*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Rinocomb
Sual ver
  Təcili sifariş A+ A-

Rİnocomb

İstifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi

Aktiv maddələr:

Məhsulun hər 100 q-da

N-asetilcistein

1 qr

Propolisin sulu-qliserinli duru ekstraktı (12 mq/ml polifenol maddələrinə əsasən standartlaşdırılmışdır)

10 qr

Mərzə - qaraqınıq (Origanum Majorana) bitkisinin yağı

0,05 qr

Reyhan (Ocimum Basilicum) bitkisinin yağı

0,1 qr

Natrium xlorid

2.3 qr

Natrium Hidroksid 10%

3,0 qr

Digər maddələr: Su – 82.9 qr, Qliserin, Disodium EDTA – 0,1 qr, Polisorbat 20 – 0,5 qr, Benzalkonium Xlorid  – 0,01 qr

Farmakoloji  xüsusiyyətləri:

Rinokomb burun aerozolu N-asetilsistein, propolis, Mərzə - qaraqınıq bitkisinin yağı, Reyhan bitkisinin yağı əlavə edilmiş Hipertonik dəniz duzu məhlulu əsasında hazırlanır. Spreyin əsasını təşkil edən dəniz duzu məhlulu yumşaq hipertonikdir (2,3%) və belə bir məhlul burnun selikli qişasının fizioloji funksiyasını təmin etmək  və saxlamaq üçün son dərəcə faydalı təsir göstərir, xüsusilə də selikli qişa şişdikdə və burundan təbii olaraq xaric edilməsi lazım olan ifrazat olduqda, preparatın tərkibindəki komponentlər tənəffüs sisteminə sakitləşdirici təsir göstərir, hipersekresiyanın aradan qaldırır və güclü anti-mikrob və iltihab əleyhinə təsir göstərir. Rinokomb burun spreyi sinus problemləri meydana gəldiyi zaman xüsusilə, xroniki və ya kəskin sinusit zamanı çox effektivdir.

Mərzə - qaraqınıq (Origanum Majorana) – bu aromatik bitki olub, Şimali Afrikada, Cənubi və Qərbi Asiyada və Aralıq dənizində yetişən çoxillik kol bitkisidir, digər bölgələrdə də yetişdirilir. Bitkinin tərkibində təxminən 3% efir yağları, flavonoidlər, polisaxaridlər və triterpenlər var.  Mərzə - qaraqınıq bitkisinin tərkibindəki aktiv maddələr spazmolitik, antiseptik, virus əleyhinə, iltihab əleyhinə təsir göstərir. Bitki ödemləşmiş  burnun selikli qişasına müsbət təsir göstərir, antiseptik təsirləri sayəsində, yuxarı tənəffüs yollarında hər hansı bir infeksiyaya səbəb ola biləcək zərərli mikroorqanizmləri aradan qaldırır, tənəffüs yollarının keçiriciliyini yaxşılaşdırır və iltihab əleyhinə təsir göstərir.

Reyhan (Latin Ocimumbasilicum) – hər il bitən aromatik bitkidir. Xəstəliklərdən sağaldan müqəddəs bitki sayılır. Orta əsrlərdən etibarən bu bitki tanınır, bitkini rahiblər səyahət zamanı gətiriblər. Tərkibində olan yüksək faizli efir yağları: linolium və evgenol – bakteriyaları öldürərək bakterisid, virusid və funqusid təsir göstərir. Bunlar sinusitdə çox vacibdir. Sinusit zamanı qatı bəlğəmin içərisində mikroorqanizmlər olur, Reyhan isə bütün bu infeksiyalara qarşı öz təsirini göstərir.

N-asetilsistein (NAS), yuxarı və aşağı tənəffüs yollarının həddindən artıq sekresiya ilə müşayiət olunan yoluxucu xəstəliklərinin müalicəsində köməkçi olaraq istifadə edilir. N-asetil sistein birbaşa qalın selikli ifrazatı həll edərək, disulfid mukoprotein əlaqələrinin azaldır, beləliklə  burnun selikli qişasından  və sinus boşluqlarından ifrazatın aradan qaldırılmasına kömək edir. Seksiyanın aradan qaldırılması çox vacibdir, çünki bu bakterial infeksiyaların inkişafını təşviq etməklə yanaşı, yığılmış sekret də sinus bölgəsində kəskin və ya xroniki sinusitlə ağırlaşmaya səbəb ola bilər.

Propolis – qovaq və ya iynəyarpaqlı ağacların qönçələrindən arıların yığdığı və arı pətəyini örtmək üçün istifadə olunan təbii məhsuldur. Propolis arıları müxtəlif mikroorqanizmlərin hücumlarından qoruyur. Əsrlər boyu xalq təbabətində immuniteti gücləndirmək üçün istifadə edilərək müxtəlif mənşəli infeksiyalarla qarşı güclü təbii antibakterial olaraq istifadə olunur.

Propolis özü 150-dən çox birləşmənin qarışığı olub tərkibində əsasən flavonoid, fenol və terpen birləşmələr var. Məhsulun tərkibindəki bu komponentlərin sinergik təsiri nəticəsində propolis insan orqanizminə müsbət təsir göstərir. Bunlar əsasən: antibakterial, antiviral, antimikotik, immunomoduləedici, antioksidant və reparativ xüsusiyyətlərdir.

İstifadəsinə göstərişlər

  • Sinus problemləri zamanı, sinus bölgəsində ağrı və təzyiq hissini azaltmaq məqsədilə
  • Soyuq və asqırma zamanı, burun boşluğunun gigiyenasını təmin etmək üçün
  • Burun boşluğundan bakteriyaların, virusların və göbələklərin aradan qaldırılması məqsədilə
  • Burun ifrazatını təbii şəkildə aradan qaldırmaq və tənəffüsü asanlaşdırmaq məqsədilə
  • Burun boşluğunun selikli qişasının ödemini aradan qaldırmaq məqsədilə
  • Sinusun boşluqlarında yığılmış ifrazatı yumşaltmaq və xaric etmək məqsədilə

İstifadə qaydası

Hər burun dəliyinə bir - iki doza, gündə 2 – 3 dəfə olmaq şərtilə (lazım olan qədər).

Preparatın tərkibindəki mexaniki püskürtmə nasosu sayəsində, preparatı ən kiçik damcı halına gətirmək və burnun selikli qişasında paylamaq mümkündür.

Qeyd:

Rinokomb burun spreyi 3 yaşdan kiçik uşaqlara, hamilə və südverən qadınlara tövsiyə edilmir.

Ola bilsin ki, Rinokomb nazal spreyin püskürdülməsi zamanı burunda qıcıqlanma olsun, bu onun tərkibində efir yağlarının olması səbəbindən yaranır və istifadədən bir neçə dəqiqə sonra keçib gedir. Bundan əlavə, N-asetilsistein preparata səciyyəvi qoxu verə bilər, bu da preparatın keyfiyyətinə və effektivliyinə təsir etmir.

Saxlanma şəraiti

250C – dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Flakon açıldıqdan sonra 30 gün müddətində istifadəyə icazə verilir.

Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

Qablaşdırma

30 ml flakon dozatorla birgə (300 doza).

İstehsalçı

ESENSA d.o.o. Beograd, Slobodna zona, Vilinevode bb, Serbiya Respublikası

www.esensa.rs

İstehsalçı ölkə

 Serbiya Respublikası

 


Baxılma sayı: 915 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..