*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Neyromiks
Sual ver
  Təcili sifariş A+ A-

                     NEYROMİKS

                                                     Nootrop 

 Hər 10 ml şərbətin tərkibində vardır:

 Qamma – amin yağ turşusu (QAYT) --- 200 mq
Ginkqo Biloba ………100 mq

Qlisin  ………………..50 mq

Maqnezium  oksid… 50 mq

 B6 vitamini  …………2 mq

 Banan dadlıdır.

Farmakoloji  xüsusiyyətləri:

NEYROMİKS  - nootrop, angioprotektor, antiaqreqant təsirlərə malik, həmçinin mikrosirkulyasiyanı yaxşılaşdıran kombinə olunmuş  vasitə olub, sinir sisteminə neyrometabolik, neyroprotektor və neyrotrofik təsir edir.

Beyin toxumasının hipoksiya və toksik təsirlərə qarşı müqavimətini artırır. Neyronlarda anabolik prosesləri stimulə edir, nootrop, dezintoksikasiyaedici, ammoniumbirləşdirici təsir göstərir, oksidləşmə-bərpa proseslərini, zülal mübadiləsini stimulə edir. Sinir və endokrin sistemin funksional fəaliyyətini dəyişməklə, maddələr mübadiləsini normallaşdırır. MSS-də sinapslarda qıcığın   düzgün ötürülməsini təmin  edir, ammoniumu birləşdirir və xaric edir. Mülayim sedativ təsir edir.
Əqli və fiziki iş qabliyyətini artırır. Beynin energetik funksiyalarını və metabolizmini yaxşılaşdırır, beyin toxumasının tənəffüs aktivliyini artırır, oksigenin və qlükozanın sinir sistemi tərəfindən mənimsənilməsini və beyin qan dövranını yaxşılaşdırır. Qıcolma  əleyhinə təsir edir.
 NEYROMİKS  psixo-emosional   gərginlik, yuxusuzluq, sosial dezadaptasiya, vegetativ damar pozğunluqları, beynin işemik və travmatik zədələnmələri, ensefalopatiyalar və digər bu kimi sinir sistemi xəstəliklərində effektivdir. Həmçinin  antioksidant, həm də antitoksik təsirə malikdir.

Qamma – amin yağ turşusu (QAYT) -  biogen amin  olub, mərkəzi sinir sisteminin vacib tormozlayıcı neyromediatorlarından biridir. Beynin energetik funksiyalarını və metabolizmini yaxşılaşdırır, beyin toxumasının tənəffüs aktivliyini artırır, oksigenin və qlükozanın sinir sistemi tərəfindən mənimsənilməsini və qan dövranını yaxşılaşdırır.

Ginkqo Biloba - beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri  hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək, (əsasən beyin hüceyrələrində) hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkqo Biloba tərkibindəki terpen birləşmələri  hesabına  damar divarını möhkəmləndirərək, damarın elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq, qanın reoloji xüsusiyyətlərini normallaşdırır.

Qlisin - amin turşu olub, mərkəzi sinir sistemində tormozlayıcı funksiyaları stimulyasıya edən neyromediatordur. O, neyronlardan qıcıqlandırıcı amin turşularının ayrılmasını ləngidir, metabolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir. Qlisin və QAYT alfa 1- adrenoblokatorlardır. 
Maqnezium -  bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir. Hüceyrələrin həyati vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Fizioloji baxımdan maqnezium hüceyrədaxili kationdur. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir. Əzələlərdə ion balansını bərpa edərək, bir sıra reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxusuzluq , ürək ritminin, mədə-bağırsağın motor funksiyasının pozulmasına və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur. Kalsiumun metabolizminin tənzimlənməsində iştirak edərək sümüklərin mineralizasiyası və inkişafinı təmin edir.
B6 vitamini -  maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metabolizmi yaxşılaşdırır, sinir sistemində neyromediatorların sintezini stimullaşdırır. Əqli və fiziki əmək qabiliyyətini artırlr, yaddaşı və əhval-ruhiyyəni yaxşılaşdırır.
İstifadəsinə dair tövsiyələr:

 - Hipoksiya ilə doğulan uşaqlar;
 - Doğuş travmaları;

 -Beyin qan dövranının pozulması;
 - Əqli inkişafdan qalma;
 - Epilepsiya;

 - Uşaq serebral iflici;
 - İnfeksion ensefalopatiyalar;
 -Uşaq və yeniyetmələrdə davranış labilliyi;
 -Hiperaktivlik fonunda uşaqlarda diqqət defisiti sindromu;

 -Uşaqlarda diqqət və yaddaşın artırılması məqsədi ilə;

 -Sidik kisəsinin neyrogen-funksional pozğunluqları. Enurez.

 

 İstifadə qaydası:  NEYROMIKS cədvəldə göstərilən dozalarla yeməkdən  sonra qəbul edilir.

 

Yaş dövrü:

 

                Dozalanma:

 

0-3 yaş uşaqlar

          2,5 ml gündə 1- 2 dəfə

3 - 5 yaş uşaqlar

          5 ml gündə 1- 2 dəfə

5 - 8 yaş uşaqlar

         7,5 ml gündə 1- 2 dəfə

8 -12 yaş uşaqlar

         10  ml gündə 1- 2 dəfə

12  yaşdan böyük uşaqlar


15  ml gündə 1- 2 dəfə


 

Buraxılış forması: NEYROMİKS flakonda 120 ml şərbət, ölçü qapağı və içlik vərəqə ilə birlikdə karton  qutuda  qablaşdırılmışdır.

İstehsalçı: AKSON  Ilaç/ Türkiye.


Baxılma sayı: 147 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..