*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
FonPlast
Sual ver
  Təcili sifariş A+ A-

İltihab və ağrı simptomlarının azalması məqsədilə yerli istifadə olunan plastır

TƏRKİBİ

1 plastırın tərkibində təsiredici maddə qismində mövcuddur:

Saplaqlı istiotun yağı - 3% (Oleo Capsicum 3%)

Mentol - 2% (Menthol 2%)

Kamfora - 5% (Camphor 5%)

Borneol - 2% (Borneol 2%)

Metil salisilat - 6% (Methyl salicylate 6%)

Nanə yağı - 0.7% (Peppermint oil 0.7%)

Timol - 0.3% (Thymol 0.3%)

Kauçuk - 27% (Caoutchouc 27%)

Sink oksid - 22% (Zinc Oxide 22%)

Qatranlar - 30% (Resins 30%) 

TƏSVİRİ

Rəngsiz və şəffaf plastır hər tərəfdən bağlı ağ rəngli kağız qablaşmaya yerləşdirilir. 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: 

FonPlast plastırı ilthab əleyhinə, analgetik və ödem əleyhinə təsir göstərir.  Qan dövranını yaxşılaşdırır.Plastırın komponentləri qan dövranını sürətləndirərək ağrı hissinin azalmasına kömək edir. Əzələ gərginliyini azaldır və yorğunluğu götürür. Mentol yerli olaraq yayındırıcı effektə malik olub, ağrı hissiyyatını aradan qaldırır. İltihab əleyhinə təsiri də  vardır.

GÖSTƏRİŞLƏRİ

İltihab və ağrı simptomlarının azalması məqsədilə aşağıdakı patoloji vəziyyətlərdə istifadə olunur:

Deformasiyaedici artrit, çiyin ağrısı, tendinit və peritendinit, təkrar gərilmələr, əzələ ağrısı, epikondilit, travmadan sonrakı ağrı və şişkinlik. 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA REJİMİ

 Zədələnmiş nahiyəyə 1 plastır gündə bir dəfə yapışdırılır. 

ƏKS GÖSTƏRİŞLƏR

  • § Tərkibindəki komponentlərə qarşı hiperhəssaslıq.
  • § Asetilsalisil turşusu və ya digər qeyri-steroid iltihab əleyhinə vasitələrin qəbulu.

ƏLAVƏ TƏSİRLƏR

Plastırın tətbiqi zamanı aşağıda sadalanan arzuolunmaz əlavə təsirlər təzahür etdikdə plastırın dərhal qoparılması, istifadəsinin dayandırılması və həkim və ya əczaçı ilə məsləhətləşmə tövsiyə olunur.

  • Dəriyə istifadəsində təsadüfi hallarda səpgilər, eritema, qaşınma, dəri qıcıqlanması, yanma hissi və dərinin qabıqlanması kimi dəri reaksiyaları müşahidə oluna bilər. 

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ XƏBƏRDARLIQ

Qeyri-steroid iltihab əleyhinə vasitələr xəstəliyin səbəbinə deyil, simptomlarına təsir göstərir.

Astma xəstəliyindən əziyyət çəkən xəstələr plastırın istifadəsindən əvvəl mütləq şəkildə həkim və ya əczaçı ilə məsləhətləşməlidirlər.

Dərinin infeksiyalı iltihabında plastırın istifadəsi infeksiya simptomlarını gizlədə bilər, bu səbəbdən belə patoloji vəziyyət ilə olan xəstələrdə plastırın tətbiqi ilə yanaşı müvafiq antibakterial və ya antimikotik vasitələr də təyin olunmalıdır.

Xronik patologiyalarda istifadə edildikdə plastırdan başqa digər müalicə tədbirləri də nəzərdən qaçırılmamalıdır, əlavə təsirlərin təzahürlərinə xüsusi diqqət yetirilməlidir.

Zədələnmiş dəridə və selikli qişada, həmçinin dərinin ekzemalı və ya səpgili nahiyəsində istifadə edilməməlidir. Plastırın yapıştırılacaq dəri sahəsi quru olmalıdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ

Hamiləlik və laktasiya dövründə plastırın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Yalnız istifadəsinə mütləq göstəriş olduqda və ana üçün potensial fayda döl üçün potensial riskdən yüksək olduqda həkimlə məsləhətləşmədən sonra plastır hamilələrdə istifadə edilə bilər.

UŞAQLARDA İSTİFADƏ

Plastırın istifadəsi 12 yaşdan yuxarı uşaqlarda mümkündür. 12 yaşdan kiçik uşaqlarda plastırın istifadəsi həkim məsləhəti ilə ola bilər.

YAŞLILARDA İSTİFADƏ

Yaşlılarda plastır ehtiyyatla istifadə edilməlidir, plastırın tətbiq olunacaq zədələnmiş nahiyənin dərisinin vəziyyətinə nəzarət edilməlidir.

SAXLANMA ŞƏRAİTİ

Plastırı qaranlıq və quru yerdə, uşaqların əli çatmayacağı bir yerdə saxlamalı. Birbaşa günəş işığından , istilik və nəm şəraitdən qorumalı. Plastır öz qutusunda saxlanılmalıdır. 

YARARLILIQ MÜDDƏTİ

Qablaşmanın üzərində qeyd olunmuşdur. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ

Reseptsiz

Tibbi vasitədir!

Dərman vasitəsi deyil.

BURAXILIŞ FORMASI

Qutunun içərisində 12 x 18 sm ölçülü 24 ədəd plastır paketi var.

Baxılma sayı: 625 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..