*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Yara və yanıqlar » Kutisanum
Sual ver
  Təcili sifariş A+ A-

Kutisanum

CUTİSANUM

 

Tərkibi:

Sink oksid                                                                 4.0 q

Allantoin                                                                   0.2 q

Qaytarma kökümsovunun ekstraktı                      0.6 q

İxtiol                                                                          1.0 q

Məlhəm  əsası: petrolatum                                 12.0 q

 

Farmakoloji xüsusiyyətləri :

Kutisanum preparatının tərkibinə daxil olan sink oksid iltihab əleyhinə, quruducu, adsorbsiyaedici və antiseptik xüsusiyyətlərə malikdir. Dəridə qoruyucu örtük yaradaraq, qıcıqlandırıcı faktorların təsirini azaldır.

Kutisanum preparatının tərkibinə daxil olan allantoin antioksidant, iltihab əleyhinə təsir göstərir, yeni hüceyrələrin inkişafını stimulə edir, məsamələrin yığılmasına kömək edir, dərini nəmləndirir.

Kutisanum preparatının tərkibinə daxil olan qaytarma kökümsovunun ekstraktındakı taninlər iltihab əleyhinə təsir göstərirlər. Düzduran  qaytarma yarasağaldıcı, antiseptik və yanıq əleyhinə təsirə malikdir.

Kutisanum preparatının tərkibinə daxil olan ixtiol keratoplastik təsirə malik olub, toxumanın regenerasiyasını və epitelizasiyasını yaxşılaşdırır. İnfiltratların sorulmasına köməklik edir. Dəridə qan dövranını yaxşılaşdırır. Qaşınmanı azaldır.

Beləliklə kutisanum preparatı iltihab əleyhinə, keratoplastik və yarasağaldıcı effektə malikdir.


Göstərişlər:

  • Dəri  xəstəlikləri (ekzema, dermatit, sızanaqlar, dərinin qıcıqlanması,dermatozlar)
  • Yanıqlar;
  • Səthi yaralar, yataq yaraları, trofik yaralar;
  • Uşaqlarda  müşahidə  olunan  bişməcələrin  profilaktikası.

 

Əks göstərişlər: preparata qarşı hiperhəssaslıq.


İstifadə qaydaları : dərinin təmiz üz qatına gündə 2 dəfə və ya ehtiyac olan vaxtda sürtmək olar. Kurs  müalicə  1  aydır.

Yanıqlar  və  yaralar  zamanı  məlhəm  ilə  sarğı  qoyulur.

Uşaqlarda  bişməcələr  zamanı  profilaktik  olaraq  Kutisanum  məlhəmi  nazik  qat ilə  həmin  nahiyyələrə  çəkilir.


Buraxılış forması : № 1 tüb 20.0 q.


Eksklüziv nümayəndə : Norma – Pharm

İstehsalçı : ÇAO  "West – pharma – east " , Ateities pl. 31, Каunas LT- 52167, Litva.



Baxılma sayı: 8091 dəfə
 
SUAL CAVAB
Sonya
Sual: Salam. Üzümdə sızanaq ləkələri var. Bu mazın ləkələrə xeyri var?
Cavab: Salam Sonya xanım.Kutisanum preparatının istifadə göstərişlər:Dəri xəstəlikləri (ekzema, dermatit, sızanaqlar, dərinin qıcıqlanması,dermatozlar).Müraciətiniz üçün təşəkkür edirik.
aysel
Sual: Salam.men uzum ucun cekirem.ama spirti cekirem 1 saatdan sonra bu mazi ustunden cekirem duzgundur sizce? Yoxsa yutulub bu maz cekilmelidir?
Cavab: Salam Aysel xanım.KUTISANUM 20qr mazın istifadə qaydası:dərinin təmiz üz qatına gündə 2 dəfə və ya ehtiyac olan vaxtda sürtmək olar. Kurs müalicə 1 aydır.Müraciətiniz üçün təşəkkür edirik.
Camil
Sual: Cutisanum qiymati neciyadir?
Cavab: Salam Cəmil bəy.KUTISANUM 20qr maz məbləği 5.55 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
Ayxan
Sual: Böyük adamdı.Ayağında yanıq var balaca ama derin yanıqdı.asvaltda olan qır tökülüb bu maz ömek edermi?
Cavab: Salam.Kutisanum preparatının göstərişlər:Dəri xəstəlikləri (ekzema, dermatit, sızanaqlar, dərinin qıcıqlanması)Yanıqlar; Səthi yaralar, yataq yaraları, trofik yaralar. İstifadə qaydaları : dərinin təmiz üz qatına gündə 2 dəfə və ya ehtiyac olan vaxtda sürtmək olar. Kurs müalicə 1 aydır. Yanıqlar və yaralar zamanı məlhəm ilə sarğı qoyulur. Siz ilk növbədə həkiminizlə məsləhətləşin.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..