*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Allergik rinit » NEONOKS ELIT
Sual ver
  Təcili sifariş A+ A-

Preparatın ticarət adı: Neonoks elit

Neonoks-elit

Beynəlxalq patentləşdirilməmiş adı: Kosmetik yağ vasitəsi

Tərkibi: Evkalipt, lavanda, çaytikanı, çay ağacı, şaftalı, zeytun yağları; 

 Propolis, kalendula, bağayarpağı, şam ağacı tumurcuğunun yağlı ekstraktı.

Farmakoloji xüsusiyyətləri:

Neonoksun müalicəvi effekti tərkibinə daxil olan bitki və ekstraktların, təbii yağların və propolisin hormonik kombinasiyasına əsaslanıb.

Çayağacı yağı antibakterial təsirə malik olub, hətta ayrılıqda belə tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunur. Çaytikanı yağı burun boşluqlarını aktiv dezinfeksiya edir, belə ki, bu xüsusiyyət havalandırılması və nəmləndirilməsi zəif  olan qapalı ərazilərdə xüsusilə vacibdir.

 Evkalipt yağı iltihabəleyhinə təsir göstərib, antiseptik və təravətləndirici effektlərə malikdir. Propolis, kalendula, bağayarpağı və lavanda  ekstraktları ilə birgə kombinasiyada tənəffüsü asanlaşdırır və haymoritin gedişatını yüngülləşdirir. Neonoks ELİT  sprey tənəffüs orqanlarının xəstəlikləri, qrippin ağırlaşmaları, zökəm və soyuqdəymə zamanı istifadə olunan effektiv vasitədir. Neonoks burun boşluqlarındakı iltihabi proseslərin qarşısını alır, ödemi aradan qaldırır, patogen mikroflora ilə mübarizə aparır. Neonoks nəinki qrip və soyuqdəyməni profilaktika və müalicə edir, həmçinin fəsli infeksiyalarla, toza, bitki tozcuqlarına allergiya ilə mübarizə aparır və hətta ağır  xroniki proseslərdə belə effektiv nəticə verir.  Neonoks  - burun tutulmaları zamanı əmələ gələn diskomfort hissi və bundan irəli gələn  bütün ağırlaşmaları aradan qaldırır. Burun boşluğu və burunətrafı ciblərdə aparılan cərrahi əməliyyatlardan öncə sanasiya, cərrahi əməliyyatdan sonrakı bərpa dövründə isə bu dövrün qısaldılması məqsədilə istifadə olunur. Eyni zamanda Neonoks burun boşluğunu digər dərman vasitələrinin yeridilməsinə hazırlanması üçün istifadə olunur, belə ki, onların sorulmasını yaxşılaşdırır  və kimyəvi elementlərin selikli qişaya zədələyici təsirinin qarşısını alır. Soyuqdəymə və zökəm zamanı burunun selikli qişasının ödemini  profilaktika edir.

 

İstifadəsinə göstərişlər:

-          burunətrafı ciblərin iltihabında;

-          epidemiyalar zamanı respirator infeksiyalarda;

-          soyuqdəymə və zökəm zamanı burun tutulmasında;

-          burun daxilində mikro-çatlarda və burunətrafı iltihabda.

Əks göstərişlər: preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq.

Istifadə qaydası: yerli istifadə üçün. Böyüklər üçün preparatı hər 3 saatdan bir,  burunun   selikli qişasına  bir neçə dəfə püskürtmək  lazımdır. Istifadə müddəti – 10 günə qədərdir. İstifadədən qabaq preparata qarşı  mütləq həssaslıq sınağı keçirilir: preparat burunun  bir pərinə 1 doza püskürdülür  və əlavə təsiri  olmadığı  halda, istifadəyə icazə verilir (1 püskürtmə = 1 doza).

Istifadədən qabaq çalxalamaq lazımdır.

Istifadə  zamanı  başı arxaya tərəf əymək olmaz.

Əlavə təsirlər:Müşahidə olunmamışdır.

Buraxılış forması:: Neonoks ELİT sprey - 10ml plastik flakon.

Saxlanılma şəraiti:: qaranlıq, günəş işığı düşməyən yerdə, 0°C-dən + 25 °C –dək temperaturda, nisbi rütübətlik  70-80%-dən çox olmayan şəraitdə,

saxlamaq lazımdır.

Yararlılıq müddəti: 18 ay

Aptekdən buraxılma şəraiti:Reseptsiz buraxılan vasitələr qrupuna aiddir. 

Istehsalçı: “Neoflora” MMC, Ukrayna, 61007, Xarkov, 2-ci Pyatiletka küç.,16/92.

U TŞ 24.5-2802017532-001:2005


 

Baxılma sayı: 8584 dəfə
 
SUAL CAVAB
Metanet
Sual: Salam,neonoksun qiymeti???
Cavab: Salam Mətanət xanim.NEONOKS ELIT 10ml məbləgi 11.40 Azn.Baki şəhər daxilində catdirilma xidmətimiz mövcütdu.10 azn-den yuxari sifarişlərə çatdirilma haqqi ödənişsizdir. Müracietiniz üçün çox sagolun.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..