*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Borozin
Sual ver
  Təcili sifariş A+ A-

BOROZIN  

Ayaqlarda pis qoxu ilə mübarizədə sınanılmış gigiyenik vasitə

Borozin tərkibi: Talk, sink oksid, bor turşusu, maqnezium karbonat, kamfora, salisil turşusu, mentol, sink stearat

Borozin – xüsusiyyətlər və istifadəsinə tövsiyələr:

  • Borozin ayaqlarda yüksəlmiş tərləmə prosesini normallaşdırır
  • Borozin güclü büzüşdürücü xüsusiyyətlərə malikdir, ayaqlarda xoşagəlməyən qoxu yaradan göbələkləri və bakteriyaları effektiv məhv edir
  • Borozin ayaq dərisini, xüsusən də barmaqlar arasını iltihabdan və çatlamadan qoruyur

İstifadə qaydası:

Borozin toz şəklində buraxılır. Bir paketin möhtəviyyatını bərabər miqdarda sağ və sol çəkmə (uzunboğaz çəkmə, idman ayaqqabısı, tufli və s.) arasında bölün. Bunu əsasən səhər bilavasitə ayaqqabını geyməzdən əvvəl edin. 5 gün müddətində bu prosesi həyata keçirin. Borozin vasitəsinin fərqləndirici cəhəti  onun yüksək nüfuzetmə qabiliyyətinin olması və qoruyucu xüsusiyyətlərinin uzun müddət saxlanılmasıdır. Bu xüsusiyyətlər ayaqqabının Borozin tozu ilə 5 gün müddətində işlənməsi bir neçə ay ərzində saxlanılır.

Buraxılış forması:

Qablamada 5 paket, hər paketdə 5,0 q toz vardır.

Yalnız xaricə istifadə üçündür!

3 yaşdan kiçik uşaqlarda tətbiq olunmur!

İstehsalçı: Chemigroup, France

Azərbaycanda rəsmi distribyutor:  Azerimed MMC şirkəti.


Baxılma sayı: 632 dəfə
 
SUAL CAVAB
Ahmed
Sual: Qiymeti neciyedi bunun
Cavab: Salam Ahmed bəy.BOROZIN 5gr N5 məbləği 15.20 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..