*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Lady moon
Sual ver
  Təcili sifariş A+ A-

 

Tibbi vasitənin istifadəsi üzrə təlimat vərəqəsi

 




Hamiləliyin yoxlanılması üçün test

Bütün  istifadə olunan hamiləlik testlərinin iş prinsipi  eynidir - onlar sidikdə "hamiləlik hormonu" olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur.

XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən ("yapışdıqdan") sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək  üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir.

Orqanizmdə olan bütün qan böyrəklərdən keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur. Testi günün istənilən vaxtı etmək olar. Lakin səhər ilkin sidiklə etdikdə daha düz nəticə əldə etmək olar. Gecə yuxusundan sonra sidik daha "qatı" olur ki, XQ sidikdə daha çox olur.Əgər qadın test etdikdən əvvəl çoxlu maye qəbul edibsə, test yanlış mənfi nəticə göstərə bilər.

Testdən istifadə qaydası:

1.Testi qablaşmadan çıxardın.

2.Təmiz bir plastik qab götürün. Hamiləliyi müəyyən etmək üçün ilkin olaraq həmin qaba sidiyi yığın. Sonra testin qablaşmasında olan pipet vasitəsi ilə 4 damcı sidiyi testin üzərindəki xüsusi dəliyə ( və ya pəncərəyə) damcılatmaq lazımdır.

Diqqət: testin kontrol sahəsini islatmayın.

3.S sahəsinə sidiyi qoyduqdan sonra testi üfüqi səthə qoyun ki, test zonası ilə kontrol zonasını görə biləsiniz. Vaxtı hesablamağa  başlayın.

4.Test işləməyə başladığı vaxt siz açıq rəngli axının  test zonasından kontrol zonasına tərəf hərəkətini görəcəksiniz. Nəticəni oxumağa 2 dəqiqə sonra başlayın. Əgər xətlər görünmürsə, 1 dəqiqə də əlavə gözləyin. Bəzən sidikdə xorionik qonadotropin (XQ) hormonunun konsentrasiyasından asılı olaraq müsbət nəticə 1 dəqiqə sonra görünə bilər.10 dəqiqədən artıq vaxtda testin cavabını gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər.

Testi oxumaq qaydası:

Müsbət nəticə, iki xəttin olması

Test və kontrol zonada çəhrayı və ya qırmızı rəngin əmələ gəlməsi

Mənfi nəticə, bir xəttin olması

Kontrol zonada xəttin olması, lakin test zonasında çəhrayı və ya qırmızı rəngin əmələ gəlməməsi

Etibarsız nəticə

Sidik testə düşdükdən sonra 1 zolaq mütləq görünməlidir. Bu kontrol zolaqdır. Əgər kontrol zolaq çıxmırsa          və ya solğun çıxırsa, deməli hamiləlik testi xarabdır və ya onun yararlılıq müddəti bitib. Bu halda aptekdən təzə test almaq lazımdır.

Testdən istifadə zamanı ehtiyat tədbirləri:

1.Testdən istifadə olunan zaman mütləq testin istifadəsi üzrə təlimatı oxuyun.

2.Test in vitro diaqnostika üçün nəzərdə tutulmuşdur.

3.Qablaşmanın üstündəki istifadə müddəti bitdikdən sonra testi istifadə etmək olmaz.

4.Testi quru yerdə, 4-30º C temperatur intervalında saxlamaq lazımdır. Testi dondurmaq olmaz.

5.Qablaşması zədələnmiş testdən istifadə etməyin.

6.Uşaqların  əllərinin çatmadığı yerdə  saxlayın.

7.Testin qablaşması açılan kimi dərhal testi keçirtmək lazımdır.

Dərman vasitəsi deyil!Tibbi vasitədir.

İstehsalçı:

Room 1307,Unit 4,St Honest Sunshine Regency, Happiness Street, Houhu Avenue,. Jiang an Dist, Hubei province ,P.R.C.


Baxılma sayı: 610 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..