*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

E-Plant

Tərkibi:

Təbii vitamin  E  (alfa-tokoferol asetat)  400 BV

 Farmakoloji xüsusiyyətləri:

Vitamin  E  (alfa-tokoferol asetat)  bioloji aktiv tokoferol olub, asetat formasında davamlıdır. Hüceyrə antioksidantıdır. Hüceyrələri  sərbəst  radikallardan  qoruyur.

Hormonal  sistemin  normal  fəaliyyətini  təmin  edir. İkincili  cinsi  əlamətlərin  inkişafı  normallaşdıraraq,  reproduktiv  orqanların  funksiyasını  bərpa  edir.

Əzələlərin  fəaliyyətini  normallaşdıraraq, əzələ  distrofiyasını  aradan  qaldırır. Sinir - əzələ  keçiriciliyini  bərpa  edir.Toxumaların  regenerasiya  qabiliyyətini   artırır.

Damarların, əsasəndə  kapilyarların  divarını  möhkəmləndirərək, keçiriciliyi  bərpa  edir.

Qanın  qatılığını  normallaşdıraraq (xolesterinin  sintezini  azaldır), ateroskleroz  riskini  azaldır.

Vitamin  E  (alfa-tokoferol asetat) çatışmazlığı zamanı ürək-damar sistemi əzələlərində və reproduktiv orqanlarda pozğunluqlar müşahidə olunur. Absorbsiya olunmuş vitamin E-nin böyük hissəsi limfalarda toplanaraq, oradan asanlıqla toxumalara paylanır, metabolizmə uğrayaraq, bir hissəsi yavaş-yavaş  ödlə, qalan hissəsi isə sidiklə orqanizmdən xaric olur. Plasentar baryeri asanlıqla keçir.

 

İstifadəsinə göstərişlər:

  • Sonsuzluq, hamiləliyin vaxtından  əvvəl pozulmasının qarşısını almaq məqsədilə;
  • Dölün inkişafının pozulmasının qarşısını almaq məqsədilə;
  • Hamiləlik, klimaks, menopauza zamanı vegetativ və vazomator pozğunluqlar zamanı;
  • Eklampsiyanın profilaktikası;
  • Qadın xarici cinsi orqanlarının sklerotik və atrofik pozğunluqları zamanı;
  • Kişi sonsuzluğu(astenospermiya,oliqospermiya) A vitamini ilə kombinə olunmuş şəkildə);
  • Erkən yaşlarda müşahidə olunan metrorragiya xəstəliyinin kompleks müalicəsi zamanı;
  • Yuxarı tənəffüs yolları  və həzm traktının selikli qişasının atrofik pozğunluqları zamanı məqsədilə (A vitamini ilə kombinə olunmuş şəkildə);
  • Eşitmə orqanlarının kompleks müalicəsi zamanı;
  • Nevrasteniya, asteniya, astenik sindrom;
  • Birincili əzələ distrofiyası;
  • İnfeksiya, intoksikasiya, travmalardan və narkotik maddələrin istifadəsindən sonra müşahidə olunan ikincili miopatiya, əzələ atrofiyası;
  • Periferik parezlər zamanı;
  • Serebrospinal pozğunluqlar zamanı müşahidə olunan bütün nevroloji degenerativ xəstəliklər zamanı, polimielitdən sonra müşahidə olunan ifliclər;
  • Beyin qan dövranı sisteminin pozğunluğu, Parkinson, Alsgeymer xəstəliyinin kompleks müalicəsi;
  • Endokrin pozğunluqlar (hipoqonadizm,tireotoksikoz);
  • Dayaq-hərəkət aparatının degenerativ və proliferativ dəyişiklikləri zamanı;
  • Yenidoğulmuşlarda  hemorragiyanın profilaktikası, vaxtından əvvəl doğulmuşlarda oksigenoterapiyada toksik effektlər, distrofik pozğunluqlar zamanı;
  • Uşaqlarda müşahidə olunan sklerodermiya zamanı;
  • Anadangəlmə və qazanılmış öd sekresiyasının pozğunluğu;
  • Perinatal dövrdə hemorragik diatezlər zamanı;
  • Qida rejiminin pozğunluğu zamanı, malabsorbsiya sindromu, qastroskopiyadan sonra müşahidə olunan alimentar anemiya, kəskin və xroniki hepatitin kompleks müalicəsi zamanı;
  • Sklerotik və atrofik dəmrov;
  • Məhdud və generalizə olunmuş sklerodermiya;
  • Ağır infeksion xəstəliklərdən sonra və ürək-damar sistemi xəstəliklərinin profilaktikası zamanı.

 

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:

  • Sonsuzluq, abortlar və eklampsiyanın profilaktikası zamanı gündə  400 mq;
  • Menstrual tsiklin pozğunluğu zamanı (hormonal terapiyanın tərkibində) menstruasiyanın 17-ci günündən başlayaraq 400 mq;
  • Klimaksda vegetativ  pozğunluqlar zamanı gündə  400 mq;
  • Cavan yaşlarda menstrual tsiklin pozğunluğu zamanı hormonal terapiyadan əvvəl 400 mq 2-3 ay müddətində təyin olunur;
  • Oliqospermiya, astenospermiya zamanı gündə 400 mq;
  • Revmatoloji göstərişlər zamanı gündə 400 mq bir neçə həftə ərzində təyin olunur;
  • Nevrosteniya zamanı gündə 400 mq;
  • Birincili əzələ distrofiyası zamanı gündə 2000 mq-ə qədər, genetik səviyyədə vitamin E-nin sorulmasının pozulması nəticəsində müşahidə olunan əzələ distrofiyası zamanı gündə 400 mq;
  • Beyin qan dövranı sisteminin pozğunluğu, Parkinson, Alsgeymer xəstəliyinin kompleks müalicəsi zamanı böyüklərdə gündə 400 mq;
  • Damar pozğunluğu zamanı gündə 400 mq;
  • Endokrin sistemin pozğunluqları  zamanı gündə  400 mq;
  • Qida anemiyası zamanı gündə 400 mq, hepatitlər zamanı gündə 400 mq (uzun müddətli);
  • Öd sekresiyasının pozğunluğu zamanı laborator göstərişlərdən asılı olaraq gündə 400 mq;
  • Ürək -damar sistemi xəstəliklərinin risk faktorlarından asılı olaraq ilkin profilaktikası zamanı 400 mq;
  • Ağır infeksion  xəstəliklər  zamanı, həmçinin tənəffüs  yollarının xroniki xəstəlikləri zamanı gündə 400 mq;
  • Digər dermatoloji göstərişlər zamanı gündə 400 mq.


 Buraxılış forması:

Yumşaq jelatin kapsul № 30

 

İstehsalçı: Koza İlaç , Türkiyə

Eksklüziv nümayəndə : Norma - Pharm

 

 


Baxılma sayı: 3831 dəfə
 
SUAL CAVAB
Röya
Sual: Qiymeti?sumqayita catdirilma var?
Cavab: Salam, Röya xanım. E-PLANT N30 məbləği -18.05azn. Çatdırılma xidmətimiz Bakı, Sumqayıt və Xırdalan şəhəri daxilinədir. 10 azn-dən yuxarı məbləğlərdə sifarişin ünvana çatdırılması ödənişsizdir.
Aynur
Sual: qiymeti neciyedi
Cavab: Salam Aynur xanım.E-PLANT N30 məbləği 15.20 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..