*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Yara və yanıqlar » Resiprol
Sual ver
  Təcili sifariş A+ A-

RESİPROL

Tərkibi: siprofloksasin  -  500 mq

 

Farmakoterapevtik qrupu:ftorxinolon qrupundan olan antibakterial preparat

 

Farmakodinamika: Siprofloksasin sintetik ftorxinolon olub bakterisid xassələrə malikdir.Əksər bakteriyalar üçün minimal ingibəedici konsentrasiya  0.005-2.0 mkq/ml -ə bərabərdir. Preparatın bakterisid təsiri tez başlayır və uzun müddət saxlanılır. Təsir mexanizmi bakteriya DNT- nin səthində yerləşən DNT –girazanın (topoizomeraza II)  ingibə olunmasına əsaslanır. Preparata rezistentlik nadir hallarda əmələ gəlir.

 

Farmakokinetika: Siprofloksasin daxilə qəbul zamanı yaxşı sorulur və 1.5 saat ərzində maksimal konsentrasiyasına çatır. Qəbul olunan dozanın 55% -i sidiklə xaric olur. Böyrəklərdə eliminasiya yumaqcıq filtrasiyası və kanalcıq sekresiyasının hesabına baş verir. Siprofloksasinin 80% -i dəyişılməmış xaric olur. Hüceyrə daxilinə keçmək xüsusiyyətinə görə  siprofloksasin Brusella melitentis, Legionella spp., Chlamydia trachomatis və Mycoplasma hominis kimi patogenlərin törətdiyi infeksiyalar zamanı yüksək effektivlik göstərir.


İstifadəsinə göstərişlər:


 


  • Laringit, faringit, tonzillit


  • Sinusit və orta otit


  • Kəskin və xroniki bronxit


  • Pnevmoniya, mukovissidoz
  • Sistit, pielonefrit, prostatit, uretrit


  • Qonoreya, vezikulit, xlamidioz
  • Xolesistit, xolangit, appendisit


  • Enterit, enterokolit, pankreatit
  • Dermatit, infeksiyalaşmış yaralar


  • Fleqmona, abses
  • Osteomielit, septik artrit


  • Diabetik pəncə
  • Salpingit, endometrit, vulvovaginit


  • Şigelloz, salmonelloz, iersinioz
  • Vərəmin kompleks müalicəsi


  • Septisemiya, bakteriemiya


 

Dozalanması: 1 tabletdən  gündə 2 dəfə istifadə olunur.


Əks göstərişlər: Siprofloksasinə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü, 15 yaşa qədər uşaqlar.

 

Buraxılış forması: 500 mq –lıq 14 örtüklü tablet.

 

İstehsalçı: Biofarma / Türkiyə.

 




Baxılma sayı: 11693 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..