*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Vitamin və minerallar » NorAmin imuno 200ml
Sual ver
  Təcili sifariş A+ A-

NorAmin İmuno

İstifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi

100 q məhsulda var:

1 ml (1.12 q) siropda var:

Beta D Qlükan (Pleurotus Ostreatus)

2.55 q

0.029 q (29 mq)

Vitamin C (L- askorbin turşusu)

890 mq

10.0 mq

Köməkçi maddələr: təmizlənmiş su, fruktoza, qliserin, qatılaşdırıci (E 415), konservant (E 211), çiyələk aroması.

Qida dəyəri:

Məhsulun 100 q - da orta hesabla var:

1 ml (1.12 q) siropda orta hesabla olan miqdar:

Enerji dəyəri

612 / 146

6,85 / 1,63

Karbohidrat (q)

34

0,38

Zülallar (q)

˂0,1

˂0,001

Yağlar (q)

˂0,1

˂0,001

 

Farmakoterapevtik qrupu

İmmunomodulyator

 

Farmakoloji xüsusiyyətləri  

NorAmin İmuno siropunun tərkibi tamamilə təbii bioloji aktiv polisaxarid kompleksindən ibarətdir. Preparatın tərkibindəki Beta D QlükanPleurotus ostreatus” adlı göbələkdən alınıb. Beta D Qlükan insan sağlamlığı üçün çox faydalıdır. İmmun sistemini stimulə edərək (immunomodulyator aktivlik) orqanizmi infeksion xəstəliklərdən qoruyur. Belə ki, orqanizmdə infeksiyaya qarşı mübarizə aparan ağ qan hüceyrələrini: makrofaq, qranulosit və monositləri aktivləşdirir. Nazik bağırsaqdakı Peyer ilgəyində olan immun hüceyrələrin (makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, təbii immun cavabı aktivləşdirir (faqositoz prosesini stimulə edir, interferon və interleykinləri aktivləşdirir, şiş hüceyrələrini nekrozlaşdırıcı faktorun sintezini sürətləndirir, digər immun hüceyrələri aktivləşdirir).

Orqanizmin toxuma baryerlərinin funksiyasını tənzimləyir. Antioksidant effektə malikdir. Araşdırmalarla təsdiq olunub ki, Beta D Qlükan ümumi və LDL-xolisterinin səviyyəsini azaldır, həzm sisteminin funksiyasını yaxşılaşdırır, qlikemiyanı normallaşdırır.

Vitamin C - suda həll olan vitamin olub, güclü antioksidant və bərpaedicidir. Kapilyarların keçiriciliyini bərpa edir. İmmun sisteminin normal funksiyasına imkan yaradır, hüceyrələri oksidləşmə prosesindən qoruyur, həmçinin yorğunluğu və halsızılğı aradan qaldırır.

Vitmin C Beta D Qlükan birlikdə sinergist təsir göstərərək bir-birinin təsirini gücləndirir, bu birləşmə immun sistemin müqavimətini artırır və orqanizmin normal fəaliyyətini təmin edir.


İstifadəsinə göstərişlər

v İmmunodefisit vəziyyət, tez-tez xəstələnmə halları, timomeqaliya

v İştahsızlıq halları

v Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyaları (KRVİ), infeksion xəstəliklər

v Uşaqlarda və böyüklərdə qrip və soyuqdəymə

v Uzun müddətli antibiotikoterapiya

v Vaksinasiya zamanı

v Allergik xəstəliklər (allergik rinit, bronxial astma)

v Endokrin xəstəliklər (şəkərli diabet)

v Hamilələrdə infeksion xəstəliklər (toksoplazma, məxmərək, sitomeqalovirus və s.), cinsi yolla ötürülən infeksiyaların müalicə və profilaktikası zamanı (xlamidiya, mikoplazma və s.)

v Xroniki yorğunluq sindromu, əqli və fiziki yüklənmələr

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Təhlükəsiz olduğu üçün hamiləlik və laktasiya zamanı istifadəsinə əks göstəriş yoxdur. Hamiləliyin ilk 3 ayında həkim təyinatı əsasında istifadə olunur.

 

Diqqət:

NorAmin İmuno preparatı orqanların transplantasiyası əməliyyatı keçirən xəstələrə məsləhət

görülmür və immunosupressiv terapiyaya məruz qalan xəstələrə həkim məsləhəti ilə təyin olunmalıdır.

NorAmin İmuno preparatı uzun müddətli müalicə üçün təhlükəsizdir.


Əks göstərişlər

Preparatin tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq

 

İstifadə qaydası və dozası

Yaş

Doza

Qəbul

0 – 1 yaş

1 ml

1 dəfə

1 – 3 yaş

2.5 ml

1 dəfə

3 – 6 yaş

5 ml

1 – 2 dəfə

6 – 12 yaş

5 ml

2 – 3 dəfə

Böyüklər

10 ml

2  dəfə

İstifadədən əvvəl siropu yaxşı çalxalamaq lazımdır.

Sirop, acqarına səhər və ya axşam yatmazdan əvvəl təyin olunur. İnfeksiyaya yoluxma zamanı və ya immun sistem zəifləyən hallarda gündəlik doza ən azı 3 gün müddətində 2 dəfə artırıla bilər.

 

Əlavə təsirləri

Aşkar olunmayıb.

 

Buraxılış forması

200 ml sirop içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

Preparatı uşaqlar üçün əlçatmaz yerdə, 5oC- dən 25oC- dək olan temperaturda, nəmişlik və birbaşa düşən günəş şüalarından uzaqda saxlamaq lazımdır.

Preparat açıldıqdan sonra 2 ay müddətində istifadə olunmalıdır. Preparatı soyuducuda 2oC- dən 8oC- dək temperaturda saxlamaq lazımdır.

 

Yararlılıq müddəti                              

Qutu və flakonun üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir.

 

İstehsalçı

Esensa Ltd., Viline vode, Slobodna Zona Beograd, Republic of Serbia www.esensa.rs

 

Eksklüziv distribütor

“AZERİMED” MMC

 


Baxılma sayı: 2424 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..