmadan uzun müddət istifadə etmək olmaz.

 

İstifadə qaydası:

Lindoflor 5 gün ərzində, gündə 1 dəfə olmaqla axşamlar istifadə olunur.

                                               

Buraxılış forması: 140 ml-lik 5 ədəd flakon və 5 ədəd birdəfəlik aplikator.

İstehsalçı: PHARMALUCE S.r.l. (San Marino)

Eksklüziv nümayəndə : Norma – Pharm

 


Baxılma sayı: 6964 dəfə
 
SUAL CAVAB
Мадина
Sual: Как открыть?
Cavab: Добрый день. Чтобы открыть LINDOFLOR LAVANDA: Держите флакон ровно, откройте горлышко, прижимая в сторону. Натянуть апликаптор до конца, пока не услышите звук клика.
Leyla
Sual: Lindoflorun qiymetin bilmek olar?
Cavab: Salam Leyla x.Lindaflor 34.20 azn -dir .Catdirilma Baki daxil 10 azn den yuxari sifarisler ucun pulsuzdur .
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..