*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Nootrop » Mersobil
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:


Mersobil tablet №30  (hər 1 tabletdə):

Sitikolin ……………………… 200 mq

Ginkqo biloba …………………40 mq

Mersobil damcı -50 ml (hər 1ml –20 damcı):

Sitikolin ……………………… 100 mq

Ginkqo biloba ……………………5 mq


Farmakoloji xüsusiyyətləri:
Mersobil neyroprotektor, neyroreperativ, nootrop, vazoprotektor, antihipoksant təsir göstərir.

Sitikolin (sitidin difosfatxolin) - neyronal membranın əsas struktur elementi olan  fosfolipidlərin sələfidir, geniş təsir spektrinə malikdir – zədələnmiş hüceyrə membranını bərpa edir, fosfolipaza fermentini inhibə edərək fosfatidilxolinin deqradasiyasının, sərbəst radikalların yaranmasının, apaptozun mexanizmlərinə təsir göstərərək isə hüceyrələrinin ölümünün qarşısını alır. Kəllə-beyin travması zamanı posttravmatik komanın müddətini və meydana çıxan nevroloji simptomları azaldır, kəskin insult zamanı zədələnmiş toxumanın sahəsini azaldır, xolinergik keçiriciliyi yaxşılaşdırır, beyin hipoksiyası simptomlarını – yaddaş pozulması, emosional labillik, təşəbbüssüzlük və s. aradan qaldırır, degenerativ və damar zədələnmələrindən sonra yaranan koqnitiv, hissi və hərəki nevroloji dəyişikliklərin müalicəsini həyata keçirir, ödem əleyhinə xüsusiyyətə malik olduğundan beyin ödemini azaldır, beyində O2  sərfini və qan axımını gücləndirir, dopamin sintezini stimulə edir, qlaukoma zamanı dağılan qanqlioz hüceyrələri bərpa edir.

Ginkqo biloba - beyin qan dövranını yaxşılaşdırır, işemik zonada qan dövranını gücləndirir, energetik prosesləri sürətləndirir, sinir hüceyrələrinin hipoksiyaya davamlılığını artırır, damarlarda spazmı aradan götürür. Kapillyarların keçiriciliyini azaldır, mikrosirkulyasıyanı yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərini normaya salır, tromb əmələ gəlməni ləngidir, MSS-də ödemin yaranmasının qarşısını alır. Hüceyrələrdə maddələr mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır, beyin və periferik toxumaların oksigen və qlükoza ilə təchiz olunması yaxşılaşır.

İstifadəsinə göstərişlər:

v  Kəskin və yarımkəskin insultdan sonra bərpa dövründə;

v  Doğuş travması, perinatal ensefalopatiyalar, hipoksiya, kəllədaxili təzyiq;

v  Diqqət defisiti fonunda hiperaktivlik sindromu, psixomotor inkişafın ləngiməsi, koqnitiv funksiyaların çatışmazlığı, gecə enurezi, nitq qüsurları, kəkələmə;

v  Serebral ateroskleroz, qocalıqla əlaqədar serebrovaskulyar pozğunluqlarda, başgicəllənmələrdə, qulaqlarda küy;

v  Yaddaş pozğunluğu (xüsusilə yaşla əlaqədar), müxtəlif mənşəli  demensiyalar (həmçinin vaskulyar), Parkinson və Alsheymer xəstəlikləri;

v  Periferik sinir  (nevrit, polinevrit, pleksit, nevralgiya və s.) xəstəliklərinin müalicə və  profilaktikasında;

v  Görmə və eşitmə sinirlərinin zədələnməsi və funksional pozğunluqlarında (ambliopiya, qlaukoma).

Əks göstərişlər:

Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

Dozalanma və istifadə qaydası:

Mersobil preparatının dozası və istifadə qaydası individual olaraq xəstəliyin növündən və dərəcəsindən asılı olaraq təyin olunur. Adi tövsiyə olunan dozalar:

Mersobil damcı: yenidoğulmuş və uşaqlara 0.5-1 ml (10-20 damcı) gündə 2-3 dəfə yeməkdən sonra. Böyüklərdə 2 ml (40 damcı) gündə 2-3 dəfə yeməkdən sonra.

Mersobil tablet: 1 tablet gündə 2-3 dəfə yeməkdən sonra.

Gecə enurezindən başqa digər hallarda preparatın qəbulu 17.00-dan sonra məsləhət deyildir.

Buraxılış forması:
Mersobil tablet - №30, damcı, oral qəbul üçün 50 ml-lik flakonlarda məhlul.

İstehsalçı: PHARMEX ROM INDUSTRY, Str Crizantemelor 1, Mogosoaia – Ilfov,  Rumıniya.


Baxılma sayı: 8708 dəfə
 
SUAL CAVAB
Xanoğlan
Sual: Salam . Bu dərman neçəyədir?
Cavab: Salam Xanoğlan bəy.MERSOBIL 50ml məbləği 25.65 Azn;MERSOBIL N30 məbləği 36.10 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..