*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Lutemax
Sual ver
  Təcili sifariş A+ A-

LUTEMAX

   Hər bir tabletin tərkibində vardır:


   A  vitamini (retinol acetate)

800 mkq

   C  vitamini  (ascorbic acid)

100 mq

   D3 vitamini (cholecalciferol)

5 mkq

   E  vitamini (alfa-tocopherol acetat)

15 mq

   K  vitamini (phytomenadione)

30 mkq

   B1 vitamini  (thiamine clorhydrate)

1,23 mq

   B2 vitamini (riboflavine)

1,74 mq

   B3 vitamini  (nicotine acid)

20 mq

   B5 vitamini  (pantothenic acid)

7,5 mq

   B6 vitamini (pyridoxine chlorhidrat)

2 mq

   Bvitamini  (biotin)

62,5 mkq

   B9 vitamini  (folic acid)

200 mkq

   B12 vitamini (cyanocobalamine)

2,5 mkq

   Dəmir (ferrum gluconate)

14 mq

   Yod (potassium iodide)

100 mkq

   Kalsium (calcium carbonate)

120 mq

   Maqnezium (magnesium oxide)

93,75 mq

   Manqan (manganese gluconate)

2 mq

   Mis (copper gluconate )

0,5 mq

   Selen (L- selenomethionine)

75 mkq

   Xrom (chrome picolinate)

36 mkq

   Sink (zinc gluconate)

5 mq

   Lütein

5 mq

   Likopen

5 mq

 LUTEMAX – kombinəolunmuş vitamin, mineral, antioksidant  kompleksidir. Orqanizmin müdafiə gücünü artırır, immun sistemi aktivləşdirir, fiziki və psixi vəziyyətini yaxşılaşdırır. İnfeksion xəstəliklərdən sonra sağalma dövrünü sürətləndirir, həmçinin bir çox xəstəliklərə tutulma riskini azaldır.

A vitamini - sümüklərin, dişlərin, dərinin strukturunu yaxşılaşdırır . Görmə piqmentinin sintezində iştirak edir.

B1 vitamini - sinir impulslarının ötürücülüyünü yaxşılaşdıraraq, sinir sisteminin normal funksiyasını təmin edir.

B2 , Bvitamini - toxuma tənəffüsündə, zülal, yağ və karbohidrat mübadiləsində iştirak edir.

B3 vitamini - oksidləşmə proseslərində iştirak edir, xırda damarları genişləndirərək qan dövranını yaxşılaşdırır.

B6, B9,  B12 vitaminləri - sinir sisteminin normal funksiyasını təmin edir, qanyaranma prosesində aktiv iştirak edir.

B7  vitamini - enerji sintezində iştirak edən vacib vitaminlərdən biridir.

C vitamini - immuniteti artırırkapillyarların divarlarını möhkəmləndirir.

Dvitamini - bədəndə kalsium və fosfor mübadiləsini tənzimləyir, onların bağırsaqdan sorulmasını təmin edir.

E vitamini - hüceyrə membranasının tamlığını qoruyur.

K vitamini - qanın laxtalanmasında iştirak edir.

Dəmir - hemoqlobinin əsas tərkibini təşkil edir.  Toxumaları oksigenə olan tələbatını ödəyir.

Yod - qalxanvari vəzin fuksiyasının normal fəaliyyəti üçün vacib komponentdir.

Kalsium - sümüyün, diş və dırnaqların formalaşmasında və qanın laxtalanmasında iştirak edir.

Maqnezium -  spazmı aradan qaldırır, sinir və əzələ toxumasının formalaşmasında və zülal sintezində iştirak edir.

Manqan - sümük toxumasının formalaşması üçün vacib komponentdir.

Mis - eritrositlərin normal funksiyası və dəmirin mübadiləsi üçün vacib elementdir.

Selen - orqanizmdən toksinlərin xaric olmasına kömək edir. İmmun sistemə, mədəaltı vəzin işinə müsbət təsir göstərir. Dərinin, saçların və  dırnaqların vəziyyətini yaxşılaşdırır.

Xrom - qanda şəkərin normal səviyyədə qalmasına kömək edir. Karbohidrat  mübadiləsini gücləndirir, qlükozanın mənimsənilməsini yaxşılaşdırır.

Sink - 70-ə yaxın fermentin tərkibinə daxildir. Hormonların metabolizmində iştirak edir.

Lütein - gözün torlu qişada toplanan  karotinoiddir. Görmə itiliyini yaxşılaşdırır, kataraktanın əmələ gəlməsinin qarşısını alır. Antioksidant xüsusiyyətlərə malikdir.

Likopen -  güclü antioksidant sayılır. Şiş hüceyrələrinin, o cümlədən, bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.


Göstərişlər:

-         Hipo-  və avitaminozun müalicə və profilaktikası;

-         Mineral maddələrin və mikroelementlərin çatışmazlığı;

-         Mədə-bağırasaq xəstəlikləri (qastrit, disbakterioz, enterit, kolit, qurd invaziyaları və.s);

-         Vitamin və minerallara tələbatın artdığı dövr: hamiləlik, laktasiya, intensiv inkişaf dövrü, antibiotikoterapiya,  kimyəvi terapiya;

-         Əqli və fiziki yüklənmə;

-         İmmunitetin  zəifləməsi, Kəskin Respirator Xəstəliklər;

-         Antibiotikoterapiyadan sonra xəstəliklərin sağalma dövründə;

-         İştahasızlıq;

-         Xroniki alkoqolizm;

-         Xroniki yorğunluq sindromu;

-         Torlu qişanın xəstəlikləri, görmə itiliyinin zəifləməsi, gözlərdə yorğunluq sindromu, göz əməliyyatlarından sonra;

-         Əməliyyat və infeksion xəstəliklərdən sonra reablitasiya dövrü.

Əks göstərişlər: Vasitənin hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövrü: Hamiləlik və laktasiya dövründə həkim məsləhəti ilə təyin oluna bilər.

İstifadə qaydası: 1tablet gündə 1 dəfə yemək zamanı.

Buraxılış forması: № 30 tablet

İstehsalçı: Pharmex Rom industry, Crizantemelor 1, Mogosoaia- İlfov, Romania.

 




Baxılma sayı: 4729 dəfə
 
SUAL CAVAB
Fidan
Sual: Salam.Sizde yeni doqulmuw uwaqcun birka-qolbaq satiwda olur.Bakida xestexana ozu verir,rayon xestexanalarinda olmyr.
Cavab: Salam Fidan xanim.Üzürlü sayin ama istədiyiniz qolbaq yoxdur.Müraciətiniz üçün çox sagolun.
Fuad
Sual: Salam Trifomax N12 şamı bu dermanı tapa bilmirem. Kömeklik göstermeyinizi xahiş edirem
Cavab: Salam. Firmayla maraqlandiq Trifomaks inyeksiya formasinda var ama şam formasinda yoxdur.Zehmet olmasa hekiminizle deqiqleşdiririn. Muraciətiniz üçün çox sagolun.
Samir Aliyev
Sual: Hansi yaw dovrleri istifade ede biler?meselen. 10 ya da 12 yaw olarmi?
Cavab: Salam Samir bey.12 yasdan yuxari her kes qebul ede biler.1 kapsula gunde 1 defe seher yemekden sonra qebul edilir.Muracietiniz ucun cox sagolun.
Айка
Sual: сколько стоит лутемакс?
Cavab: Здравствуйте Айка Ханум.Стоимость Лутемакс таблетки 15,25 azn. Спасибо за обращение.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..