*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Lekoklar
Sual ver
  Təcili sifariş A+ A-

LEKOKLAR

Tərkibi: Klaritromisin 500 mq

Farmakoterapevtik qrupu: makrolid qrupuna aid antibiotikdir.

Farmakodinamika

Antibakterial preparatdır. Mikrob hüceyrəsində zülal sintezini pozur . Bakteriostatik təsir gğstərir. Yüksək dozalarda bakterisid təsiri var. Həm hüceyrədaxili, həm də hüceyrəxarici mikroorqanizmlərə təsir göstərir. Əsasən: Staphylococcus spp., Streptococcus agalactiae (Streptococcus pyogenes, Streptococcus viridans, Streptococcus pneumoniae), Haemophilus influenzae (Haemophilus parainfluenzae), Haemophilus ducreyi, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Listeria monocytogenes, Legionella pneumophila, Mycoplasma pneumoniae, Helicobacter pylori (Campylobacter), Campylobacter jejuni, Chlamydia pneumoniae, Chlamydia trachomatis, Moraxella catarrhalis, Bordetella pertussis, Propionibacterium acne, Mycobacterium avium, Mycobacterium leprae, Mycobacterium kansasii, Mycobacterium marinum, Staphylococcus aureus, Ureaplasma urealyticum, Toxoplasma gondii, Corynebacterium spp., Borrelia burgdorferi, Pasteurella multocida  və  Bəzi anaeroblara (Eubacter spp., Peptococcus spp., Propionibacterium spp., Clostridium perfringens, Bacteroides melaninogenicus)

Farmakokinetika

Preparat qəbul edildikdən sonra mədə bağırsaq traktından tez və yaxşı absorbsiya olunur. Qida qəbulu preparatın absorbsiyasına təsır etmir. Plazma zülalları ilə 80 - 90% birləşir. Daxilə qəbuldan sonra 20% tez bir zamanda qaraciyərdə sitoxrom P 450 fermentinin təsiri ilə hidroksilləşərək aktiv metabolit olan 14 –hidroksiklaritromisinə çevrilir. Bu özü Haemophilus influenzae-ya qarşı nəzərə çarpacaq aktivdir. Birdəfəlik qəbuldan sonra 2 dəfə maksimal konsentrasiya yaranır. 2-ci pik konsentrasiya preparatın öd kisəsindən bağırsağa keçib və yenidən sorulması zamanı yaranır.  Qanda maksimal konsentrasiya (C max) 1-3 saatdan sonra yaranır. 500 mq dozada  istifadəsi zamanı T ½  5 - 7saatdır.  Sidik və nəcis vasitəsilə orqanizmdən həm dəyişilməmiş, həm də metaboliti xaric olur. 

İstifadəsinə göstərişlər:

  • Laringit, faringit, tonzillit, sinusit və orta otit
  • Bronxit, xroniki bronxitin kəskinləşməsi
  • Bakterial və atipik  pnevmoniya
  • Helicobacter  pylori –nin eradikasiyası  
  • Mikobakterioz ( həmçinin atipik formalarda - etambutol və rifabutinlə kombinə)
  • Sidik cinsiyyət sisteminin ureaplazmozu və xlamidiozu
  • Qonoreya, mikoplazmoz
  • Xlamidial konyuktivit
  • Dəri və yumşaq toxuma infeksiyaları

İstifadə qaydası : 1 tabletdən gündə  2 dəfə (yeməkdən əvvəl)

Əks göstərişləri: tərkibə həssaslıq, 6 yaşadək uşaqlar, hamiləliyin I trimestri, laktasiya dövrü.

Buraxılış formasi: 14 örtüklü tablet

İstehsalçı: LEK –Sloveniya


Baxılma sayı: 141 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..