*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
KLARIKSAN
Sual ver
 Qiyməti: 7.36 AZN Təcili sifariş A+ A-

Tərkibi:

Təsiredici maddə: Hər tabletin tərkibində 500 mq klaritromisin vardır.

Köməkçi maddələr: tabletin nüvəsində-kroskarmelloza natrium, mikrokristallik sellüloza (ph 102), maqnezium stearat, kolloidal silisium dioksid.

Farmakoloji xüsusiyyətləri

Hər tabletin tərkibində 500 mg klaritromisin vardır.makrolid  antibiotiklər qrupuna aiddir.Antibiotik,yoluxucu xəstəliyin səbəbi olan bakteriyaların inkişafını dayandırır.

Istifadəsinə göstərişlər

  • Aşağı tənəffüs yollarının infeksiyaları (bronxit və pnevmoniya kimi)
  • Boğaz və burunətrafı  ciblərin infeksiyaları (farinqit, sinusit , farinqotonzilit)
  • Dəri və yumşaq toxumaların infeksiyaları
  • Cinsi yolla keçən infeksiyalar
  • Qastrit və xoranın müalicəsində H.Pylorinin eradikasiyası üçün
  • Sidikçıxarıcı yollaın infeksiyaları

Əks-göstərişlər

Əgər :

  • Sizdə klaritromisinə  və ya Klariksan preparatının tərkibində olan əlavə komponentlərə və ya digər makrolid qrupuna aid olan antibiotikə  qarşı allergik reaksiyalar varsa,
  • Siz miqren tutmalarında istifadə olunan erqotamin  və dihidroerqotamin tərkibli preparatları  qəbul edirsinizsə,
  • Siz hərarətin və allergik xəstəliklərin müalicəsində istifadə olunan terfenadin və ya astemizolu qəbul edirsizsə,
  • Siz yaddaş problemlərinin  müalicəsində istifadə olunan pimozidi qəbul edirsinizsə
  • Siz mədə problemləri ilə bağlı sizaprid qəbul edirsinizsə,
  • Ağır böyrək çatışmazlığından əziyyət çəkirsinizsə,
  • Qanınızın plazmasında kalium ionlarının miqdarı aşağıdırsa,

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Aşağıda sadalanan   preparatları  qəbul edirsinizsə   bu haqqda həkiminizə xəbər verin!

  • Kumarin antikoaqulyantlar (varfarin kimi)
  • Digər makrolidlər (eritromisin, azitromisin)
  • Antikonvulsant preparatlar (fenitoin, valproat, karbamazepin)
  • Teofillin (bronxial astma müalicəsi)
  • Sedativ preparatlar kimi tanınan  benzodiazepinlər (midazolam, triazolam və ya anksiolitiklər – antidepressantlar (alprazolam)
  • Rifambutin ( bəzi yoluxucu xəstəliklərin müalicəsi)
  • Orqan transplantasiyasından sonra istifadə olunan sitostatiklər (siklosporin, sirolimus, lakrolimus)
  • Qanda xolesterini azaldan simvastatin və lovastatin
  • QİÇS – in müalicəsində istifadə olunan ritonavir və zidovudin
  • Mədə turşuluğuna təsir edən omeprazol və lansoprazol
  • İmpotensiyanı artırmaq səbəbi ilə istifadə olunan sildenafil
  • Müəyyən böyrək şişlərində istifadə olunan vinblastin

Hamiləlik və laktasiya dövrü:

Məlumdur ki, hamiləlik və laktasiya zamanı bir çox preparatların qəbulu məsləhət deyil.  Buna görə preparatın qəbuluna başlamadan həkiminizə xəbər verin. 

İstifadə qaydası və dozası

Həkiminiz preparatı  Sizə uyğun dozada təyin edib.  Həkim təlimatlarından mütləq yayinmayın. Əgər hansısa səbəbə görə Siz  təlimatı oxuya bilmirsiz və ya oxuyub başa düşməmisizsə, həkim və ya əczaçiya  müraciət edin.

Həblər yarım stəkan su ilə qəbul olunmalıdır.

Böyüklər, yaşlı insanlar və 12 yaşdan yuxarı olan uşaqlar:  

  • 1 həftə  ərzində 250 mq-dan gündə 2 dəfə.
  • Bu doza 500 mq-a qədər artırıla bilər.  Ağır infeksiyalar zamanı müalicə kursu 2 həftə təşkil edə bilər.

Böyrək problemləri ilə olan xəstələr

Sizdə böyrək problemləri varsa həkiminiz  preparatın dozasını azaltmalıdır.

Qaraciyər  problemləri ilə olan xəstələr

Sizdə qaraciyər problemləri varsa həkiminiz  preparatın dozasını azaltmalıdır.

 12 yaşa qədər  uşaqlar: 

 12 yaşa qədər  uşaqlara preparat təyin olunmamalıdır.

Doza həddinin aşılması

Preparatın artıq dozada qəbul etmisinizsə mütləq   yaxında yerləşən təcili yardım müəsəsinə müraciət edin  və ya həkiminizə xəbər verin.  Sizdə qusma və mədə ağrıları əmələ gələ bilər.

Əlavə təsirlər

Preparatın qəbulundan sonra Sizdə allergik reaksiya yarana bilər:

  • Nəfəsin daralması, dodaq, üz və boyun nahiyəsində şişkinlik
  •  Dodaq, göz qapaqları, burun, ağız və genital orqanlarda  səpgilər  qaşıntı ilə başlaya bilər. İnkişaf edərək onlar  suluqlara və sonra da yaralara  çevrilə  bilərlər.

           Bu əlavə effektlər təhlükəlidirlər, amma çox nadir hallarda əmələ gəlirlər.

Əgər Sizdə yuxarıda qeyd olunan effektlər yaranmağa başlayırsa mütləq   yaxında yerləşən təcili yardım müassəsinə müraciət edin  və ya həkiminizə xəbər verin.

Digər əlavə təsirlər:

  • Mədə problemləri (ürək bulanma, qusma, həzmin pozulması, ishal)
  • Qanlı və selikli nəcis
  • Ətraflarda keylik və iynə batırılma hissi
  • Baş ağrısı
  • Oynaq - əzələ ağrıları
  • Ağızda iltihab ocaqlarının əmələ gəlməsi, dilin rənginin dəyişməsi, “süd yarasının” əmələ gəlməsi ağızın selikli qişasında ağrılı ağ rəngli sahələrin əmələ gəlməsi
  • Qoxu və dad hissilərində dəyişiklik
  •  Dişlərin rəng dəyişməsi ( professional diş təmizlənməsindən sonra bərpa olunur)
  • Stiven –Jobs sindromu (dodaq, göz qapaqları, burun, ağız və qenital orqanlarda  suluqların əmələ gəlməsi)
  • Toksiki epidermal nekroz ( güclü ağrılarla və səpgilərlə müsahidə olunur)

Buraxılış forması

14 tablet ,blisterdə.Hər blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15° -30° C  temperaturda və uşaqların əli çatmayan yerdə  saxlamaq lazımdır

Yararlılıq müddəti

2 il

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır

İstehsalçı

APOTEX INC., Ünvan: 150 Signet Drive, Toronto, Ontario M9L1T9, Kanada.

Baxılma sayı: 3400 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..