*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Yara və yanıqlar » Bepaderm-G
Sual ver
  Təcili sifariş A+ A-

BEPADERM G

1 qr gelin tərkibində:

D - pantenol 40 mq

Sidik cövhəri 50 mq

Köməkçi maddələr:

Propilenqlikol, metilparahidroksibenzoat, trolamin, karbomer, etil spirti, təmizlənmiş su.

Farmakoloji xüsusiyyətləri:

Yerli istifadə üçün kombinə olunmuş preparatdır. Gel toxuma regenerasiyasını stimulə edərək, zədələnmiş toxumanı bərpa edir. Tərkibinə daxil olan D - pantenol patotenat turşüsunun törəməsidir. D - pantenol suda həll olan B qrup vitamindir. Dərinin regenerasiyasını stimulə edir, hüceyrə metabolizmini normallaşdırır. Dəri və toxuma zədələnmələri zamanı D - pantenola təlabat yaranır. Regenerasiya edici, zəif iltihab əleyhinə təsir göstərir.

Bepaderm G tərkibindəki sidik cövhəri dəridə qabıq vermə və qurumanın qarşısını alır. Zədələnmiş dərini bərpa edir və nəmliyi qoruyub saxlayır. Bepaderm G-nin tərkibinə daxil olan komponentlər dəriyə intensiv olaraq nəmləndirici təsir göstərərək,  əvvəlki yumuşaqlıq və hamarlığını qaytarır.

Bepaderm G dərini qurumaqdan qoruyur, çat və qabıq vermənin əmələ gəlməsinin qarşısını alır. Yapışqanlıq hissi yaratmır.

 

İstifadəsinə dair tövsiyələr:

Vasitənin istifadəsi aşağıdakı vəziyyətlərdə tövsiyə olunur:

-Dəri zədələnmələri:  yanıqlarda və sıyrıqlarda; radio-, fototerapiya və ya UB-şüalanma nəticəsində dərinin qıcıqlanması; xroniki xoralar, yataq yaraları, anal çatlar, dərinin transplantasiyası və uşaqlıq boynunun eroziyası; kortikosteroidlərlə müalicə zamanı sağalma proseslərinin aktivləşdirilməsi.
-Quru və çatlamış dəriyə qulluq.
-Körpələrdə bişməcələrin profilaktikası və müalicəsi.
-Uşaq əmizdirən dövrdə süd vəzilərinə müntəzəm qulluq, döş gilələrində əmələ gələn  çatların müalicəsi.

 

İstifadəsinə dair məhdudiyyətlər: Vasitənin komponentlərinə qarşı fərdi həssaslıq.

Əlavə təsirləri:

Bepaderm G-nin əlavə təsirləri haqqında məlumat yoxdur.

 İstifadə qaydası

Gel bilavasitə dərinin problemli sahələrinə gündə bir və ya bir neçə dəfə yeridilir.

Xüsusi xəbərdarlıq

Gelin gözə düşməsindən ehtiyat etməli. Əgər bu baş veribsə, gözü çoxlu su ilə yumalı.

Gel xaricə qəbul üçün nəzərdə tutulub, daxilə qəbul edilmir.

Buraxılış forması və qablaması

30 q-lıq polimer qapaqlı alüminium tüblərdə, karton qablarda buraxılır.

Saxlanma şəraiti

25º C-dən yüksək olmayan temperaturda, quru və qaranlıq yerdə, uşaqların əli çatmayacağı bir yerdə saxlamalı. Birbaşa günəş işığından, istilik və nəm şəraitdən qorumalı

Yararlılıq müddəti: Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

İstehsalçı: LMP/Latviya



Baxılma sayı: 7421 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..