*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Azibiot 500mg
Sual ver
  Təcili sifariş A+ A-

AZİBİOT

Tərkibi:

Hər tabletin tərkibində 500 mq azitromisin vardır.

Farmakoterapevtik qrupu:

Makrolid qrupu antibiotik

Farmakoloji xüsusiyyətləri:

Azitromisin makrolid qrupuna aid olan yarımsintetik antibiotikdir. Azitromisin eritromisinin törəməsidir. Makrolidlərin digər nümayəndələrindən fərqli olduğuna görə azitromisin başqa qrupa-azalidlərə aiddir. Azitromisin həssas mikroorqanizmlərin 50S ribosom səviyyəsində zülal sintezini tormozlayır. Geniş təsir spektrli antibiotikdir. Azibiot daxilə qəbuldan  2-3 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Qida qəbulu preparatın mənimsənilməsini zəiflətdiyinə görə preparat yeməkdən əvvəl qəbul olunur. Aparılan tədqiqatlar nəticəsində azitromisinin toxuma konsentrasiyasının plazma konsentrasiyasından təxminən 50 dəfə daha yüksək olması müəyyən olunmuşdur. Azibiot qəbulundan sonra ağciyərdə, badamcıqlarda, prostat vəzidə və başqa orqanlarda yüksək konsentrasiya toplayır. Preparatın biomənimsənilməsi 37%-dir. Azitromisin əsasən dəyişilməmiş vəziyyətdə öd yolları ilə, 6 % isə sidiklə xaric olur. Yarımparçalanma dövrü 2-4 gündür. Tədqiqatlarda azitromisin qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı yüksək effektivlik göstərir: Streptococcus pneumoniae, Streptococcus pyogenes (A qrupu) və başqa streptokokklar, Staphylococcus aureus, Corynebacterium diphtheriae, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Branhamella catarrhalis, Bacteroides fragilis, Esherichia coli, Bordetella pertussis, Bordetella parapertussis, Shigella-nın müxtəlif növləri, Pasteurella, Vibrio, Peptococcus və Peptostreptococcus, Fuzobacterium necrosporum, Propionbacterium acnes, Yersinia, Clostridium perfrigens, Borrelia burgdorferi, Haemophilus ducreyi, Neisseria qonorrhoeae, Clamydia trachomatis, Chlamydia pneumoniae.

Azitromisin Legionella pneumophila, Mycoplasma pneumoniae, Mycoplasma hominis, Mycobacterium avium, Campylobacter-lərin müxtəlif növləri, Ureaplasma urealyticum, Toxoplasma gondii, Treponema pallidum-a qarşı yüksək effektivliyə malikdir.

İstifadəsinə göstərişlər:

  • Angina, tonzillit, sinusit, orta otit
  • Bakterial bronxit, pnevmoniya
  • Stomatit, gingivit, skarlatina
  • Difteriya, göyöskürək
  • Ağciyər xronik xəstəliklərinin kəskinləşməsi
  • Eritema,follikulit, qızılyel, impetiqo
  • İnfeksiyalaşmış dermatozlar
  • Urogenital xlamidioz, qonoreya

Əks göstərişlər:

Hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Uşaqlar və yeniyetmələr:

3 günlük kurs müalicə: hər kiloqram çəkiyə 10 mq/sut.

5 günlük kurs müalicə: 1-ci gün 10 mq/kq/sut, 2-5-ci günlər 5 mq/kq/sut.

Böyüklər:Çəkisi  45 kq-dan artiq olan xəstələr 500 mq-lıq tablet qəbul etməlidir.

Gündə1 tablet (500 mq) 1 dəfə istifadə olunur. Kurs müddəti  3 gündür.

Xlamidioz zamanı birdəfəlik doza 2 tablet (1000 mq)-dir, bir gün istifadə olunur.

Buraxılış forması:

Tablet 250 mq № 6

Tablet 500 mq № 3

İstehsalçı: KRKA, Sloveniya

Rəsmi distribüter: “Azerimed MMC”.


Baxılma sayı: 1245 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..