*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

LANSOPTOL

Tərkibi: lansoprazol 30 mq

Farmakoterapevtik  qrupu: proton pompasının (H+-K+-ATF-aza) spesifik ingibitorudur.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamika: Lansoprazol benzimidazol qrupuna aid olub  xora əlehinə vasitədir. H+/K+ ATF-azanın spesifik ingibitorudur. Xlorid turşusu sintezini son mərhələdə blokada edir(təbii stimuləedici faktorlardan asılı olmayaraq ). Lansoprazol yüksək lipofilliyə malikdir, mədənin parietal hüceyrələrinə asanlıqla daxil olur. Həmçinin mədənın selikli qişasına sitoprotektor təsir göstərir.

Farmakokinetika: Daxilə qəbul olunduqda MBT –dan absorbsiya olunur. Qida sorulmasını ləngidir, amma bioyararlılığını azaltmır. Acqarına qəbulu daha məqsədəuyğundur. Plazma zülalları ilə 97-99 % birləşir. Qaraciyərdə metabolizmə uğrayır. Metaboliti qeyri aktivdir. Orqanizmdən öd və sidiklə xaric olur. T ½  1.3 - 1.7 saatdır. Yarım xaricolma dövrü yaşlı insanlarda uzanır. Qanda maksimal konsentrasiya qəbulundan 1.5 - 2.2 saat sonra yaranır.

 İstifadəsinə göstərişlər:

  • Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi
  • Eroziv-xoralı ezofagit
  • Reflüks-ezofagit
  • Mədə və 12 barmaq bağırsağın Helicobacter pylori  ilə assosasiya olunmuş zədələnmələri 
  • Kəskin və xroniki qastrit
  • Zollinger–Ellison sindromu
  • Mədə və 12 barmaq bağırsağın qeyri-steroid qruluşlu iltihab əlehinə preparatların qəbulundan yarana biləcək zədələnmələrının qarşısını almaq məqsədi ilə  

Əks göstərişləri:

Preparatın tərkibinə həssaslıq, hamiləliyin 1-çi üç aylığı, MBT-nın bədxassəli törəmələri.

 İstifadə qaydası və dozası:

Gündə 1 və ya 2 dəfə yeməkdən  əvvəl qəbul edilir.

 Buraxılış forması: 14 kapsul.

İstehsalçı: KRKA / Sloveniya.


Baxılma sayı: 9124 dəfə
 
SUAL CAVAB
Gulnara
Sual: Siz genceye derman gonderirsiz
Cavab: Salam Gulnare x.Siz Gəncə şəh.,Kəpəz r-nu.,H.Əliyev pr Atatürk (022)255 10 39 ve ya E.Memmedov 3n-li TTYX-nin yani (022) 256 42 77 4mkr-n M.Xelefov küçəsi (022 )265 12 42 yerlesen apteklere muraciet etmekle dermanlarinizi sifaris ede bilersiniz .
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..