*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Kroven
Sual ver
  Təcili sifariş A+ A-

Kroven

Tərkibi:

İmmunoqlobulin G-nin immunoloji aktiv zülal fraksiyası

 

Farmakoloji xüsusiyyətləri:

Preparatın aktiv komponenti-müxtəlif spesifikliyi olan  anticisim  aktivliyinə malik immunoqlobulinlərdir. Preparat eləcədə,orqanizmin rezistentliyinin  artması  ilə özünü biruzə verən qeyri-spesifik aktivliyə malikdir.

 

Göstərişləri:

ü  Bakterial və virus infeksiyalarının ağır toksiki formaları , məsələn  sepsis;

ü  Uşaq və böyüklərdə septisemiya ilə müşahidə olunan  əməliyyatdan sonrakı  fəsadlar;

ü  Böyüklərdə və uşaqlarda əvəzedici terapiya zamanı:

  • Antitellərin sintezinin pozulması ilə müşayiət olunan birincili immunodefisit sindromları zamanı;
  • Hipoqammaqlobulinemiya və residivləşən  bakterial infeksiyalı xroniki limfositar leykozlu xəstələrdə  antibiotikoterapiyanın uğursuz nəticələri zamanı;
  • Hipoqammaqlobulinemiya və residivləşən  bakterial infeksiyalı çoxsaylı mielomalı pnevmakokk immunizasiyasına qarşı uğursuz cavab verən xəstələrdə;
  • Hemopoetik kök hüceyrələrinin allogen transplantasiyası həyata keçirilən hipoqammaqlobulinemiyalı xəstələrdə;
  • Bakterial infeksiyalarla residivləşən anadangəlmə QİÇS.

ü  Böyüklərdə və uşaqlarda immunomodulyator təsirinə görə:

  • Yüksək qanaxma riski olan və ya cərrahi əməliyyatdan əvvəl (trombositlərin sayının korreksiyası məqsədilə) birincili immun trombositopeniyalı xəstələrdə;
  • Giyena- Barre sindromu;
  • Kavasaki sindromu.

ü  Autoimmun göstərişlər ( məs., multifokal motor neyropatiya, demielinizə olunmuş poliradikuloneyropatiya, miasteniya və s.)

Hamilələrdə: Kroven hamiləliyin ilkin olaraq 12-ci həftəsindən başlayaraq, müxtəlif  müddətlərdə (yəni 2-ci  trimestrdən  sonra) təyin oluna bilər.

ü  Vaxtından əvvəl doguşlar;

ü  Hamiləliyin sona çatmaması hallarında;

ü  Antifosfolipidsindrom.

Piylənmə, trombotik  ağırlaşmalar, arterial  hipertenziya, şəkərli  diabet, damar  xəstəlikləri, tromboza  meyillilik, uzunmüddətli  hərəkətsizlik, hipovolemiya (sirkulyasiya  edən  qanın  miqdarının  aşağı  olması), qanın  qatılığının  yüksək  olması.

Kəskin böyrək  çatışmazlığı  və  tromboembolik  ağırlaşmalar  zamanı  preparat  minimal  dozada  və  minimal  sürətlə  yeridilməlidir!

 

Əks göstərişləri:

Köçürülən zülal preparatlarına qarşı ağır allergik reaksiyalar.

 

Dozalanma və istifadə qaydası:

Preparat venadaxili damcı üsulu ilə köçürülür(1 dəqiqə ərzində 8 –10 damcı).

Uşaqlara köçürülmə sürəti 0,08-0,5ml/dəq bədən  kütləsindən asılı olaraq, böyüklərdə 1-1,5ml/dəq olmalıdır. Sürətli köçürülmə kolaptoid  reaksiya verə bilər.

  • Uşaqlarda bakterial və virus infeksiyalarının müalicəsi zamanı birdəfəlik doza 4,0 ml (200mkq/kq bədən kütləsinə) olmalıdır. Preparat  1  və ya 2 dəfəyə köçürülür. Böyüklərdə birdəfəlik doza 2,0 ml (100mq/kq bədən kütləsinə) 4 gün ərzində olmalıdır.
  • Anadangəlmə aqammaqlobulinemiya və hipoqammaqlobulinemiyalı  xəstələrdə  birincili immunçatışmazlığı  zamanı  4,0-6.0 ml (200-300mq/kq bədən kütləsinə) təyin  olunur. 3-4  həftədən sonra  kurs  təkrarlanır.
  • Xroniki limfositar leykemiyalı xəstələrdə ikincili immunçatışmazlığı zamanı 4,0-10,0 ml (200-500mq/kq bədən kütləsinə)  təyin olunur. Kurs  müalicə 3-4 həftədən sonra təkrarlanır.
  • İdiopatik trombositar purpura zamanı preparat 8 ml (400mq/kq bədən kütləsinə)  5 gün ərzində ardıcıl,və ya 20 ml (1q/kq bədən kütləsinə)  2 gün ərzində ardıcıl köçürülür. Trombositlərin sayının artması zamanı əldə olunan nəticəni saxlamaq üçün preparat yenidən köçürülə bilər.
  • Kavasaki sindromu zamanı preparat 20-40 ml dozasında (1-2q/kq bədən kütləsinə)  asetilsalisil turşusu ilə birgə  təyin olunur.
  • Giyena- Barre sindromu, xroniki iltihabi demielinizə olunmuş neyropatiya zamanı 0,4q/kq 5 gün ərzində təyin olunur. Lazım gəldikdə  5  günlük müalicə 4 həftədən sonra təkrarlanır.

 

Hamilə qadınlarda təyinat qaydası: Müalicə kursu cəmi 3 flakon olmaqla - 50,0 ml-dən (50,0 ml = 1 flakon) günaşırı olaraq venadaxili infuziya şəklində təyin olunur. İkinci trimestrdən sonra (əgər  hər hansı bir virusun titri yüksək qalıbsa) həmin kurs təkrar olunur. Təkrar kurs 3-4 həftədən bir təyin oluna bilər.

Kroven  heç bir məhlulla həll olunmur.

 

Buraxılış forması: 

50,0  ml flakon  №1

İstehsalçı: ”Biofarma” - Ukrayna, Kiyev   www.biofarma.kiev.ua

Eksklüziv nümayəndə: Norma - Pharm

 


Baxılma sayı: 230 dəfə
 
SUAL CAVAB
Raisa
Sual: Salam qiyməti?
Cavab: Salam Raisa xanım.KROVEN 50ml məbləği 117.69 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..