*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Azoksin 500mg
Sual ver
  Təcili sifariş A+ A-

                                                              AZOKSİN


Tərkibi:

Tablet - Hər tabletin tərkibində 500 mq, 250 mq azitromisin-dihidrat vardır.

Təsviri:

Tablet - ağ rəngli örtüklü tabletlər

Farmakoterapevtik qrupu:

Makrolid antibiotik

Farmakoloji xüsusiyyətləri:

Azitromisin makrolid qrupuna aid olan yarımsintetik antibiotikdir. Azitromisin eritromisinin törəməsi olmasına baxmayaraq, ondan lakton həlqəsinə azot atomunun köməkliyi ilə metilen qrupunun birləşməsi ilə fərqlənir. Makrolidlərin digər nümayəndələrindən fərqli olduğuna görə azitromisin başqa qrupa-azalidlərə aiddir. Azitromisin həssas mikroorqanizmlərin 50S ribosom səviyyəsində zülalların sintezini tormozlayır. Geniş təsir spektrli antibiotik olduğuna görə, azitromisin daxilə qəbuldan  2-3 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Qida qəbulu preparatın mənimsənilməsini zəiflətdiyinə görə preparat boş mədəyə qəbul olunur. Aparılan tədqiqatlar nəticəsində azitromisinin toxuma konsentrasiyasının plazma konsentrasiyasından daha yüksək olması (təxminən 50 dəfə) müəyyən olunmuşdur. Preparatın 500 mq dozada qəbulundan sonra ağciyərdə, badamcıqlarda, prostat vəzidə və başqa orqanlarda konsentrasiyası MİK90-dan çox toplanır. Preparatın biomənimsənilməsi 37%-dir. Azitromisin əsasən dəyişilməmiş vəziyyətdə öd yolları ilə, 6 % isə sidiklə xaric olur.Yarımparçalanma dövrü 2-4 gündür. Bir sıra in vitro tədqiqatlarda azitromisin qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı yüksək effektivlik göstərir: Streptococcus pneumoniae, Streptococcus pyogenes (A qrupu) və başqa streptokokklar, Staphylococcus aureus, Corynebacterium diphtheriae, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Branhamella catarrhalis, Bacteroides fragilis, Esherichia coli, Bordetella pertussis, Bordetella parapertussis, Shigella-nın müxtəlif növləri, Pasteurella, Vibrio, Peptococcus və Peptostreptococcus, Fuzobacterium necrosporum, Propionbacterium acnes, Yersinia, Clostridium perfrigens, Borrelia burgdorferi, Haemophilus ducreyi, Neisseria qonorrhoeae, Clamydia trachomatis, Chlamydia pneumoniae.

Azitromisin Legionella pneumophila, Mycoplasma pneumoniae, Mycoplasma hominis, Mycobacterium avium, Campylobacter-lərin müxtəlif növləri, Ureaplasma urealyticum, Toxoplasma gondii, Treponema pallidum-a qarşı yüksək effektivliyə malikdir.

 

İstifadəsinə göstərişlər:

  • Yuxarı tənəffüs yollarının infeksiyaları (angina, tonzillit, sinusit, orta otit);
  • Aşağı tənəffüs yollarının infeksiyaları (bakterial bronxit, pnevmoniya, ağciyər xronik obstruktiv xəstəliklərinin kəskinləşməsi);
  • Dəri və yumşaq toxumaların infeksiyaları (qızılyel, impetiqo, infeksiyalaşmış dermatozlar, miqrasiya edən eritema (Laym xəstəliyi));
  • Ağırlaşmamış genital xlamidiya infeksiyaları;
  • Sidik-cinsiyyət sisteminin infeksiyaları (uretrit, servisit, endometrit və salpinqoofarit).

 

Əks göstərişlər:

Hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Vacib təlabat olmadığı zaman preparat hamilələrdə istifadə olunmur. Preparatın ana südünə keçməsi barəsində məlumat yoxdur. Vacib təlabat olmadığı zaman preparat laktasiya dövründə istifadə olunmur.

İstifadə qaydası və dozası:

Gündəlik dozası birdəfəyə qəbul olunur.

Xlamidiya infeklsiyaları zamanı Azoksin 1 qr (2 tablet) birdəfəlik qəbul olunur.

Həssas mikroorqanizmlərin törətdiyi başqa infeksiyalar zamanı 3 gün ərzində 500 mq (1 tablet) təyin olunur.

Müalicənin alternativ təyinatı zamanı: Birinci gün 500 mq (1 tablet), sonralar 4 gün ərzində 250 mq gündə 1 dəfə qəbul olunur (5 günlük müalicə zamanı ümumi doza 1,5 q təşkil edir).

Doza həddinin aşılması:

Doza artıq olduqda simptomatik və dəstəkləyici müalicə aparılır.

Buraxılış forması:

Tablet 250 mq № 6 və 500 mq № 3

İstehsalçı: Biofarma, Türkiyə


Baxılma sayı: 3716 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..