*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Diabet » Serebrakor
Sual ver
  Təcili sifariş A+ A-

              

 

 

                                Ginkgo Biloba yarpaqlarının quru  ekstraktı


 

Tərkibi:

Hər ampul (5ml) ölçüdə:

Ginkgo biloba yarpaqlarının quru ekstraktı – 17,5 mg

(Ginkgo flavon qlikozidlərinə ekvivalent – 4,2 mq)

 

Farmakoloji  xüsusiyyətləri

Serebrakor   güclü antioksidant aktivliyə malikdir, bu təsir  onun tərkibindəki flavonoidlərin, terpenoidlərin( ginkqolid, bilobalid) və üzvi turşuların  sinergik təsiri ilə təmin olunur. Serebrakor  beyin və ətraflar da daxil olmaqla ümumi qan dövranının yaxşılaşmasına kömək edir. Serebrakor  arteriya və kapilyarların elastikliyini təmin edərək, mikrosirkulyasiyanın yaxşılaşmasına imkan yaradır. Serebrakor beyin və MSS-nə qan dövranını gücləndirərək, sinir hüceyrələri arasında informasiya ötürülməsinin sürətini artırır. Serebrakor  hüceyrələrdə maddələr mübadiləsini,qanın reoloji xüsusiyyətlərini və iri damarlarda  vazamator reaksiyaları yaxşılaşdırır. Beyin qan dövranını artırır, beyni oksigen və qlükoza ilə təmin edir. Damargenəldici təsir göstərir , trombositlərin aqreqasiyasını azaldır.Sərbəst radikalların yaranmasının və hüceyrə membranında lipidlərin peroksid oksidləşməsinin qarşısını alır. Baş beyin və ətraf toxumalarda ödeməleyhinə təsirə malikdir.

 

İstifadəsinə göstərişlər:

  • Beyin qan dövranının kəskin (işemik insult) və xroniki pozgunluğu ;
  • Beyin perfuziyasının və qidalanmasının pozulması (serebro-vaskulyar çatmamazlıq), intellektual fəaliyyətin, diqqət və oyanıqlığın pozulması, başgicəllənmələri, baş ağrısı, qulaqda küy, görmə pozğunluğu, yaddaş zəifliyi, həyəcan, depressiv əhval-ruhiyyə;
  • Kəllə beyin  travmalarının  kompleks  müalicəsi  zamanı (reabilitasiya dövrü);
  • Vazogenik və metobolik mənşəli vestibulyar pozğunluq, eşitmə pozğunluğu;
  • Periferik qan dövranı pozğunluğu - aterosklerotik angiopatiya, diabetik angiopatiya qanqrena ağırlaşması ilə, Reyno sindromu.
  • Şəkərli diabet xəstələrində polineyropatiya və retinopatiya.

İstifadə qaydası və dozası:

  • Gündə 5 ml, 10 ml ə/d və ya v/d (asta-asta) yeridilməli və ya günaşırı  15 ml v/d yeridilməli;
  • Kəskin müalicə zamanı gündə 25 ml v/d infuziya və ya inyeksiya şəklində;
  • Daha ağır hallarda gündə  25 – 50 ml v/d infuziya və ya inyeksiya şəklində.

 

Əlavə təsirləri:

Çox nadir hallarda mədə-bağırsaq sistemində narahatlıqlar, ürək bulanma, qan dövranı pozğunluğu (arterial təzyiqin enməsi, baş gicəllənmə, baş ağrı, istisna hallarda aritmiya), yuxusuzluq və dəridə allergik reaksiyalar.

Buraxılış forması:

5 ml-lik  №10 ampul

İstehsalçı: 

Daewon, Cənubi  Koreya


Baxılma sayı: 1253 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..