*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
ESİTROX gel
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi:

Trokserutin 2 %-li, Rutozid, Essin, Bromelayn, Tokoferol-asetat, Ginkqo biloba yarpaqlarının ekstraktı, At şabalıdı toxumlarının ekstraktı, Kofein, Asiya sentellasının ekstraktı, Ananas meyvələrinin ekstraktı, Qaragilə meyvələrinin ekstraktı, Dağ arnikası çiçəklərinin ekstraktı, Əzvay yarpağı, Aptek zəncəfili kökünün ekstraktı, Perna Canaliculus növü molyusklarından  alınmış ekstrakt, Dərman xəşənbülü çiçəyinin ekstraktı, Laym yağı, Cymbopogon schoenanthus yağı, Litsea Kubeba meyvələrinin yağı, Mentol.

Farmakoloji qrupu:

Angioprotektor, venotonik

Esitrox gel təbii tərkibli kombinə olunmuş vasitədir. Kapilyar və venalara angioprotektor, flebotonik təsir göstərir. Esitrox gel xroniki venoz çatışmazlıq zamanı ödem, ağrı, göynəmə və qıcolma kimi əlamətləri azaldır. Gelin müntəzəm istifadəsi mikrosirkulyasiyanı yaxşılaşdırır və ağırlaşmaların əmələgəlmə riskini azaldır. Daha effektiv müalicə üçün Esitrox retard tabletlə birgə istifadəsi tövsiyyə olunur.

İstifadəsinə göstərişlər:

-Aşağı və yuxarı ətraflarda venoz-limfatik çatışmazlıq (o cümlədən, venaların varikoz genişlənməsi, xronik limfostaz) əlamətlərinin müalicəsi zamanı;

-Ətraflarda ağırlıq, ödem və ağrı hissi;

-Tromboflebit, flebit;

-Trofik pozğunluqlar;

-Dəri və yumşaq toxumaların zədələnməsi zamanı;

-Mikrosirkulyasiyanın pozulması;

-Plastik əməliyyatlardan sonrakı ödemlər.

İstifadə qaydası:

Gel gün ərzində 2 dəfə quru, təmiz və tamlığı pozulmayan dəri səthinə lazım olan miqdarda yüngül əl hərəkətləri ilə masaj edilərək sürtülür.

Buraxılış forması:

100 ml gel.

İstehsalçı: "ESI S.p.A.", Via della Industrie 1, 17012 Albissola Marina, İtaliya

Baxılma sayı: 1337 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..