*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Klimaks » SELEKTE
Sual ver
  Təcili sifariş A+ A-

SELEKTE

Güclü antioksidantdır, maddələr mübadiləsinin normal gedişini və hüceyrə funksiyalarını tənzimləyir, qocalma proseslərinin, xərçəngin, şəkərli diabetin və ürək xəstəliklərinin qarşısını alır.

Tərkibi:

 Vitamin E (DL- alfa tokoferol asetat) -  400 BV

 Vitamin A (Retinol asetat) - 1 mq

Sink - 24.9 mq

Selen - 55 mkq

Farmakoloji xüsusiyyətləri:

Vitamin E - yağda həll olan vitamindir. Güclü antioksidantdır. Hüceyrə  və hüceyrə daxili membranları zədələyən sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır. Bu da orqanizmin inkişafı, sinir və əzələ sisteminin normal fəaliyyəti üçün çox əhəmiyyətlidir. Vitamin E doymamış yağ  turşularının hidrogen peroksidlə oksidləşməsini tormozlayır, eritrositlərin hemolizinin qarşısını alır. Bir çox ferment sisteminin kofermentidir.

Vitamin A - yağda həll olan vitamindir, antioksidantdır, gözlərin, sümüklərin, dəri və saçların sağlamlığı üçün, həmçinin immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Retinol zülal sintezini requlə edir, oksidləşmə - bərpaetmə proseslərində iştirak edir. Qocalma proseslərini ləngidir, yeni hüceyrələrin inkişafı üçün vacibdir.

Selen  -  güclü antioksidantdır, hüceyrələri sərbəst radikalların mənfi təsirindən qoruyur. Qalxanabənzər vəzin tam funksiyası üçün vacibdir. Selen təbii abortların rast gəlmə tezliyini aşağı salır. Həmçinin embrionda defektlərin yaranmasının qarşısını alır. Eyni zamanda immun sistemi stimulə edir.

Sink  -  immunomoduləedici, tonuslandırıcı, antioksidant və dermatoprotektiv təsir göstərir. T-limfositlərin normal fəaliyyətinə köməklik edir. DNT, RNT və insulin sintezində iştirak edir. A vitamini sink iştirakı olmadan heç bir funksiya yerinə yetirə bilmir. Orqanizmin qocalmasının qarşısını alır.

Aşağıdakı xəstəliklərin kompleks müalıcəsində istifadə olunur:

 

 Hamiləliyin  pozulma riski, Mastopatiya, Sonsuzluq, Dismenoreya, Amenoreya və Klimaks 

  Kişi cinsiyyət vəzilərinin hipofunksiyası, Xroniki prostatit

 Ateroskleroz, Ürəyin işemik xestelik xəstəlikləri və  Kardiomiopatiya

 Nevrasteniya, Klimakterik vegetativ pozulmalar, Astenik sindrom

 Epilepsiya, Alsheymer və Parkinson xəstəliyi

 Dermatomiozit, Dermatoz, Psoriaz, Ekzema, Dəmrov

 Miopatiya, Makulodistrofiya, Katarakta, Müxtəlif qansızmalar 

  Hemolitik anemiya, Periferik damar spazmı, Xolestatik sindrom 

  Əzələ distrofiyası, Oynaqların, Bağ aparatının degenerativ dəyişiklikləri 

 Diabetik miopatiya 

 

İstifadə qaydası və dozalanma rejimi: gündəlik qəbulu 1 kapsuldur. Şəkərli diabet xəstələrinə və hamilələrə istifadəsinə icazə verilir.

Əlavə təsirləri: Adətən E vitamininin qəbulu orqanizm tərəfindən yaxşı qəbul olunur.

Əks göstərişləri: Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

Buraxılış forması: 30 softgel.

 İstehsalçı: Tar. ve hay. ürün. ürt. paz. san ve tic. Ltd şti. İvedik org. san. mürted yapı koop. 729 sok. No:7 Ankara.

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

 

 

 

 



Baxılma sayı: 3827 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..