*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Angikomb 30ml (sprey)
Sual ver
  Təcili sifariş A+ A-

ANGİCOMB sprey

İstifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi

1 ml məhlulun tərkibində aktiv maddələr

Propolis ekstraktı..................................................................................... 10 mq Sürvə yarpaqlarının maye ekstraktı...................................................... 40 mq Meşə əməköməcinin çiçək və yarpaqlarının maye ekstraktı............... 20 mq Adi qaraqınıq otunun maye ekstraktı.................................................... 20 mq Müalicəvi gülümbahar çiçəyinin maye ekstraktı.................................. 20 mq Evkalipt yağı............................................................................................... 1 mq Nanə yağı................................................................................................. 0,5 mq     .


Farmakoterapevtik qrupu


Antihipoksantlar, Vitamin qrupu preparatları

 

Farmakoloji xüsusiyyətləri

Boğaz və ağız boşluğuna dezinfeksiyaedici, iltihabəleyhinə, bürüyücü və ağrıkəsici təsir göstərir. Dərman bitkilərinin kombinasiyasından ibarət sprey selikli qişaya təsir göstərərək tez bir zamanda ağrını, qıcıqlanmanı aradan qaldırır.

Propolis ekstraktı - tərkibinə antimikrob fəaliyyətə malik olan qətranlar, bioflavanoidlər, üzvi turşular, aminturşuları, mineral duzlar, vitaminlər və bioloji aktiv maddələr daxildir. Propolisin bakterisid və bakteriostatik təsiri tərkibindəki qətran, flavonlar, aromatik maddələr və benzoy turşuları ilə bağlıdır. Propolis yerli immuniteti (immunostimulyator) artırır, maddələr mübadiləsini yaxşılaşdırır, toxumaların regenerasiyasını yaxşılaşdırır. Propolisin tərkibindəki fenol qan damarlarını möhkəmləndirir, qan damarlarının keçiriciliyini və kövrəkliyini azaldır. Propolisin büzücü və iltihabəleyhinə təsirləri də var. Bundan əlavə, fenolların güclü antioksidant təsiri var. Propolis ağız boşluğunun və yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı yerli keyləşdirici təsir göstərərək ağrını azaldır.

Sürvə yarpaqları - bioloji aktiv maddələrin kompleksi (efir yağları, flavonoidlər, tanninlər) hesabına iltihabəleyhinə, antimikrob və büzücü təsir göstərir.

Qan damarlarının və kapilyarların divar keçiriciliyinin azalması hesabına İltihabəleyhinə təsir göstərir. Qram müsbət bakteriya ştamlarına antimikrob təsiri daha güclüdür. Sürvə yarpaqlarının tərkibində təbii antibiotik olan salvin maddəsi var. Salvin maddəsi həm qızılı stafilokokkların çoxalmasının qarşısını alır, həm də onların ifraz etdikləri toksinləri zərərsizləşdirir.

Meşə əməköməcinin çiçəkləri - tərkibində olan aktiv maddələrin hesabına yuxarı tənəffüs yollarının iltihablaşmış selikli qişasına bürüyücü, yumşaldıcı, bəlğəmgətirici və iltihabəleyhinə təsir göstərir.

Adi qaraqınıq otu - tərkibi efir yağları ilə zəngindir. Antiseptik, iltihabəleyhinə və ağrıkəsici xüsusiyyətləri var.

Müalicəvi gülümbahar çiçəyi - iltihabəleyhinə, ağrıkəsici və antiseptik təsir göstərir. Stafilokokk və streptokokklara qarşı bakterisid təsiri daha güclüdür.

Evkalipt yağı - iltihabəleyhinə, antibakterial, antiseptik xüsusiyyətlərə malikdir, yaraların sağalmasını tezləşdirir.

Nanə yağı - iltihabəleyhinə, antibakterial, antiseptik və ağrıkəsici xüsusiyyətlərə malikdir.

 

İstifadəsinə göstərişlər

  • Ağız boşluğu, yuxarı tənəffüs yollarının və boğazın iltihabi və infeksion iltihabi xəstəlikləri (angina, laringit, tonzillit, faringit, bronxit, gingivit, stomatit)
  • Quru öskürək
  • Boğaz ağrısı, səsin batması
  • Cərrahi əməliyyatdan sonra

 

Əks göstərişlər
Preparatın hər hansı bir komponentinə qarşı həssaslıq, bronxial astma

 

İstifadə qaydası və dozası

Yaş

Doza

Qəbul

1 - 3 yaş

1 - 2 püskürtmə

gündə 1 dəfə

3 - 6 yaş

1 - 2 püskürtmə

gündə 3 dəfə

6 - 12 yaş

2 - 3 püskürtmə

gündə 5 dəfə

Yeniyetmələr və böyüklər

2 - 3 püskürtmə

gündə 8 dəfə

Preparatın daha təsirli olması üçün istifadədən sonra 30- 60 dəq ərzində qida və maye qəbul olunması məsləhət görülmür!

 

Əlavə təsirləri

Preparatın hər hansı bir komponentinə qarşı həssaslıqla əlaqədar allergik reaksiyalar

 

Hamiləlik:
Hamiləlik zamanı istifadəsi mümkündür.

Buraxılış forması
Sprey, flakon 30 ml

 

Saxlanma şəraiti

25°C - dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti            

Qutu və flakonun üzərində qeyd olunub.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir.

 

İstehsalçı

Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti. İkitelli Organiza San. Bölg. Çorapçilar San. Sit. H Blok No:11 Başakşehir/İstanbul/Türkiye

 

Eksklüziv distribütor

“AZERİMED” MMC

 

 

 

 


Baxılma sayı: 1079 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..