*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Proktin gel
Sual ver
  Təcili sifariş A+ A-

                                                     PROKTİN gel


Tərkibi:

Hər 100 qr gelin tərkibində vardır:

Ikievli gicitkan ekstraktı (Urtica Dioica extract) -  8.0 mq

At şabalıdı bitkisinin ekstraktı (Aesculus Hippocastanum extract) - 5.0 mq

Dərman gülümbaharı ekstraktı (Calendula Officinalis extract) - 5.0 mq

Ağ söyüd qabığının ekstraktı (Salix Alba Bark extract) - 1.98 mq

Ağ palıd qabığının ekstraktı (Quercus Alba Bark extract) - 2.0 mq

Əzvay ekstraktı (Aloe Barbadensis extract) - 1.0 mq

Dəlikli dazıotu yağı (Hypericum Perforatum oil) - 3.0 mq

Dərman gülümbaharı yağı (Calendula Officinalis oil) - 2.0 mq

İstiotlu nanə yağı (Mentha Piperita oil) - 0.3 mq

Pantenol (Panthenol) - 2.0 mq

 

Farmakoloji xüsusiyyətləri:

Proktin gel daxili və xarici babasil, anal çatların müalicəsi üçün istifadə olunan vasitədir. Gelin iltihabəleyhinə, büzücü (qanaxmanı ləngidir) və yarasağaldıcı (selikli qişanın bərpasını tezləşdirir) təsirləri vardır. Babasil zamanı ağrı, göynəmə və ödemi aradan qaldırır.

Ikievli gicitkan ekstraktı tanninlər, B2, B3, C vitaminləri, karotinoidlər, mikroelementlər və makroelementlər ilə zəngindir. İltihabəleyhinə, antiseptik, ağrıkəsici və yarasağaldıcı xüsusiyyətləri var. Tərkibində olan K vitamininin hesabına qanın laxtalanmasını artırır və qanaxmaların qarşısını alır.

At şabalıdının ekstraktı venalara tonuslandırıcı təsirə malikdir. Onun tərkibində eskulin və essin qlikozidləri vardır. Eskulin antitrombinin sintezini sürətləndirir. Essin iltihabəleyhinə və ödeməleyhinə təsir göstərir.  At şabalıdı venoz damarların tonusunu artırır, venalarda qan axınını sürətləndirir və trombun əmələ gəlməsinin qarşısını alır. At şabalıdı kapilyarların keçiriciliyini azaldaraq mikrosirkulyasiyanı yaxşılaşdırır. Lizosomal fermentlərin aktivləşməsinin qarşısını alaraq, damarlarda proteoqlikanların parçalanma hallarını aradan qaldırır. Bununla da kapilyarların keçiriciliyinin və dağılmasının qarşısını alır, venoz durğunluğu aradan qaldırır, ödem və ekssudasiyanın qarşısını alır.

Dərman gülümbaharı ekstraktı və yağı karotin, kumarinlər, flavonoidlər, efir yağları, molibden, selen və sink ilə zəngindir. Dərman gülümbaharı güclü iltihabəleyhinə təsirə malikdir, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan götürərək, zədələnmiş nahiyənin regenerasiyasını təmin edir. Həmçinin güclü spazmolitik təsirə malik olduğundan, spastik ağrıları tez bir zamanda aradan qaldırır.
Ağ söyüd qabığının ekstraktının tərkibi salisil turşusu ilə zəngin olduğundan ağrıkəsici, iltihabəleyhinə, antioksidant və regenerasiyaedici təsirlər göstərir. 

Ağ palıd qabığının ekstraktı tanninlər, pektin, kversetin, nişasta, qətran ilə zəngindir. Qan damarlarını möhkəmləndirir, büzücü və iltihabəleyhinə təsir göstərir.

Əzvay ekstraktı C və E vitamini, karotinoid, flavonoid, mikroelementlər və makroelementlər ilə zəngindir. Yarasağaldıcı və yerli immuniteti artırır. Tərkibundə olan salisil turşusu, efir yağları və sterinlər sayəsində antibakterial və iltihabəleyhinə təsirlər göstərir.

Dəlikli dazıotu yağı tərkibində olan flavonoidlər, tanninlər, mikroelementlər və makroelementlər, A və C vitaminləri, nikotin turşusu, efir yağı hesabına ağrıkəsici və iltihabəleyhinə təsirə malikdir. Toxumaların dərin qatlarına nüfuz edərək regenerasiyanı yaxşılaşdırır.

İstiotlu nanə yağının antiseptik və ağrıkəsici təsirləri vardır.

Pantenol zədələnmiş selikli qişanın tamlığını bərpa edir.


İstifadəsinə göstərişlər:

  • Xarici və daxili babasil;
  • Perianal ekzema;
  • Proktit, paraproktit;
  • Düz bağırsağın çatları;
  • Babasil əməliyyatından sonra;
  • Doğuşdan sonra yaranan babasil.


İstifadəsinə əks göstərişlər:

Tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Gelin istifadəsi zamanı həkim ilə məsləhətləşməli.

İstifadə qaydası:

Gel əl ilə qaşınma və ya ağrı nahiyyəsinə səhər və axşam, həmçinin hər defekasiya aktından sonra çəkilir. Düz bağırsaq daxilinə yeritmək üçün aplikatordan istifadə edilir. Aplikator düz bağırsağa yeridildikdən sonra tub sıxılır və tədricən aplikator çıxarılır. İstifadədən sonra aplikator yuyulub təmizlənir.

Buraxılış forması:

Tubdə 20 ml gel, iki ədəd aplikator və istifadəyə dair təlimat vərəqəsi ilə birlikdə karton qutuya qablaşdırılmışdır.

İstehsalçı:

ESENSA, Serbiya

 

 


Baxılma sayı: 4066 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..