*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Ferrofiks
Sual ver
  Təcili sifariş A+ A-

                                      FERROFİKS

                                                        Antianemik preparatdır

Hər 10 ml şərbətin tərkibində vardır :

Dəmir-qlükonat ……….175 mq ( Dəmir - 20,5 mq)

Fol  turşusu  ……………200 mkq

B12  vitamini ………15 mkq

C vitamini  …………30 mq

 karamel dadlıdır.

Farmakoloji  xüsusiyyətləri:

 FERROFİKS kombinə olunmuş antianemik vasitədir. Dəmir- qlükonat orqanizmdə hemoqlobinin əsas tərkib hissəsi olan dəmirin defisitini aradan qaldırır.   Dəmir  toxuma tənəffüsündə və hemin formalaşmasında iştirak edir.  Hem qanın tərkibində hemoqlobinin tərkib hissəsi olaraq oksigenin  toxumalara çatdırılmasını təmin edir. Dəmir  həmçinin DNT sintezində iştirak edən ribonukleotid-reduktaza fermentinin tərkibinə daxildir.

 Fol turşusu dəmir defisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Fol turşusu qan hüceyrələrinin yaranmasını və fəaliyyətini artırır. Eyni zamanda fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədə müsbət   təsirə malikdir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhdudlaşdırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasında vacib rola malikdir. İmmun sistemi gücləndirir. 

B12 vitamini eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.

C vitamini dəmirin absorbsiyasını  sürətləndirir. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini azaldır. Karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.

İstifadəsinə dair tövsiyələr:

- Dəmirdefisitli anemiya;

- Fol turşusu defisitli anemiya. Eyni vaxtda müşahidə olunan dəmir və fol turşusu defisitli anemiyaların profilaktikası və müalicəsi;

- Vitamin B12 defisitli anemiya. Eyni vaxtda müşahidə olunan dəmir və vitamin B12 defisitli anemiyaların profilaktikası və müalicəsi.

İstifadəsinə dair məhdudiyyətlər:  Tərkibindəki hər hansı komponentə qarşı həssaslıq. Hemolitik anemiya, hemoxromotoz, hemosideroz, aplastik anemiya.

 İstifadə qaydası: FERROFİKS cədvəldə göstərilən dozalarla yeməkdən sonra qəbul edilir.

Yaş dövrü:

         Dozalanma:

1 yaşadək uşaqlar

         2 ml gündə 1- 2 dəfə

1 - 3 yaş uşaqlar

         3 ml gündə 1- 2 dəfə

3 - 5 yaş uşaqlar

        5 ml gündə 1- 2 dəfə

5 - 8 yaş uşaqlar

        7,5 ml gündə 1- 2 dəfə

8 -12 yaş uşaqlar

        10  ml gündə 1- 2 dəfə

12  yaşdan böyük uşaqlar


       15  ml gündə 1- 2 dəfə


 

Buraxılış forması:  FERROFİKS  flakonda 150 ml şərbət, ölçü qapağı və içlik vərəqə ilə birlikdə karton  qutuda  qablaşdırılmışdır.


 İstehsalçı: AKSON  Ilaç ve Tib. Ürünler San. Tic. Ltd. Şti.

                                       Ankara/ Türkiye.



Baxılma sayı: 586 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..