*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Laktober 150ml
Sual ver
  Təcili sifariş A+ A-

LAKTOBER

Vasitənin istifadəsi üzrə təlimat

Tərkibi: (hər 5 ml - də)

Laktuloza............................................................ 260 mq

Fruktooliqosaxarid  (inulin 90%)...................... 1000 mq

Həll olan qida lifləri (fibergum).......................... 700 mq

Qara gavalı şirəsi ............................................... 125 mq

 

Farmakoloji xüsusiyyətləri

Laktober bağırsağın peristaltikasını və evakuasiya funksiyasını artırır, həzm fermentlərinin və ödün sekresiyasını stimullaşdırır. Bağırsaq mikroflorasını bərpa edir. Spazmolitik təsir göstərir.

Laktuloza yarımsintetik disaxarid olub 1 molekul qalaktoza və 1 molekul fruktozadan ibarətdir. Laktuloza osmotik təsir göstərən işlədicidir. Daxilə qəbul etdikdən sonra dəyişilməmiş şəkildə yoğun bağırsağa qədər çatır. Belə ki, nazik bağırsaqda onu parçalayan enzimlər yoxdur. Yoğun bağırsaqda bakteriyaların təsirindən laktulozanın parçalanması nəticəsində  kiçik molekullu üzvi turşular əmələ gəlir. Bu zaman yoğun bağırsaq boşluğunda osmotik təzyiq və turşuluq artır, pH azalır, bağırsağın peristaltikası və sekresiyası qüvvətlənir. Laktulozanın təsirindən nəcis daha yumşaq və formalaşmış olur. İşlədici effekt 1-3 gün ərzində əhəmiyyətli dərəcəyə çatır. Portal – sistem ensefalopatiya zamanı istifadə olunarkən Laktober yoğun bağırsaqda parçalanır, əmələ gələn üzvi turşular bağırsaqdakı ammonyakla birləşərək ammonium duzlarına çevrilir. Yoğun bağırsaqda amonyakın miqdarı azaldıqca qanda yüksək səviyyədə olan amonyak bağırsağa keçir və ammonium duzları şəklində bağlanır. Yoğun bağırsaqda toplanan amonyak və ammonium ionları sürətlə orqanizmdən xaric olur ki, bu da onların toplanmasını və absorbsiyasını azaldır, qanda ammonyakın miqdarını aşağı salır. Nəticədə qaraciyər prekoması və koması zamanı xəstənin vəziyyətini yaxşılaşdırır və ya xəstəliyin inkişaf etməsinin qarşısını alır.
Laktuloza molekulu kor bağırsağa dəyişilməmiş şəkildə çatır. Kor bağırsaqda metabolizmi başlayan laktuloza bağırsaq bakteriyalarının təsirindən əvvəlcə qalaktoza və fruktozaya qədər parçalanır, sonra isə onlar süd, sirkə və qarışqa turşularına çevrilirlər. Bu parçalanma məhsullarının yalnız bir hissəsi sorulur. Eyni zamanda sorulmamış molekulların toplanmasına görə yoğun bağırsağın boşluğunda osmotik təzyiq artır və işlədici effekt yaranır.
İnsanlar və heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, laktulozanın çox az hissəsi qana sorulur. Laktuloza nazik bağırsaq ekstraktları ilə inkubasiya olunarsa, 24 saat ərzində heç bir kimyəvi dəyişikliyə uğramır. Həmçinin, bu ekstraktlar bakteriyaların  laktulozanı parçalamasına da heç bir təsir göstərmir. Daxilə qəbul zamanı 24 saat ərzində laktulozanın bir dozasının təxminən 3%-i sidiklə xaric olur.

Fruktooliqosaxaridlər (FOS) bağırsağın normal mikroflorası üçün qida mənbəyi olmaqla bifidobakteriyaların sürətli çoxalmasını təmin edərək patogen mikrofloranı sıxışdırır və bununla da disbioz əlamətlərini aradan qaldırır. Bağırsaq peristaltikasını  bərpa edir, həzmi yaxşılaşdırır, detoksikant, adaptogen, antioksidant, immunomodulyator təsir göstərir. Vitaminlərin, mineralların, yağların, zülalların və karbohidratların bağırsaq tərəfindən sorulmasını təmin edir.

İnulin mədənin xlorid turşusunun və bağırsaq fermentlərinin təsiri altında fruktoza və fruktoza zəncirlərinə parçalanaraq qana sorulur. İnulin vitamin və mineralların mənimsənilməsində iştirak edir (əsasən Са, Mg, Zn, Сu, Fe və Р). Parçalanmamış hissəsi orqanizmi yağ turşuları, kimyəvi maddələr, ağır metallar kimi zərərli maddələrdən təmizləyir. Eyni zamanda inulin orqanizmdən şlakların xaric olunmasını təmin edir. İnulin bifido və laktobakteriyaların miqdarının artmasına şərait yaradaraq bağırsaqdakı patogen bakteriyaların inkişafının qarşısını alır. Yüngül işlədici, antitoksik, müdafiə və bürüyücü təsir göstərərək mədənin selikli qişasının qida tərəfindən mexaniki qıcıqlanmasının qarşısını alır.

Həll olan qida lifləri (fibergum) - suyu bağırsaq mənfəzində saxlayaraq, bağırsağın hərəki funksiyasını təmin edərək orqanizmin təbii təmizlənməsinə səbəb olur. Qida lifləri bağırsaqda xeyirli bakteriyaların həyat fəaliyyətini (vitaminlərin, aminturşuların, xüsusi yağ turşularının sintezində iştirak edərək bağırsaq hüceyrələrinin yenilənməsində iştirak edir) yüksəldir, nəticədə bakteriyaların miqdarı artır. Qida lifləri ağır metal duzlarını, radionukleidləri adsorbsiya edərək sorulmasına mane olur. Qida lifləri yoğun bağırsağın funksiyasını normallaşdırır. Əgər qida liflərinin çatışmazlığı olarsa, adət halını almış qəbizlik yaranır və gələcəkdə spastik kolitə çevrilir.

Qara gavalı şirəsi   fruktoza, qlükoza, vitamin A, B1, B2, C, kalium, fosfor, kalsium, maqnezium, dəmir, manqan, mis, xrom, yod, flor, sink, pektin və dubil maddələri, azot birləşmələri, üzvi turşularla (alma, limon) zəngindir. Qara gavalı şirəsi antibakterial, ödqovucu xüsusiyyətə malikdir . Həmçinin,  immuniteti, iştahanı və  bağırsaqların peristaltikasını artırır, mədə-bağırsağın motor-sekretor funksiyalarını normallaşdırır, yüngül işlədici təsir göstərir. Escherichia coli, staphylococcus aureus,  salmonella,  shigella dysenteriae  və  bir çox patogen  mikroorqanizmlərə qarşı antaqonist  təsir edərək prebiotik təsir göstərir. Normal  bağırsaq  mikroflorasını  bərpa edir,  uzun sürən qəbizlikdə,  mədə qıcqırmasında effektiv təsir edir. Sidikqovucu, spazmolitik təsirlərə malikdir. Bağırsağın peristaltikasını artırır. Qara gavalı orqanizmdən xolеstеrini çıxarır, atеrosklеroz və öd kisəsi xəstəliklərində faydalıdır.

 

İstifadəsinə göstərişlər

  • Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;
  • Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);
  • Qurd invaziyasının kompleks müalicəsi
  • Yoğun bağırsağın peristaltikasının ləngiməsi zamanı yaranan qəbizlik
  • Disbiozu  olan şəxslərin qida rasionunun tərkibində
  • Babasil, proktit, anal çatın  kompleks müalicəsi zamanı
  • Antibiotikoterapiyadan, şüa və kimyəvi müalicədən sonra bağırsağın normal mikroflorasını bərpa etmək məqsədilə

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi həssaslığın olması, bağırsaq keçməməzliyi

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərmanlarla və maddələrlə birlikdə təyin oluna bilər.

 

İstifadə qaydası və dozası

Vasitə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.

Yaş

Doza

Qəbul

0 – 1 yaş

2,5 ml

gündə 1-2 dəfə

1 – 3 yaş

5 ml

gündə 2 dəfə

3 – 6 yaş

5 ml

gündə 3 dəfə

6 – 12 yaş

10 ml

gündə 2 - 3 dəfə

Yeniyetmələr və böyüklərdə

10 ml

gündə 3 - 4 dəfə

 

Əlavə təsirləri

Heç bir əlavə təsir müşahidə olunmur.

 

Buraxiliş forması
Laktober 150 ml məhlul, ölçü qaşığı, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

 

Saxlanma şəraiti

Otaq temperaturu 25°C- dən aşağı olmaq şərti ilə quru, sərin, qaranlıq, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

 

Yararlılıq müddəti

İstehsal tarixi flakonun və qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti  bitmiş preparatdan istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir.

 

İstehsalçı

S.C. Pharmex Rom Industry SRL. Crizantemelor street, 1. Mogosoaia-Ilfov, Romania

 

Eksklüziv distribütor

“AZERİMED” MMC


Baxılma sayı: 1020 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..