*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Kantazol
Sual ver
  Təcili sifariş A+ A-

KANTAZOL

İstifadəsi üzrə təlimat (xəstələr üçün)

TƏRKİBİ

Aktiv maddə:

Hər 5 ml siropun tərkibinə daxildir

Sadə sarı göbələk (10:1)

300 mq

Köməkçi maddə:

 

Ksantan kitrəsi

20 mq

Kalium sorbat

12.5 mq

Limon turşusu (monohidrat)

25 mq

Sorbitol

3800 mq

Banan ətirləndirici

15 mq

Təmizlənmiş su

1577,5 mq

FARMAKOTERAPEVTİK QRUPU

Təbii antihelmint preparat

Parazitlərin həyat müddətində sakitlik dövrü (yumurta, sista) olur, bu ona hər hansı xarici əlverişsiz mühitdə daha uzun müddətə yaşamağa imkan verir. Bəzi antihelmint preparatlar ancaq cinsi yetişmiş parazitlərə təsir edə bilir, helmint yumurtasını məhv etmək iqtidarında olmur, bu yumurtaların xüsusi quruluşu ilə bağlı olur, belə ki, onlar xaticdən xitin qatı ilə örtülü olur (tısbağa, xərçəng, yengəcdə olduğu kimi). Bu preparatlar eyni zamanda qaraciyəri də zədələyir, bir sıra nəticələrə gətirib çıxarır: allergiya, bronxial astma, səbəbsiz öskürək, iştahanın azalması kimi şikayətlər (və ya yeməkdən sonar yenə aclıq hiss edirəm – kimi şikayətlər), öd kisəsində polip və s. xəstəliklər meydana çıxır. Həmçinin, orqanizmdə qalan sista və ya yumurtalar bioloji siqnal alaraq daha sürətli artmağa başlayırlar, bu parazitlərin həndəsi şəkildə artmasına səbəb olur.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Preparatın əsas təsiredici maddəsi sadə sarı göbələyin cismindən alınır. Göbələkdən alınan dörd vacib kompanent olan polisaxaridlər bir sıra parazitar invaziyalara təsir edir. Birinci maddə – polisaxarid – xinomannozadır. Bu əsas aktiv maddə olub, parazit və helminti məhv edir. KANTAZOL - un üstünlüyü odur ki, xinomannoza tək cinsi yetişkənliyə çatmış parazitləri qovmaq xüsusiyyətinə malik deyildir, eyni zamanda sista və yumurtaları da əridə bilir. Xinomannoza – tam təbii maddə olub, əlavə təsirlərə malik deyildir. KANTAZOL digər sintetik antihelmint preparatlardan fərqlənir, o, toksiki xüsusiyyətə malik deyildir, helmintin selikli qişasından keçərək sinir mərkəzlərini blokada edir, buna görə onun insan orqanizminin sağlam hüceyrələrinə zədələyici təsiri yoxdur. İkinci maddə -polisaxarid – erqosterol adına malikdir (provitamin D2), bu qaraciyərin təmizlənməsi üçün güclü vasitədir. Qaraciyər müxtəlif patogenlər üçün – ibtidailərdən böyük parazitlərə qədər  – sevimli yer sayılır, qaraciyərin ferment aktivliyini zəiflədir. Sadə sarı göbələkdə yerləşən erqosterol qaraciyər fermentlərinə təsir edərək onlaın yenidən aktivləşməsinə səbəb olur, bununla da qaraciyərin işini bərpa edir. Üçüncü və dördüncü – trametonolin turşusu və K - 10 polisaxarididir. Bu maddələr hepatit virusuna təsir edirlər. Sadə sarı göbələk qaraciyərin bir sıra xəstəlikləri zamanı – qaraciyərin hemangioması, qaraciyərin piy distrofiyası zamanı effektivdir. Sadə sarı göbələyin bütün komponentləri sinergik təsir edirlər, bununla da orqanizmin bütün sistemlərini əhatə etmiş olurlar.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

KANTAZOL müxtəlif parazit və helminti məhv etmək xüsusiyyətinə malikdir, bura nəinki cinsi yetkin formalar, eyni zamanda onların yumurtaları və sürfələri də daxildir. Buna görə sadə sarı göbələk bir çox qurd invaziyaları zamanı effektivdir.

  • Nematodozlar: Askaridoz, Trixosefalyoz, Ankilostomoz, Enterobioz, Trixinellyoz
  • Trematodozlar: Opistorxoz, Fasillyoz
  • Sestodozlar: Tenioz, Himenolepidoz, Teniarinxinoz
  • Lyambliozun kompleks müalicəsi
  • Qarışıq helmintozlar
  • Ödçıxarıcı yolların diskineziyası
  • Qaraciyərin toksiki zədələnmələri
  • Qurd xəstəliklərinin profilaktikası zamanı

ƏKSGÖSTƏRİŞLƏRİ

Preparatin hər hansı komponentinə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

Yaş

Doza

Qəbul

1 – 3 yaş

2,5 ml

gündə 1 - 2 dəfə

3 – 10 yaş

5 ml

gündə 2 dəfə

Böyüklər

10 ml

gündə 2 dəfə

Preparat yeməkdən sonra qəbul olunur. Müalicə kursu 30 gün təşkil edir. Minimum müalicə müddəti 10 gündür.

ƏLAVƏ TƏSİRLƏRİ

Yoxdur.

BURAXILIŞ FORMASI VƏ QABLAŞDIRILMASI

150 ml-lik flakon, dozator və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ

Quru, işıqdan uzaq, 25 °С-dən aşağı temperaturda saxlanmalıdır. Uşaqlar üçün əl çatmaz və görünməz yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ

Qutu və flakonun üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir, qidaya əlavədir.

İSTEHSALÇI

Biofaktor Sp. z o.o. Export Department Office Al. Ken 55/2802-797 Warszawa, Polşa

EKSKLÜZİV DİSTRİBÜTOR

“AZERİMED” MMC


Baxılma sayı: 508 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..