*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Flosteron
Sual ver
  Təcili sifariş A+ A-

FLOSTERON

inyeksiya üçün suspenziya

Tərkibi

Hər 1 ml suspenziyada:

Betametazon natrium-fosfat........................ 2. 63 mq (2 mq betametazona müvafiqdir)

Betametazon dipropionat ........................ 6.43 mq (5 mq betametazona müvafiqdir)

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün kortikosteroid

Farmakoloji xüsusiyyətləri

Süni QKS olan betametazon limfosit və makrofaqlardan interleykin 1, interleykin 2 və qamma- interferonun azad olmasını ləngidir. İltihabəlehinə, allergiya əlehinə, desensibilizəedici, şok əlehinə antitoksik və immunodepressiv təsir göstərir. Hipofizdən adrenokortikotrop hormon (AKTH) beta – lipotropinin azad olmasını tormozlayır, lakin qan plazmasında sirkulyasiya edən beta –endorfinin konsentrasiyasını azaltmır. Trieotrop hormon(TTH) və follikulin stimuləedici hormonun (FSH) sekresiyasını tormozlayır.

  • Betametazon natrium fosfat

Asan həll olan komponent olub, yeridilmə yerindən sürətlə absorbsiya olunur və müalicəvi təsirin tez başlayir.

  • Betametazon dipropionat

   Az həll olan komponentdir, inyeksiya yerində yaranan depodan tədricən sorulur və preparatın uzunmüddətli təsirini təmin edir.

 

İstifadəsinə göstərişlər

Sümük -əzələ və yumşaq toxuma xəstəlikləri

  • revmatoid artrit, osteoartroz, bursit, spondiloartrit, tortikolis(baş və boyun əyriliyi), fassit, podaqra, qanqlioz kista

Allergik xəstəliklər

  • bronxial astma, angionevrotik ödem, allergik bronxit, allergik rinit, medikamentoz allergiya,

Dermatoloji xəstəliklər

  • atopik dermatit, neyrodermit, kontakt dermatit, qırmızı yastı dəmrov, sistem qırmızı qurd eşənəyi, psoriaz, kelloid çapıq, herpetik dermatit, kistoz sızanaqlar
  • dermatomiozit, sklerodermiya, düyünlü periarteriit

Böyüklərdə limfoma və leykozun, uşaqlarda kəskin leykozun paylatif müalicəsi

QKS terapiyası tələb edən xəstəliklər

  • adrenogenital sindrom, hemorragik proktokolit, Kron xəstəliyi, spru, nefrit, nefrotik sindrom

Böyrəküstü vəzin birincili və ikincili çatışmazlığı

Dozalanması

Dozası  və yeridilmə yolu  xəstəliyin ağırlıq dərəcəsi və pasiyentlərin fərdi reaksiyasına əsasən həkim tərəfindən seçilir.

  • Sistem terapiya zamanı başlanğıc doza 1-2 ml dır. Əzələ daxili istifadə olunur.
  • Lokal istifadə (intraartikulyar, periartikulyar,intradermal) mümkündür. Bu zaman doza oynağın və ya zədə nahiyəsinin ölçüsünə uyğun seçilir (0.5 -2 ml ). Yerli istifadə zamanı ehtiyac duyularsa 1-2 % li prokain və ya lidokain lə qarışdırıla bilər. Bu zaman birinci şprisə Flosteron çəkilir, sonra anestetik .

Əks göstərişləri

Komponentinə qarşı həssaslıq, sistem mikozlar, venadaxili və dərialtı yeridilmə, oynaq daxili yeritmədə infeksion artrit, bilavasitə əzələ vətərinə yeritmək, antikoaqulyantlarla birgə istifadə, vaksinlə birgə təyini, beyin ödemı, laktasiya dövrü, 3 yaşadək uşaqlar.

 Xüsusi göstərişləri

 Hamilə qadınlara ehtiyyac olduqda həkim nəzarəti ilə təyin edilir.

 Əlavə təsirləri

İstifadəsi zamanı bəzi yan təsirlər müşayidə oluna bilər. Hidro-elektrolit balansın pozulması, nadir hallarda isə buna meylli olan şəxslərdə durğunluqlu ürək çatmamazlığı; Əzələlərin zədələnməsi, osteoporoz, aseptik osteonekroz (əsasən də bud sümüyünün zədələnməsi), sümüklərin kövrəkliyi; Qastroinstenal ağırlaşmalar, peptiki xoraların əmələ gəlməsi və ya fəallaşması; Dərinin zədələnməsi, dərinin nazikləşməsi və tamlığının pozulması, yaraların gec sağalması; Nevroloji pozğunluqlar: vertiqo, baş ağrıları, beyindaxili təzyiq, psixoloji qetyri-stabillik; Hormonal pozğunluqlar: mensrtual tsiklin pozulması, uşaqlarda böyümənin pozulması, hipotalamı-hipofizar funksiyanın pozulması (əsasən də stress zamanı), gözlənilməz olaraq şəkərli diabetin yaranması və ya diabetli xəstələrdə hipoqlikemik preparatlara təlabatın atrması; oftalmoloji pozöunluqlar, qlaukoma, arxa subkapsulyar katarakta və gözdaxili təziqin artması; Mənfi azot balansı.

Buraxılış forması

 7mq/ml olmaqla 1ml-lik ampulada 5 ədəd olmaqla karton qutuda qablaşdırılır.

İstehsalçı

KRKA d.d., Sloveniya.

 


Baxılma sayı: 1268 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..