*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

DELAYF

Kalsium – fosfor mübadiləsinin  requlyatoru

Tərkibi:

Təsiredici  maddə:

Daxilə qəbul  üçün damcı (yağda məhlul)

Hər damcıda vardır

D3 vitamini (Xolekalsiferol)

400 BV

 (1 ml –( 25 damcı) məhlulun tərkibində D3 vitamini 10 000 BV-dir).

Farmakoterapevtik qrupu:

 Vitamin

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika

 D3 vitamini ( xolekalsiferol) kalsium-fosfor mübadiləsini  tənzimləyir.  Sintetik  D3 vitamini orqanizmdə günəş  şüalarının təsiri altında yaranan endogen  D3 vitamini ilə  eynilik təşkil edir.  D3 vitamininin fizioloji  aktivliyi  D2 vitamini  ilə müqayisədə 25% daha çoxdur. Vitamin D3-ün təsiri altında orqanizmdə kalsium  və fosforun mübadiləsi normallaşır. Nəticədə skeletin düzgun formalaşması və sümük toxumasının  sturukturunun bərpası  baş verir. D3 vitamini antiraxitik təsir edir. Kalsium və fosforun nazik bağırsağın distal  hissəsindən  bağırsaq epitelinin hüceyrə və mitoxondrial membranlarda  keçiriciliyini artıraraq intensiv sorulmasını və onların böyrək kanallarından reabsorbsiyasını sürətləndirir.  Kalsium və fosforun   sümük toxumasına toplanmasını  və bu ionların qan plazmasında, yumşaq toxumalarda, sümükdə paylanmasını  requlyasiya edir.

Uşaqlarda skeletin və dişlərin formalaşmasını  və düzgün inkişafını təmin edir.  D3 vitamini  qalxanabənzərətraf vəzin  normal  fəaliyyətinə  səbəb olur. Qanda Ca ionlarının  normallaşmasını, skelet əzələlərinin tonusunu, ürək fəaliyyətini  requlyasiya edir. Sinir impulslarının ötürülməsinə, qanın laxtalanma prosesini  şərtləndirən bir sıra mühüm biokimyəvi proseslərə təsir göstərir. D vitamini, həmçinin limfokinlərin yaranmasına təsir göstərməklə immun sistemin fəaliyyətində iştirak edir.

Uşaqların intensiv inkişaf dövründə  D vitamininin çatışmazlığı kalsium çatışmazlığına və raxitin inkişafına,  yenidoğulmuşlarda sümüklərin bərkiməsi proseslərinin pozulmasına səbəb olur. Böyüklərdə bu osteomalyasiyaya, hamilə qadınlarda  tetaniya əlamətlərinin meydana çıxmasına səbəb ola bilər. Menopauza dövründə olan qadınlarda hormonal pozğunluqlarla əlaqədar D vitamininə olan tələbat yüksəlir. 

İstifadəsinə dair tövsiyələr

D vitamininin hipo- və avitaminozunda, həmçinin vitamin D-yə artmış tələbatı ödəmək üçün istifadə olunur:

-Raxitin profilaktika və müalicəsi, spazmofiliya (hipokalsiemik tetaniya), osteomalyasiya, osteoporoz;

-Hipokalsiemiya, hipofosfatemiya;

-Hamiləlik və laktasiya dövrü;

-Hipoparatireoz və psevdohipoparatireozun (Olbrayt xəstəliyi) profilaktikası və müalicəsi;

-Malabsorbsiya sindromu;

-Bəzi dərman preparatlarının qəbulu (qıcolma əleyhinə preparatlar, diuretiklər,  hormonal preparatlar);

-Sinir sisteminin funksional pozğunluqları, əzələ distrofiyası, miasteniya;

Qəbul qaydası və dozalanması

 DELAYF az miqdarda maye ilə daxilə qəbul edilir.

1 damcıda 400 BV D3 vitamini vardır.

Profilaktik məqsədlə:

-Vaxtında doğulmuş uşaqlara  həyatının 3-4-cü həftəsindən 2-3 yaşadək  1-2 damcı ( 400-800 BV )

-Yarımçıq doğulmuş uşaqlar , əkizlər, normal  şəraitdə yaşamayan uşaqlar   həyatının 7-10 – cu günündən gün ərzində 2-3 damcı (800 - 1200 BV) istifadə olunur. Yay mövsümündə doza  azaldılır- gün ərzində 1 damcı (400 BV).

-Hamilə qadınlar  gün ərzində 1 damcı (400 BV) bütün hamiləlik müddətində və ya hamiləliyin 28-ci həftəsindən başlayaraq    gün ərzində 2 damcı (800 BV).

-Postmenopauza  dövründə  gün ərzində  1-3 damcı (400-1200 BV) fasilələrlə qəbul olunur.

Müalicəvi məqsədlə:

- Raxit zamanı  raxitin ağırlıq dərəcəsindən ( I,II, və III)  və gedişindən asılı olaraq  gün ərzində  5-12 damcı (2000 - 4800 BV)  və ya başlanğıc doza  gün ərzində 5 damcı (2000 BV) 3-4 gün təyin olunur , sonra doza artırılır 8 damcı (3200 BV).  Müalicə  4-6 həftə müddətində aparıilr. Sümüklərdə nəzərəçarpan dəyişikliklər  varsa  gün ərzində  12 damcı (4800 BV) qəbul olunur. Ehtiyac varsa 1 həftə fasilədən sonra müalicə təkrarlanır. Müalicəvi  nəticə aldıqdan sonra  profilaltik dozada qəbul olunur – gün ərzində 1-2 damcı (400-800 BV).

-Raxitəbənzər xəstəliklər zamanı  gün ərzində 50-75 damcı (20 000- 30 000 BV) 4-6 həftə qəbul olunur, sora müalicə saxlayıcı dozaya keçirilir.

  -Osteoporozun müalicəsində- 3 – 6 damcı (1200-2400 BV).

 -Hipoparatireozun və psevdohipoparatireozun müalicəsində- 18 – 40 damcı (7200 BV-16000 BV). Müalicə kursu laborator cavablardan asılı olaraq  fərdi təyin olunur.

Buraxılış forması

 Damcısalan başlıqlı 30 ml  flakon  içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılmışdır.

İstehsalçı  ölkə:  İspaniya /Plameca.


Baxılma sayı: 7653 dəfə
 
SUAL CAVAB
Gunay
Sual: Qiyməti
Cavab: Salam Günay xanım.DELAYF 30 ML məbləği 11.90 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
Gulu
Sual: Qiymeti
Cavab: Salam. DELAYF 30 ML məbləgi 9.50 Azn.Baki şəhər daxilində catdirilma xidmətimiz mövcütdu.10 azn-den yuxari sifarişlərə çatdirilma haqqi ödənişsizdir. Müracietiniz üçün çox sagolun.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..