*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Klin Enema 60ml
Sual ver
  Təcili sifariş A+ A-

Kleen Enema

Birdəfəlik fosfatlı imalə

Vasitəsinin istifadəsi üçün təlimat

Tərkibi: Hər 60 ml daxildir:

Təsiredici maddə:

Təkəsaslı natrium fosfat U.S.P - 9,6 q

İkiəsaslı natrium fosfat U.S.P - 3,6 q

Köməkçi maddə: Natrium benzoat U.S.P, distillə olunmuş su B.Pq.s 60 ml

 

Farmakoterapevtik qrupu

Hazır birdəfəlik istifadə üçün plastik balonda qablaşdırılmış 60 ml - lik şəffaf, iysiz və rəngsiz Kleen məhlulu olan rektal imalə

 

İstifadəsinə göstərişlər

Kleen Enema imaləsi nəcisin yumşaldılmasında, qurd invaziyalarında, rektal müayinədən əvvəl bağırsağın təmizlənməsində, qarın boşluğunun rentgenoqrafiyasında, qarın boşluğuna və qasıq nahiyəsinə cərrahi müdaxilə zamanı istifadə olunur.

 

Farmakoloji xüsusiyyətləri

Tək və ikiəsaslı natrium fosfat duzlarının qarışığından alınmış məhlulun pH –ı bağırsağın  selikli qişasını qıcıqlandırmır. Alınmış hipertonik maye bağırsağın mənfəzinə suyun toplanmasını təmin edərək nəcıs kütləsini yumşaldır. 2-5 dəqiqə müddətində ağrı hissi və spazm vermədən defekasiya aktı yaradır. Kleen Enema - nın tərkibindəki komponentlər parçalanmır və sorulmur.

 

İstidafə qaydası

Proseduranı aparmaq üçün insana vacib olan vəziyyət: sol tərəf üzrə uzanın və sağ ayağı diz oynağı səviyyəsində qatlayın, ya da diz oynağını döş istiqamətində yuxarı qatlanmış vəziyyətdə saxlayın üzünüzü və qarnınızı aşağı doğru əyin və eləcə də, əllər rahat vəziyyətdə olmalıdır. Hər iki vəziyyət ucluğun anal dəliyə yeridilməsinə şərait yaradır.

İmalənin yeridilməsi

Proseduraya başlamamışdan əvvəl qoruyucu qapağı yağlanmış ucluqdan çıxarın. Səliqəli və ehmalca ucluğu yuxarıya istiqamətlənmiş şəkildə, göbək istiqamətində düz bağırsağa yeridin. Balonu bütün maye qurtarana qədər sıxın. Sonra ucluğu düz bağırsaqdan çıxarın.

Balonun sıxılması və əməliyyatın başa çatdırılması: Onda bir az maye qala bilər,  balonu axıra qədər boşaltmaq vacib deyil, belə ki, onda kicik miqdarda qalmış maye olur ki, bu da lazımi dozaya təsir etmir. Bu vəziyyəti o vaxta qədər saxlayın ki, bağırsağı boşaltmaq üçün tam hiss əmələ gəlsin (təqribən 2-5 dəqiqə).

Kleen Enema - nı düzgün və təhlükəsiz istifadə etmək üçün, təyinat tamamilə göstərişə uyğun olmalıdır. Tibb işçisi bilməlidir ki, Kleen Enema imaləsini yeridərkən ucluğu səliqəli və ehmalca göbək istiqamətində salmaq lazımdır.

Kleen Enema imaləsinin istifadəsi zamanı düz bağırsağın hissi innervasiya çatmamazlığı və bağırsağın deşilmə ehtimalı olduğuna görə ehtiyatla yeridilməlidir.

Dozalanma qaydası:

Uşaqlarda: 2- 5 yaşarası uşaqlar yarım flakon və ya həkim tərəfindən təyin olunan doza,

5-11 yaşarası uşaqlar 60 ml-lik bir flakon (dozaya uyğun olaraq) təyin olunur.         

2 yaşdan kiçik uşaqlara həkim təyinatı ilə istifadə etmək olar.

Yarım hissə flakonun hazırlanması: Qapaq burulub açılır, tıxac çıxarılır və flakondakı mayenin yarısı boşaldılır. Sonra qapaq yerinə qoyulur və istifadəsinə göstəriş haqqında məlumat oxunulur. Kleen Enema imaləsi yeridildikdən sonra 2- 5 dəqidə ərzində bağırsağın boşalmasını təmin edir.                    

Kleen Enema imaləsi yeridildikdən sonra 2-5 dəqiqə ərzində bağırsağın boşalmasını təmin edir.

Buraxılış forması: 60 ml-lik  plastik qablaşdırmada (birdəfəlik istifadə üçün)

Xüsusi göstərişlər

Əgər ürəkbulanma, qusma və qarında ağrı kimi simptomlar müşahidə olunursa, mayeni tibbi göstəriş olmadan istifadə etmək olmaz. Uşaqlardan qoruyun.

Saxlanma qaydası

Uşaqlar üçün əlçatmaz yerdə , 15-30 0 C-də otaq şəraitində saxlayın.



Baxılma sayı: 1656 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..