*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Bivita

Siropun 15 ml həcminin tərkibi:

Vitamin В1- 1,1 mg

Vitamin В2- 1,4 mg

Vitamin В3- 16 mg

Vitamin В5- 6 mg

Vitamin В6- 2,8 mg

Vitamin B12 - 2,5 mkq

Fol turşusu- 200 mkq

Biotin- 50 mkq

Farmakoloji  təsiri:

Vitamin  B1 enerji mübadiləsində əsas maddə olub mərkəzi və periferik sinir sisteminin ,

ürək – damar və endokrin sistemin işini normallaşdırır. Vitamin B1orqanizmdə fosforlaşaraq  kokarbaksilazaya  çevrilir, kokarboksilaza  isə  müxtəlif  fermentativ  reaksiyalarda  iştirak  edir. Karbohidrat, zülal və yağların mübadiləsində mühüm rol oynayır. Həmçinin  sinapslarda baş  verən sinir  oyanıqlığında  müsbət  təsir  göstərir.

Hüceyrə  membranını  toksiki  təsirlərdən  qoruyur.

Vitamin  B2 – karbohidrat, zülal və yağların enerji  mübadiləsində  iştirak  edir, sinir  sistemini requlə  edir. Gözün  görmə  qabiliyyətinə  və  dəriyə  müsbət  təsir  göstərir.

Vitamin  B6 – bir çox maddələr  mübadiləsində  iştirak  edir. Mərkəzi  və  periferik  sinir  sisteminin  normal  funksiyası  üçün  əvəzolunmazdır.

Niasin ( vitamin B3 ) – əsas  fermentlərin  tərkibinə  daxildir. Karbohidratların, zülalların mübadiləsində  və  həmçinin  hüceyrə  qidalanması   proseslərində  iştirak  edir.

Sinir  sistemi və   mədə - bağırsaq  traktının işini  normallaşdırır. Həmçinin  qan  yaranma  proseslərində  iştirak  edərək  kapillyarlara  genişləndirici  təsir  göstərir. Ürək – damar  sistemi  xəstəliklərində  profilaktik  məqsədlə  istifadə  olunur.

Pantoten  turşusu ( vitamin  B5 ) – karbohidrat, zülal və yağ mübadiləsində  iştirak  edir.

Mərkəzi  və periferik  sinir  sisteminin funksionallığını  normallaşdırır. Qanyaranma  prosesinə  müsbət  təsir göstərir.

Vitamin B12 (siankobalamin) – immunomodulyator, allergiya əleyhinə, qanyaradıcı funksiya daşıyır, sinirlərin mielin qişasının əmələ gəlməsində iştirak edir, genetik materiallın  (nuklein turşularının) sintezini təmin edir. Transmetilləşmə, metionin, nuklein turşuları və xolinin sintezində iştirak edir. MSS-nin fəaliyyətinə müsbət təsir göstərir, beyinin işini yaxşılaşdırır.

Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin mübadilə proseslərində, qan hüceyrələrin yaranmasında iştirak edir, immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətində mühüm rol oynayır.

Biotin (Vitamin H, Vitamin B7) yağ turşularının metabolizmində  mühüm faktor kimi çıxış edir. Biotin hüceyrə inkişafında iştirak edir, qanda şəkərin miqdarını tənzimləyir. Xüsusilə sümük iliyi və sinir toxuması üçün də çox əhəmiyyətli tərəfləri var.

Göstərişlər:

Bivita  aşağıdakı  xəstəliklərin  kompleks  müalicəsi  zamanı  istifadə  olunur:

ü  Müxtəlif  genezli  iştaha pozğunluqları;

ü  Sinir  sistemi  xəstəlikləri (nevrotik vəziyyətlər,nevrit , müxtəlif  genezli  nevralgiyalar, periferik  ifliclər );

ü  Anemiyalar;

ü  Helmintozlar;

ü  Qaraciyər  xəstəlikləri (hepatitlər  və  qaraciyər  sirrozu); ürək – damar  xəstəlikləri;

Doza və istifadə qaydaları:

  • 0-1 yaş    - 5 ml, gündə bir dəfə
  • 1-6 yaş    - 10 ml, gündə bir dəfə
  • 6 yaş və yuxarı    - 15 ml, gündə bir dəfə

Buraxılış  forması: Sirop 100 ml

İstehsalçı: Basi Laboratorios/Portuqaliya 

Eksklüziv nümayəndə : Norma – Pharm


Baxılma sayı: 1429 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..