*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Kanokarnit 150ml
Sual ver
  Təcili sifariş A+ A-

KANOKARNİT

İstifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi:

5 ml siropun tərkibinə daxildir:  

L-Karnitin...................................350 mq

Koenzim Q10.................................60 mq

B6 vitamini....................................10 mq


Köməkçi maddələr: Kalsium sorbat, Natrium benzoat, Alfa-tokoferol (Vitamin E), Distillə olunmuş su, Sitrat turşusu, Ksantan Gum, Stevia

Farmakoloji qrup:

 Antihipoksantlar. Vitamin qrupu preparatları

Farmakoloji xüsusiyyətləri:

Kanokarnit-in tərkibində L-Karnitin (levokarnitin və ya Bt vitamini) B qrupu vitaminlərinə mənsub olub bioloji aktivliyə malikdir.

 L-Karnitin lizin və metionin aminturşularının törəməsidir, insan orqanizmində eninə-zolaqlı əzələlərin və qaraciyərin toxumalarında yüksək konsentrasiyada toplanır (orqanizmdə olan L-Karnitinin təxminən 97%-i skelet əzələlərində toplanır).

L-Karnitin koenzim-A-nın aktivliyini təmin edən metabolik proseslərin kofaktorudur. L-Karnitin təbabətdə metabolik proseslərin korreksiyası məqsədilə istifadə olunur. O, skelet əzələsi, ürək və qaraciyərdə yağ turşularının mitoxondrilərə nəqliyyatını təmin edərək enerji metabolizmində aktiv iştirak edir. Müxtəlif qan dövranı, sümük və əzələ sistemi xəstəliklərində müsbət təsir göstərir.

L-Karnitin anabolik və antihipoksik təsir göstərir, yağ mübadiləsini aktivləşdirir, regenerativ prosesləri stimulə edir, iştahanı artırır. L-karnitin uzunzəncirli yağ turşularının (palmitin turşusu və s.) mitoxondri membranından keçməsini artıraraq

asetil-KoA-nın sintezi üçün əlverişli zəmin yaradır və son nəticədə enerji ayrılmasını təmin edir.

L-Karnitin yağ depolarından yağları mobilizə edilməsi üçün şərait yaradır. Oksigendən asılı qlükoza metabolizminin (anaerob və ya aerob qlikoliz) oksigendən asılı olmayan yağ turşusu metabolik şuntunu aktivləşdirir, bu səbəbdən də

 L-Karnitin kəskin hipoksiyada (o cümlədən, ürək və beynin) və digər kritik vəziyyətlərdə effektivliyə malikdir. Skelet əzələlərində yağ mübadiləsini fəallaşdıraraq piylənmənin qarşısını alır və fiziki iş görmə qabiliyyətini artırır. L-Karnitin neyrotrofik təsir göstərir və sinir toxumasının bərpa edilməsi üçün şərait yaradır. Həzm sistemində sorularaq L-Karnitin qanda maksimal konsentrasiyaya  4 saat ərzində çatır. Plazmadan yarımçıxarılma dövrü 15 saatdır, orqanizmdən sidiklə xaric olur.

Koenzim Q10 hüceyrədaxili enerji mənbəyi olan mitoxondrilərin normal fəaliyyət göstərməsini təmin edən əsas maddədir. Yaşlılarda miqdarı azalmağa meylli olduğundan Koenzim Q10-nun qida əlavəsi şəklində qəbul edilməsinə ehtiyac yaranır. Koenzim Q10 antioksidant təsir göstərir, hüceyrə metabolizmini və oksidləşmə-reduksiya proseslərini sürətləndirir, ferment reaksiyalarında vacib kofaktor olub enerji mübadiləsində iştirak edir, ATF sintezində, elektronların daşınmasında mühüm rol oynayır. Koenzim Q10 sərbəst radikalları neytrallaşdıraraq beyin və ürək hüceyrələrini qoruyur. İnsult, ürək həmlələri və qan dövranı pozulmalarında oksigen çatışmamazlığından yaranan toxumaların zədələnməsinin azalmasında Koenzim Q10-nun rolu vardır. Aterosklerozun qarşısının alınması üçün vacib antioksidantlardandır.

B6 vitamini – mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. İmmuniteti möhkəmləndirir, maddələr mübadiləsində aktiv iştirak edir, xüsusilə xolesterin mübadiləsini normallaşdırır, eritrositlərin və hemoqlobinin sintezində iştirak edir. Lipotrop  təsir nəticəsində qaraciyərin normal fəaliyyət göstərməsini təmin edir.

İstifadəsinə göstərişlər:

  • İştahanın pozulması
  • İmmun zəiflik
  • Yenidoğulmuşların hipoksiyası, yarımçıq doğulma, doğuş travması
  • Beyin qan dövranı pozulmaları, dissirkulyator ensefalopatiyalar, baş beynin travmatik və toksik zədələnmələri, nevrasteniyalar
  • Hipoksiya ilə müşayət olunan ürək qüsurları, aritmiyalar, kardiomiopatiya
  • Uşaqlarda və 16 yaşına qədər yeniyetmələrdə fiziki və əqli inkişafın pozulmaları
  • Piylənmə
  • Hemodializ

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası:

Preparat  yeməkdən 0,5 - 1 saat əvvəl qəbul olunur.

Arzu olunarsa, qəbul olunan dozanı hər hansı maye ilə qarışdırmaq olar.

Yaş

Dozalanma

Qəbul

0 - 3 yaş

2.5 ml

2 dəfə

3 - 6 yaş

5 ml

2 dəfə

6 - 12 yaş

5 ml

3 dəfə

Böyüklər

10 ml

2 - 3 dəfə

Ehtiyac olarsa, qəbul olunan dozanı artırmaq olar.

Əlavə təsirlər:

Nadir hallarda dispeptik əlamətlər, qarın nahiyəsində ağrı, səpgilər.

Saxlanma şəraiti:

250C - dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti:

Qutu və flakonun üstündə göstərilib. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması:

150 ml sirop

Aptekdən buraxılma şərti:

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir.

İstehsalçı:

Akson İlaç ve Tıb. Ürünler San. Tic. Ltd. Şti.Taşkın Sokak No: 14, Yenimahalle/Ankara

Rəsmi distribyutor:  Azerimed MMC


Baxılma sayı: 2659 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..