*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Levozin sirop
Sual ver
  Təcili sifariş A+ A-

LEVOZIN

Loratadin 10 mg N10

Loratadin 1mg/ml – 120 ml

Antihistamin,allergiya əleyhinə

Tərkibi:

Loratadin 1mg/1ml,şərbət-120 ml;

Loratadin 10 mg,tablet N 10

Farmakokinetik xüsusiyyətlər:

Loratadin H1 reseptorların blokatoru olub,onların histaminlə qıcıqlanmasının qarşısını alır və eyni zamanda tosqun hüceyrələri blokada edərək,histamin ifrazının qarşısını alır.Allergiya,iltihab,ödem,qaşınma,ekssudasiya , saya əzələlərin spazmı,damar keçiriciliyi əleyhinə təsir göstərir.Loratadin daxilə qəbuldan sonra mədə-bağırsaq traktından tez bir zamanda sovrulur,plazmada maksimal konsentrasiyaya 1-1,5 saatdan sonra çatır.Preparatın birdəfəlik daxilə qəbulundan sonra təsiri 0,5 saat sonra başlayır,24-48 saat davam edir. Loratadin  plazma züllaları ilə 97-99% birləşir.Loratadin CYP3A4 və CYP2D6 izoenzimlərinin təsiri altında tamamilə qara ciyərdə metabolizmə uğrayır.Loratadinin yarımatılma dövrü 8,4 saatdır.Qəbuldan 24 saat sonra dozanın 27%-i böyrəklərlə xaric olur.

Göstərişləri:

Müxtəlif mənşəli allergiyalar

Mövsümi və ilboyu davam edən allergik rinit

İdiopatik xroniki övrə

Allergik-obstruktiv bronxit

İstifadə qaydası:

Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr:

1tablet gündə bir dəfə.

Uşaqlar:

6 yaşdan 12 yaşadək  və bədən çəkisi 30 kq-dan çox olan  uşaqlar: 10 ml (2 ölçü stəkanı)gündə bir dəfə.

2 yaşdan 6 yaşadək və bədən çəkisi 30 kq-dan az olan  uşaqlar : 5 ml(1 ölçü stəkanı) gündə bir dəfə.

Levozin preparatı 2 yaşadək uşaqlara tövsiyə olunmur.

Yaşlı pasiyentlərdə doza korreksiyasına ehtiyac yoxdur.

Əks-göstərişlər

Loratadinə və preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

Yan təsirlər:yuxululuq(1,2%),baş ağrısı (0,6%),iştahanın yüksəlməsi (0,5%) və yuxusuzluq(0,1%).

Buraxılış forması:

Levozin tablet 10 mg N10

Levozin sirop 1 mg/ml,120 ml

Yararlılıq müddəti:

Levozin tablet – 5il

Levozin sirop – 3 il

Aptekdən buraxılma şərti:

Reseptsiz buraxılır

 

İstehsalçı:

EGİS Farmasevtik zavod ASC,Macarıstan


Baxılma sayı: 675 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..