*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

AVİCALSIN

Tərkibi:

Şərbətin hər 10 ml-də vardır:

Kalsium ( lipokal-trikalsium fosfat)  – 44,5 mg, Maqnezium laktat– 8.85 mg , Sink laktat – 1.36 mg, D3 vitamini – 200 BV

Köməkçi maddələr:  qlükoza-fruktoza şərbəti, limon turşusu, ksantan kitrəsi, natrium- benzoat, kalium- sorbat, təbii çiyələk ətri.

Farmakoloji xüsusiyyətləri:

Avicalsin raxit və osteomalyasiyanın müalicə və profilaktikası üçün kombinəolunmuş vasitədir. Kalsium, maqnezium, sink və D3 vitamini defisitini aradan qaldırır, sümük toxumasının mineralizasiyasını sürətləndirir, kalsium-fosfor mübadiləsini tənzimləyir. Kalsium sümüklərin və dişlərin mineralizasiyasını yaxşılaşdırır, qanın laxtalanmasında, sinir-əzələ keçiriciliyində iştirak edir.

Maqnezium kalsiumun metabolizmini sürətləndirir, sümüklərin inkişafında iştirak edir və D3 vitamini ilə birlikdə sümük homeostazını stabil saxlayır. D3 vitamini (Xolekalsiferol) kalsium-fosfor mübadiləsini tənzimləyir,kalsium ionlarının bağırsaqlardan sorulmasını yaxşılaşdırır,osteositlərdə DNT sintezini stimullaşdırır.

 Sink 100-ə yaxın fermentativ reaksiyalarda iştirak edir, boy artımını sürətləndirir, zülal və aminturşu sintezində rolu var.

Avicalsin qəbuldan dərhal sonra sorulmağa başlayır, orqanizmdə əsasən sümük toxumasında depolaşır. Böyrəklər və bağırsaqlarla xaric olur.

İstifadəsinə dair tövsiyələr:

Vasitənin istifadəsi aşağıdakı vəziyyətlərdə tövsiyə olunur:

-Raxit və osteomalyasiyanın müalicə və profilaktikası;

-Uşaqlarda kalsium defisiti zamanı (əmgəyin gec bağlanması, dişlərin gec çıxması, osteopatiyalar,  boy artımının ləngiməsi, karies);

-D vitamini defisiti zamanı (süni qidalanan, açıq havada az olan uşaqlar);

-Osteoporoz, qıcolma sindromu, spazmofiliya, malabsorbsiya sindromu, xroniki diareya, steatoreya

İntensiv boyatma dövründə boy artımının ləngiməsi;

-Preparatın komponentlərinə tələbatın artması halları ( hamiləlik, laktasiya dövrü, menopauza, vegetarianlar, yaşlılar);

-Sınıqlardan sonra reabilitasiya dövründə;

-Diuretiklərin , qlükokortikoidlərin, qıcolma əleyhinə preparatların, immunodepressantların, antasidlərin, hormonal preparatların uzunmüddətli qəbulu zamanı.

İstifadəsinə dair məhdudiyyətlər:

 Komponentlərinə qarşı hiperhəssaslıq, hiperkalsiemiya, D3 vitamininin hipervitaminozu.

İstifadə qaydası:

2 yaşadək uşaqlar – 5 ml gündə 2-3 dəfə

3 -12 yaş uşaqlar – 10 ml gündə 2-3 dəfə

Böyüklər, hamilələr, pəhriz saxlayanlar – 10 ml  gündə 2 dəfə istifadə etməlidir.

Əlavə təsirlər: Adətən yaxşı qəbul olunur. Nadir hallarda uzunmüddətli qəbul zamanı hiperkalsiemiya müşahidə oluna bilər.

 Buraxılış forması: Avicalsin flakonda 200 ml şərbət, ölçü qapağı və içlik vərəqə ilə birlikdə karton  qutuda  qablaşdırılmışdır.

Saxlanma şəraiti: Otaq temperaturunda 25oC-dən yuxarı olmamaq şərtilə saxlanılır.

Yararlılıq müddəti: Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

İstehsalçı: ”Inv Poland”, sp.z o.o.sp.k.

ul. Krolowej Jadwigi 257 C/A2, 30-218 Krakow, Polşa

Lisenziya sahibi: Azerimed MMC


Baxılma sayı: 8008 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..