*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Fromilid
Sual ver
  Təcili sifariş A+ A-

Fromilid 250/500 mg N14


Tərkibi:Klaritromisin.......500 mq

Klaritromisin..........250 mq

Farmakoterapevtik qrupu:

Antibakterial preparat. Makrolid.

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika:

Antibakterial effekti 50 S ribosomal hissəciklə birləşməsi ilə əlaqədardır ki, bu da bakteriyalarda zülal sintezinin pozulmasına və nəticədə bakteriyaların məhvinə səbəb olur. Klaritromisin in vitro bir çox mikroorqanizmlərə qarşı efektlidir. Helicobakter pylori-yə qarşı bakterisid təsiri özünü neytral mühitdə (pH=7) göstərir. Klaritromisinin - 14- hidroksi-klaritomisin metaboliti də antibakterial aktivliyə malikdir.

Klaritromisinə qarşı həssas mikroorqanizmlər: Staphylococcus aureus, Streptococcus pyogenes, Streptococcus pneumoniae. Listeria monocitogenes, Haemophilius influenzae, Haemophllius parainfluenzae, Moraxella catharalis. Neisseria gonorrhoeae, Legionella pneumophila, Bordetella pertusis, Helicobacterium leprae, Chlamydia pneumoniae, Chlamydia trachomatis, Ureaplasma urealyticum, Bacteroides fragilis, Clostridium perfmgens, Propionibacteriumacnes, Peptococcus və Peptostreptococcus ştammları.

Farmakokinetika:

Preparat qəbul edildikdən sonra mədə bağırsaq traktından tez ve yaxşı absorbsiya olunur. Qida qəbulu preparatın absorbsiyasına təsır etmir. Aktiv metaboliti 14-hidroksi-klaritromisin qismən qaraciyərdə metabolizmə uğrayır. Qanda maksimal konsentrasiyası 2 saatdan sonra yaranır. Terapevtik konsentasiyada qan zülalları ilə 80% səviyyədə birləşir. Orqanizmin toxuma ve mayelərinə paylanır, mədənin selikli qişasına nüfuz edir Yarımparçalanma dövrü 3-4 saatdır. Böyrəklər vasitəsilə, qismən də nəcislə xaric olur. Hər 12 saatdan bir 500mq dozanı qəbul etdikdən sonra, təxminən 36%-i böyrəklər vasitəsilə dəyişilməmiş şəkildə və 10-15 % -i 14-hidroksi- klaritromisin metaboliti şəklində xaric olur.

İstifadəsinə dair göstərişlər:

ü  Yuxarı tənəffüs yollarının və burunətrafı ciblərin  infeksiyaları ( tonzillit, faringit, kəskin sinusit)

ü  Aşağı tənəffüs yollarının infeksiyaları ( bronxit, xəstəxanadankənar pnevmoniya, atipik pnevmoniya)

ü  Dəri və dərialtı toxumaların infeksiyaları ( impetiqo,qızılyel, follikulit, furunkullar və infeksiyalaşmış yaralar)

ü  Lokalizəolunmuş mikobakterial infeksiyalar ( Mikobacterium avium  complex, Mycobacterium kansasi, Mycobacterium  marinum)

ü  Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi ( Helocobacter Pylori-nin eradikasiyası)

ü  Urogenital infeksiyalar: (Xlamidioz, Mikoplazmoz, Ureoplazmoz.)

Əks-gostərişlər:

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq,

Makrolid antibiotiklərə qarşı yüksək həsasslıq.

Hamiləlik və laktasiya dövrü:

Əgər ana üçün gözlənilən fayda döl və ya uşaq üçün potensial riskdən üstün olarsa, Fromilidi hamiləlik və laktasiya dövründə təyin oluna bilər.

Əlavə təsirləri:

Fromilid, adətən orqanizm tərəfindən yaxşı qəbul edilir.

Mümkün olan əlavə təsirlər preparatın qəbulunu dayandırdıqdan sonra aradan qalxır.

 

İstifadə qaydası:

Fromilid 250 : 1 tablet gündə 2 dəfə

Fromilid 500:  1 tablet gündə 2 dəfə

Fromilid Uno 500 : 1 tablet gündə 1 dəfə


Buraxılış forması:

Fromilid Uno: 7 tablet

Fromilid 250: 14 tablet

Fromilid 500: 14 tablet

İstehsalçı: KRKA, Sloveniya



Baxılma sayı: 1548 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..