*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » Ukraferon 150000
Sual ver
  Təcili sifariş A+ A-

Ukraferon

 

Tərkibi:        İnterferon alpha-2b 

tokoferol asetat

askorbin turşusu

 

Farmakoloji  xüsusiyyətləri:


Rekombinat  interferon  alfa-2b  virus  əlehinə, proliferasiya  əlehinə  və  immunomodulyator  təsirə  malikdir. Ukraferonun  tərkibində  tokoferol  asetat  və askorbin  turşusunun  olması  rekombinat  interferon  alfa-2b-nın  virus  əlehinə  təsirini  10-14 dəfə  artırır, T  və  B-limfositlərinə  qarşı  immunomodulyator  təsir  möhkəmləndirərək, immunoqlobulin  E-nin  miqdarını  normallaşdırır. Hətta  2  il  ərzində  istifadə  zamanı  belə  rekombinat  interferon  alfa-2b-nın  antivirus  aktivliyini  neytrallaşdıran  antitel  əmələ  gətirmir.

 

Göstərişlər:

 

  • Ø Uşaqlarda, yenidoğulmuşlarda  və yarımçıqdoğulmuşlarda  baş  verən  iltihabi-infeksion xəstəliklərinin kompleks  müalicəsi  zamanı:
  • Ø Kəskin  respirator  virus  infeksiyaları (pnevmoniya, bronxit);
  • Ø Meningit, sepsis;
  • Ø Bətin  daxili  infeksiyalar (xlamidioz, herpes, sitomeqalavirus, mikoplazmoz  və  s.);
  • Ø Uşaqlarda  müşahidə  olunan  Epşteyn-Barr  virus  infeksiyasının  müalicəsi  zamanı.

 

 

Dozalanması  və  istifadə  qaydaları:

 

Uşaqlarda, yenidoğulmuşlarda  və yarımçıqdoğulmuşlarda  baş  verən  iltihabi-infeksion  xəstəliklərinin  kompleks  müalicəsi  zamanı  150 000 BV  olmaqla  sutkada  2  dəfə  təyin  olunur (12  saatdan  bir  rektal  formada). Müalicə  kursu  arasındakı  interval  5  gündür.

 

 

Əks göstərişlər:

Rekombinant interferon alfa-2 b –yə qarşı yüksək həssaslıq.

 

Buraxılış forması:

Rektal suppozitoriyalar 150 000 BV № 10

 

İstehsalçı:  «Biofarma», Ukrayna, Kiyev   www.biofarma.kiev.ua

 Eksklüziv nümayəndə : Norma - Pharm

 


Baxılma sayı: 168 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..