*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Ovaton N30
Sual ver
  Təcili sifariş A+ A-

            OVATON

Tərkib

1 paketin tərkibinə daxildir:

Mio-inozitol -------------------------------------------------------- 2000 mq

Levomefol turşusu (5-MTHF) --------------------------------- 200 mkq

Vitamin B12 --------------------------------------------------------  2,5 mkq

 

Farmakoloji xüsusiyyətləri

Mio-inozitol vitaminəbənzər maddə olub, yağ və şəkərlərin metabolizmini tənzimləyir, hüceyrə membranının stabilliyini qoruyur, sinir ötürücülüyünü sürətləndirir. Mio-inozitol plazmada lüteinləşdirici hormon, testosteron və prolaktinin səviyyəsini aşağı salır, follikulstimuləedici hormonun səviyyəsini artırır. Mio-inozitol menstrual tsiklin və ovulyasiyanın bərpasında mühüm rol oynayır. Yumurtalığın funksiyasına moduləedici təsir edir, onun stimulyasiyasında müsbət nəticə verir. Yumurtalığın polikistozu zamanı mio-inozitol metabolik və reproduktiv pozulmalarla bağlı patofizioloji mexanizmlərin normallaşmasını sürətləndirir. Mio-inoizitol insulinə rezistentliyi azaldır, II tip şəkərli diabet zamanı toxumaların insulinə həssaslığı artırır, həmçinin ümumi metabolik fonu yaxşılaşdırır.

Levomefol turşusu  (5-MТHF) –  fol turşusunun təbii aktiv formasıdır. Fermentlərin aktivliyi məhtud olduğundan fol turşusu tam olaraq bioloji aktiv formaya (5-metiltetrahidrofolata) çevrilə bilmir.Bu isə fol turşusu defisitinin yaranmasına səbəb olur (fol turşusu qəbulu fonunda belə). Fermentlərin təsirindən asılı olmadığı üçün levomefol turşusu  orqanizmdə bütün mübadilə tsikllərinə rahat qoşulur (o cümlədən, hamilə qadınlarda və döldə). Levomefol turşusu sinir borusunda defektlərin əmələ gəlməsinin qarşısını alır, ciftin formalaşması, damarlarının artması və uşaqlıq divarına yapışmasını sürətləndirir, preeklampsiyanın əmələ gəlməsinin qarşısını alır. Levomefol turşusu kişilərdə reproduktiv funksiyaya müsbət təsir göstərir, spermatozoidlərin miqdarını və aktivliyini artırır.

Hüceyrə səviyyəsində təsir göstərərək levomefol turşusu sistein tsiklini və homosisteinin tənzimlənməsini yaxşılaşdırır, homosisteinin metioninə çevrilməsini katalizə edir. Həmçinin  levomefol turşusu amin turşuların metabolizmində, zülal  və nuklein turşuları (DNT və RNT) sintezində, xromosomların reparasiyasında, hüceyrələrin bölünməsi və toxumaların böyüməsində mühüm rol oynayır.

B12 vitamini levomefol turşusu ilə birgə sito- və neyrotoksik təsirə malik olan və hamiləliyin pozulma riskini artıran homosisteinin metabolizminin normallaşmasına və qanda səviyyəsinin azalmasına kömək edir.  B12 vitamini qaraciyəri piylənmədən qoruyur, sinir sisteminin fəaliyyəti üçün vacib olan xolinin mübadiləsində, qanyaranmada və sümüyün əmələ gəlməsində iştirak edir.

 

Göstərişlər

  • Yumurtalığın fəaliyyətinin azalması
  • Yumurtalığın polikistozu
  • Yumurtalığın stimulyasiyası
  • Süni mayalanma
  • İnsulinə rezistentlik, hestasiya şəkərli diabeti, prediabet və II tip şəkərli diabet
  • Hiperhomosisteinemiya
  • Hiperandrogeniya
  • Hirsutizm
  • Fol turşusu və B12 vitamini defisiti

 

Əks-göstərişlər:Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

 

Əlavə təsirlər: tərkibindəki komponentlərə qarşı hiperhəssaslıq.

 

İstifadə qaydası:1 paket gündə 1-2 dəfə istifadə olunur. Maksimal sutkalıq doza 2 paketdir. 1 pakertin tərkibi  200 ml qaynadılmış soyudulmuş suda həll edilir.

 

Buraxılış forması: 30 paket təlimat vərəqi ilə birgə karton qutuya yerləşdirilib.

 

İstehsalçı: “Теnеsitum” , Çex Respublikası.                                             

                                             NORMA PAN  


Baxılma sayı: 1978 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..