*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Ergosporin
Sual ver
  Təcili sifariş A+ A-

        Ergosporin

 

                                                   

Bir ampulun tərkibi:

Metilergometrin maleat 200 mkq/ml.

 

Farmakoloji xüsusiyyətləri:

Metilerqometrin - çovdar mahmızı göbələyinin təbii alkaloidi olan erqometrinin yarimsintetik törəməsidir. Miometriumun (uşaqlıq əzələsinin) tonusunu və yığılma aktivliyini artırır.Uşaqlığın yığılma amplitudunu və tezliyini sürətləndirir, uşaqlıq boynunun yığılmasını gücləndirir. Zəif damar daraldıcı və arterial təzyiqi artırıcı təsirə malikdir. Metilerqometrin doğuş və abortdan sonra uşaqlıq əzələlərinin sıxılması hesabına hemostazı bərpa edir.

Metilerqometrinin təsiri v/d yeridildikdən sonra 30-60 saniyə,  ə/d yeridildikdən sonra isə  - через 2-5 dəqiqəya başlayır. Biomənimsənilməsi yüksək olub, plazmada maksimal konsentrasiyaya 30 dəq çatır. Təsir müddəti ə/d yeridildikdən sonra 3saatdan artıq, v/d istifadədən sonra isə 2 saata dək olur. Plazma zülalları ilə birləşməsi 35%-dir. Orqanizmin toxumalarını tez yayılır (1-3 dəqiqəyə). Südlə xaric oluma xüsusiyyətinə malikdir.


Göstərişlər

  • Ø Doğuşdan sonra uşaqlığın atoniyası və hipotoniyası
  • Ø Doğuşun III mərhələsi
  • Ø Uşaqlığın subinvolyusiyası
  • Ø Doğuş, abort və əməliyyatlardan (qeysəriyyə əməliyyatı, miomanın çıxarılması)  sonrakı qanaxmalar
  • Ø Loxiometra

 

Əks- göstərişlər

çovdar mahmızına qarşı hiperhəssaslıq, hamiləlik, doğuşun I dövrü, doğuşun II dövrü, hamiləlik hipertenziyası və toksikozla olan xəstələr, ürək xəstəlikləri və ya damarların obliterativ xəstəliyi, qaraciyər və ya böyrəklərin  ağır xəstəlikləri, sepsis.


Xüsusi göstərişlər

 Eklampsiya və preeklampsiya, nefropatiya, hipertireoz ehtiyatlı olunmalıdır.

 

Doza və istifadə qaydası

Metilerqometrin maleat təxirəsalınmaz vəziyyətlərdə 100-200 mkq dozada 1 dəfə əzələ daxili və ya vena daxili tətbiq olunur.Ağır qanaxmalarda lazım olduqda 1-ci istifadədən 6 saat sonra, sonra isə hər 2-4 saat intervalla əzələ daxili formada təyin edilə bilər.


Əlavə təsirləri

Mədə-bağırsaq sistemi tərəfindən: ürəkbulanma, qusma, qarın nahiyyəsində ağrılar, ishal və s.

Ürək –damar sistemi tərəfindən: hipertenziya, taxikardiya, bradikardiya və s.                          Psixonevroloji:başağrıları,başgicəllənmə, süstlük, ağızda quruluq, qulaqda küy, həyəcan hissi və s.  Digərləri:döş qəfəsində ağırlıq hissi, allergiya və s.


Digər dərmanlarla qarşılıqlı təsiri 
Metilerqometrin simpatomimetiklərin və erqotaminin damardaraldıcı xüsusiyyətini artıra bilər.  Dofaminlə birgə istifadə etmək olmaz. Ftorotan preparatın təsirini azalda bilər.

Oksitosinlə birgə istifadəsi uşaqlıq qanaxmalarında daha effektividir.


Buraxılış forması : 1ml inyeksiya üçün məhlul  ampulda.

 10 ampul  içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılıb.

İstehsalçı : Daewon Pharm (Cənubi  Koreya).

Aptekdən buraxılma şərti: Reseptlə.                                                                                       

                                

                                                     NORMA PAN


Baxılma sayı: 461 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..