*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Cinsi yolla keçən xəstəliklər » Oflonaz 2mg 100ml
Sual ver
  Təcili sifariş A+ A-

                    OFLONAZ


  Tərkibi:
     

 100 ml infuziya üçün məhlul:  1ml məhlulun tərkibində 2 mq Ofloksasin vardır.

 Farmakoterapevtik qrupu: Flüorxinolon qrupundan olan mikrob əleyhinə vasitədir.

 Farmakoloji xüsusiyyətləri:
 Farmakodinamikası:

 Bakterisid təsirə malikdir, mikrob hüceyrəsinin həyati əhəmiyyətli orqanoidi olan

 DNT-nin biosintezini pozur. Yəni mikrob hüceyrəsinin artıb-çoxalması, böyüyüb-

 bölünməsi üçün vacib bakterial ferment olan DNT-hiraza fermentini blokada

 edərək hüceyrənin məhvinə səbəb olur. Ofloksasin əsasən qrammüsbət və bəzi   

 qrammənfi aerob bakteriyalara təsir göstərir. Bir çox antibiotiklərə və sulfanilamid  

 preparatlarına qarşı davamlı mikroorqanizmlərə qarşı aktivdir. Preparata xüsusilə:                      

 E. Coli, Klebsiella spp., Proteus mirabilis, Proteus vulgaris, Serratia spp., Enterobacter spp.,   

 Providencia spp., Citrobacter spp., Salmonella spp., Shigella sonnei, Yersinia spp., Vibrio spp., Neisseria   

 gonorrhoeae, Neisseria meningitidis, Haemophilus influenzae, Haemophilus ducreyi, Aeromonas hydrophilia,  

 Bordetella pertussis, Moraxella catarrhalis, Staphylococcus spp., Staphylococcus aureus, Legionella spp.,  

 Brucella spp., Chlamidia trachomatis, Acinetobacter spp., Enterococcus spp., (həmçinin pnevmokokklar),

 Clostridium perfringens, Corynebacterium spp., Campylobacter spp., Helicobacter pylori, Listeria

 monocytogenes, Pseudomonas aeruginosa, Gardnerella vaginalis, Mycobacterium tuberculosis, Ureaplasma

 urealyticum, Mycoplasma spp., tez inkişaf edən atipik mikobakteriyalar, həmçinin beta-laktamaza hasil edən

 bakteriyalar həssasdır.

 Farmakokinetikası:
 Qəbul olunduqdan sonra Ofloksasin MBT-dan tez və demək olar ki, tam (95%-ə qədər) sorulur. Qan   

 plazmasında maksimal konsentrasiyası 1-2 saatdan sonra meydana gəlir. Bioyararlılığı 100%-ə çatır. 5%  

 ofloksasin qaraciyərdə metabolizmə uğrayır.
 Qan plazması zülalları ilə birləşməsi - 25% təşkil edir. Ofloksasin böyük yayılma həcminə malikdir, buna görə   

 yeridilmiş preparatın demək olar ki hamısı hüceyrələrə daxil olaraq orqan, toxuma və orqanizmin maye   

 mühitində (ağciyərlər, öd, dəri, lor-orqanlar, sümüklər, cinsi orqanlar, prostat) yüksək konsentrasiyalar əmələ  

 gətirir. Hematoensefalik və plasentar baryerlərdən keçir, südlə ifraz olunur.
 Ofloksasinin yarımparçalanma dövrü 4.5 - 7 saatdır. Qəbul olunmuş dozanın 80-90%-i böyrəklərlə    

 dəyişilməmiş halda ifraz olunur; 4%-ə yaxın ofloksasin nəcislə xaric olur.

 İstifadəsinə göstərişlər:
 OFLONAZ preparatına həssas olan mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklərin müalicəsində  

 istifadə olunur:
• Tənəffüs yollarının infeksiyon-iltihabi xəstəlikləri; (bronxit, pnevmoniya,)

  • Vərəm (II sıra vərəm əleyhinə preparat qismində);
    • Burun, boğaz, qulaq infeksiyon-iltihabi xəstəlikləri;  (Sinusit, faringit, otit, laringit, traxeit)
    • Ginekoloji infeksiyalar (kolpit, adneksit, servisit, salpinqooforit, endometrit, parametrit, (həmçinin qonokokk və xlamidiyaların törətdikləri);
    • Böyrəklərin, cinsi orqanların, prostat vəzinin, uretranın (həmçinin qonokokk mənşəli) infeksiyaları;
    • Qarın boşluğu orqanlarının və öd yollarının infeksiyaları;
    • Dərinin, yumşaq toxumaların, sümük və oynaqların infeksiyaları;
    • Septisemiya, meningit.


  Əks göstərişlər:
 Ofloksasinə və digər flüorxinolon törəmələrinə qarşı yüksək həssaslıq, qlükoza-6-fosfatdehidrogenazanın   

 çatışmazlığı, epilepsiya, mərkəzi sinir sisteminin zədələnmələri (kəllə-beyin travmasından, insultdan, beyinin

iltihabi xəstəliklərindən sonra), hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.


  İstifadə qaydası və dozası:
  Doza infeksiyanın lokalizasiya mənbəyindən, ağırlığından, xəstənin ümumi vəziyyətindən, böyrəklərin və  

 qaraciyərin funksional vəziyyətindən, həmçinin mikroorqanizmin preparata həssaslığından asılı olaraq fərdi  

 qaydada müəyyən olunur.
 Preparatı venaya 200mq dozadan başlayaraq, damcı üsulu ilə 30-60 dəq. müddətində yeridirlər. Gündə 2 dəfə   

 qəbul olunur. Müalicə kursunun müddəti 7-10 gündür.


 Əlavə təsirləri:
 Başağrısı, başgicəllənmə, narahatlıq hissi, tremor; nadir hallarda: əzələ qıcolmaları, dadbilmənin, iybilmənin və   

 tarazlıq hissinin pozulması, taxikardiya, qısamüddətli arterial hipotenziya, ürəkbulanma, diareya, qarın   

 nahiyəsində ağrılar, iştahanın olmaması, kristalluriya, nadir hallarda kəskin interstisial nefrit, leykopeniya,   

 eozinofiliya, trombositopeniya; çox nadir hallarda - hemolitik anemiya, dəridə səpgilər, qaşınma,   

 fotosensibilizasiya, bronxospazm, kvinke ödemi, artralgiyalar, mialgiyalar, tendinitlər, ağrı və/və ya infuziya  

 yerində qızartı, tromboflebit.

 Buraxılış forması:  İnfuziya üçün məhlul. Birdəfəlik, steril, apirogen məhlul tərkibində 200mq ofloksasin  

 olmaqla, 100ml-lik plastik flakonlarda buraxılır.




       
   
 
     


Baxılma sayı: 8846 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..