*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Amprilan HD 5mg/25mg N30
Sual ver
  Təcili sifariş A+ A-

 

AMPRİLAN

 

AMPRİLAN HL

 

AMPRİLAN HD

 

  

Tərkibi:  Ramipril, Ramipril + Hidroxlortiazid

Farmakoterapevtik qrupu:  Hipotenziv preparat. Angiotenzin çevirici fermentin (AÇF)  inhibitoru; AÇF inhibitoru + diuretik.

Farmakoloji xüsusiyyətləri:

Ramipril angiotenzin çevirici fermentin (AÇF) inhibitorudur. Mədə-bağırsaq traktından sorulduqdan sonra qaraciyərdə hidrolizə uğrayıb efir əlaqəsini ayırdıqdan sonra ramiprildən 6 dəfə daha aktiv olan ramiprilat metabolitinə çevrilir. Təsir mexanizmi AÇF-in fəallığının inhibə olunması ilə bağlıdır, bu da angiotenzin I-dən angiotenzin II-nin əmələ gəlməsinin zəifləməsinə və aldosteron ifrazının birbaşa azalmasına gətirib çıxarır. Ramipril 2,5-20 mq dozada birdəfəlik qəbulundan 4 saat sonra AÇF fəallığını təxminən 60-80%, 24 saat sonra isə təxminən 40-60% inhibə edir. Ramiprilin 2 mq və ya daha artıq dozalarda təkrar peroral qəbulu 4 saatdan sonra AÇF-in plazma fəallığının 90%-dən çox, növbəti 24 saat ərzində isə 80%-dən çox zəifləməsinə səbəb olur. Ramipril antihipertenziv təsirdən başqa nefroprotektiv effekt də göstərir. Bu onun zülal filtrasiyasını azaldan yumaqcıq keçiriciliyinə müsbət təsirinin və bununla da onun antiproteinurik effekt göstərməsinin nəticəsidir. Daxilə qəbul olunduqdan sonra ramiprilin absorbsiyası 60 % təşkil edir. Ramiprilin Tmax 1-2 saat, ramiprilatda isə Tmax 2-4 saat təşkil edir. Plazma zülalları ilə birləşməsi ramipril 73 %, ramiprilatda isə 53 % təşkil edir. Ramiprildə T1/2 5,1 saat, ramiprilatda T1/2 13-17 saatdır. Preparatın 60 %-i sidiklə (2%-i dəyişilməmiş şəkildə), 40 %-i isə nəcislə metabolit şəklində xaric olur. Böyrək çatışmazlığında T1/2 artır (50 saatdan çox ola bilər), ekskresiyası isə azalır.

Hidroxlortiazid tiazid qrupu diuretiklərinə aid olub böyrək kanalcıqlarının elektrolitlərin reabsorbsiyasını azaldır, bunun nəticəsində natrium, xlor, kalium, maqnezium ionlarının ekskreksiyası artırır.

Terapevtik təsiri daxilə qəbulundan 2 saat sonra başlayır, 4 saat müddətində maksimuma çatır və 12 saata kimi davam edir.

İstifadəsinə göstərişlər:

- Arterial hipertenziya;

- Xroniki ürək çatışmazlığı;

- Kəskin miokard infarktından sonra inkişaf etmiş ürək çatışmazlığı;

- Diabetik və qeyri-diabetik nefropatiya;

- Miokard infarktı, insult, ürək-damar mənşəli ölüm riskinin azaldılması üçün (ürəyin işemik xəstəliyi olan pasiyentlərdə).

Əks göstərişlər:

Ramiprilə o cümlədən başqa AÇF inhibitorlarına qarşı hiperhəssaslıq, angionevrotik ödem, diuretiklərə və tiazid qrupu preparatlarına hiperhəssaslıq, hamiləlik və laktasiya dövrü.

İstifadə qaydası və dozası:

Arterial hipertenziyada ilkin gündəlik 2,5 mq  doza ilə başlamaq lazımdır. 3 həftə ərzində hipotenziv effekt əldə edilmədikdə doza 5 mq-a kimi artırılır. 5 mq doza ilə müalicə zamanı  2-3 həftə müddətində istənilən hipotenziv effekt əldə edilmədikdə gündəlik doza 10 mq-a qədər artırılır. 10 mq-lıq doza ilə hipotenziv nəticə olmadıqda preparatın diuretiklərlə kombinasiya formaları təyin edilir.

Xroniki Ürək Çatışmazlığında müalicəyə 1,25 mq doza ilə başlamaq lazımdır. 2-3 həftə müddətində antihipertenziv effekt əldə edilmədikdə gündəlik 5 mq doza təyin edilir.

65 yaşdan yuxarı şəxslərə müalicəyə gündəlik 1,25 mq doza ilə başlamaq lazımdır.

Preparatın qida qəbulu ilə heç bir əlaqəsi yoxdur. Preparatı hər gün eyni vaxtda qəbul etmək lazımdır.

Buraxılış forması:

Amprilan 2,5 mq (ramipril 2,5 mq) N 30 tablet

Amprilan 5 mq (ramipril 5 mq) N 30 tablet

Amprilan 10 mq (ramipril 10 mq) N 30 tablet

Amprilan HL 2,5 mq/12,5 mq (ramipril 2,5 mq, hidroxlortiazid 12,5 mq) N 30 tablet

Amprilan HD 5 mq/25 mq (ramipril 5 mq, hidroxlortiazid 25 mq) N 30 tablet

İstehsalçı: KRKA, Sloveniya


Baxılma sayı: 514 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..